Kino tənqidimizin tarixindən bir səhifə
Kino tariximizin hərtərəfli
şəkildə, ilkin
mənbələr əsasında
öyrənilməsi üçün
müvafiq resenziyalar da özünəməxsus
əhəmiyyət daşıyır.
Bu baxımdan Tiflisdə çıxan "Yeni fikir" qəzetinin 28 yanvar 1926-cı il tarixli 1001-ci sayında Ələkbər Qərib
Naxçıvanlının "Teatro və musiqi" rubrikasında
"Ə. Q" imzası ilə
dərc etdirdiyi "Kinolarda "Bismillah" adlı məqaləsi də maraq doğurur.
Təsəvvür tamlığı üçün
xatırladaq ki,
1922-1927-ci illərdə Tiflisdə
Azərbaycan dilində
çıxmış "Yeni fikir" qəzetində çalışan
Ələkbər Qərib
həmin şəhərdə
yazıçı Böyükağa
Talıblının rəhbərlik
etdiyi ədəbiyyat dərnəyinin işində
Eynəli bəy Sultanov, Rzaqulu Nəcəfov və digər ziyalılarla birlikdə yaxından iştirak edib. Tiflisdə
1926-cı ildə nəşrə
başlayan "Dan yıldızı"
jurnalının fəaliyyətində
də Ələkbər
Qəribin ciddi xidmətləri olub.
Təsadüfi deyil ki, jurnalın ilk yeddi sayı məhz onun məsul redaktorluğu ilə çıxıb. Sonra isə
Ə. Qəribin də
daxil olduğu "heyəti-təhririyyə" yaradılıb.
Həmin
illərdə Tiflisdə
çıxan "Qızıl
şəfəq" adlı
mətbuat orqanının
səhifələrində də
yazıçının imzasına
rast gəlirik. Həmçinin, 1920-ci illərin
ortalarında Tiflisdə
Mirzə Davud Hüseynovun sədrlik etdiyi "Yeni əlifba dostları cəmiyyəti"nin fəal üzvləri sırasında qaynaqlarda Ələkbər Naxçıvanlının
da adı çəkilməkdədir. 1920-ci illərdə o, Bakıda çıxan rəsmi dövlət qəzeti
"Kommunist"in Tiflis şəhərindəki
müxbiri kimi də səmərəli publisist fəaliyyət göstərmişdir...
Dini fanatizmin
tənqidinə həsr
olunmuş "Bismillah"
filmi 1925-ci ildə çəkilmiş, Bakıda,
Moskvada və digər şəhərlərdə
nümayiş etdirilmişdi. Ə.Qəribin "Kinolarda "Bismillah" resenziyası filmin Tiflisdə nümayişi ilə əlaqədar qələmə alınmışdı.
Ə. Qərib sadəcə
informasiya vermək yolunu tutmamış, filmdəki rejissor işi, aktyor oyunu, dil məsələləri
və s. barədə
özünün maraqlı
fikirlərini də nəzərə çatdırmışdı.
Müəllif "Bismillah"ın
həyati, təbii və inandırıcı
olduğunu vurğulayır,
əsas tematikasına
da diqqət yönəldirdi. Ə.Qərib məşhur aktyor
Abbas Mirzə Şərifzadənin bu filmdə rejissor kimi ciddi işin
öhdəsindən də
layiqincə gəldiyini,
"müqtədir bir
rejissor olduğunu isbat etdiyini" nəzərə çatdırırdı.
"Bismillah" filminin
aktyor heyəti də ümumən qüvvətli idi. Bu filmdə
Kazım Ziya, Mirzəağa Əliyev,
Mustafa Mərdanov, İbrahim
Azəri, Mirseyfəddin
Kirmanşahlı kimi istedadlı sənətkarlar
çəkilmişdilər. Ə.Qərib resenziyada aktyorların
rollarını da müfəssəl şəkildə
dəyərləndirmiş, xüsusən onların ifalarındakı təbiiliyə
fikir vermişdi.
Tənqidçi filmdəki
Qulu rolunun ifaçısı Mustafa Mərdanovun
oyununu yüksək qiymətləndirmişdi: "Aktyor
burada da o qə-dər təbiidir ki, onun Mərdanov
deyil, doğrudan da, avam, yazıq
və cahil kəndli Qulu olduğuna bizdə şübhə oyanmayır".
Milli teatrın və kinonun inkişafı naminə azərbaycanlı
aktrisaların hazırlanması,
onların formalaşması
üçün şərait
yaradılması kimi aktual məsələlərə
Ə. Qərib də laqeyd qalmamış, həmin məqama da toxunmuşdu: "Bismillah" şəkilində
(filmində -H.H.) qadın
rolları o qədər
sadədirlər ki, Bakı kimi mərkəzdə o rolları
oynayacaq türk qızları istədiyimiz
qədər tapıla
bilər. Budur ki, qadın
rollarının rus qadınları tərəfindən
oynanmasına biz çox
təəccüb ediriz.
Bəs nə vaxt biz hər cəhətcə milli səhnə, milli sənayeyi-nəfisə
düzəldəcəyik? Biz əminiz ki,
Zeynəbin və Qulunun anasının və bacısının rollarını türk qızları daha da təbii oynayardılar.
Və bu rolları oynamaq da onlar
üçün heç
də çətin olmazdı".
Xatırladaq ki, "Bismillah"da qadın rollarını K.Vyaznova, T.Vişnevskaya kimi rus aktrisaları
ifa etmişdilər. Bir epizodik
rolda gələcəyin
məşhur aktrisası
azərbaycanlı Sona
Hacıyeva çəkilmişdi.
Yəqin
ki, Ə. Qərib bu fakta diqqət
yetirməmiş, yaxud
da S.Hacıyevanın rolu bir-iki adi
epizodla məhdudlaşdığından
buna xüsusi şərh verməyə ehtiyac duymamış, əsas qadın rollarına milli kadrların çəkilməsinin
vacibliyinə diqqət
yönəltmişdi.
O illərdə filmlər səssiz çəkilir, ekranın aşağı
hissəsində obrazların
sözləri yazılırdı.
Bu titr yazılarının
dilinə münasibət
bildirən Ə.Qərib
zərurət olmadığı
halda Osmanlı türkcəsinə aid bir
çox sözün işlədilməsini filmin
yaradıcı heyətinə
irad tutmuş, fikrini konkret faktlarla əsaslandırmış,
bu ekran əsərinin dilini ağırlaşdıranları istehza ilə "kino mollası" adlandırmışdı...
1920-ci illərin kino
tənqidinin maraqlı
nümunəsi kimi Ələkbər Qəribin
"Kinolarda "Bismillah"
resenziyasının əski
əlifbadan transliterasiyasını
hörmətli oxuculara
təqdim edirik.
Hüseyn HƏŞİMLİ
Filologiya üzrə elmlər
doktoru, professor, Əməkdar
elm xadimi
525-ci qəzet 2017.- 18 yanvar.- S.7.