Ramiz Quliyev Ərdəbildə konsert verdi

 

Xalq artisti, tarzən Ramiz Quliyev Ərdəbildə solo konsert proqramı ilə çıxış edib.

 

APA-nın məlumatına görə, gecədə tarzəni tanınmış pianoçu Eta Etminan zərb ifaçısı Əmir Əli Nəbi müşayiət edib.

 

Professor Ramiz Quliyevin ifasında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, C.Cahangirov, T.Quliyev, Q.Hüseynli, H.Rzayevin, eyni zamanda müasir bəstəkarların əsərlərindən nümunələr təqdim olunub.

 

Proqramda Azərbaycan muğamları, xalq mahnıları Qərb bəstəkarları F.Şubert Y.Bramsın əsərləri yer alıb.

 

Konsertdə Ərdəbil şəhərinin meri, bələdiyyə rəhbərliyi, tanınmış sənət xadimləri, rəssam yazıçıları iştirak ediblər.

 

Səfər çərçivəsində tarzən konsertin təşkilatçılarıŞeyx Səfitürbəsini, görkəmli yazıçı Mircəlal Paşayevin doğulduğu Əndəbil kəndini ziyarət ediblər.

 

525-ci qəzet  2018.- 18 yanvar.- S.7.