İsa Həbibbəyli: "Cəmiyyətdə
orfoqrafiya qaydalarının birmənalı
qarşlanması bizim komissiyanı qətiyyən
narat etmir"
AZƏRBAYCAN MİLLİ ELMLƏR
AKADEMİYASININ (AMEA) VİTSE-PREZİDENTİ, AMEA
ORFOQRAFİYA KOMİSSİYASININ SƏDR MÜAVİNİ,
AKADEMİK İSA HƏBİBBƏYLİ ORFOQRAFİYA
QAYDALARINA EDİLƏN SON
DƏYİŞİKLİKLƏRLƏ BAĞLI
"TREND"Ə MÜSAHİBƏ VERİB
- Orfoqrafiya qaydalarına təklif edilən son dəyişikliklər
cəmiyyət tərəfindən
birmənalı qarşılanmır.
Hazırkı dövrdə bu
dəyişikliklərin edilməsi
vacib idi?
- AMEA Orfoqrafiya Komissiyası Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarını hazırlayaraq onu geniş ictimaiyyətin diqqət mərkəzinə çatdırıb. Bu qaydalar AMEA-nın "Elm" qəzetində çap olunub. Qaydalar 69 maddədən ibarətdir və gələcəkdə yaranacaq orfoqrafiya lüğətinin əsasını təşkil edəcək. Biz Orfoqrafiya Komissiyası olaraq, Dilçilik İnstitutu və digər institutların görkəmli alimlərinin hazırladığı orfoqrafiya qaydalarını geniş ictimaiyyətin müzakirəsinə təqdim etmişik ki, cəmiyyət ona öz münasibətini bildirsin. Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək. Yekun qərar verildikdən sonra onun əsasında yeni orfoqrafiya lüğətinin hazırlanmasına başlanılacaq. Ona görə də cəmiyyətdə orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir. Biz cəmiyyətdə belə reaksiyanın olacağını əvvəlcədən gözləyirdik.
- Cəmiyyətdə
sözlərin yeni yazılışı
ilə bağlı deyilən iradları qəbul edirsiniz?
- Müzakirələrə müdaxilə etmək istəmirəm. Amma müşahidə edirəm ki, fikir söyləyənlərin çoxu şəxsi maraqlardan çıxış edir. Yaxud da bir çox fikir deyənlər professional deyillər, dil qanunlarını, dilçilik elmini yaxşı bilmirlər. Ancaq mütəxəssislərin maraqlı təklifləri də var. Mütəxəssislərin haqlı sözünə hörmətlə yanaşacağıq. Əlbəttə, ictimaiyyətin fikrini nəzərə alacağıq. Amma da var. Biz onların ən məqbul olanlarını istifadə edəcəyik.
- Sözlərdə
iki "ss"dan, iki "yy"dan birinin
yazılmaması çaşqınlıq yaratmayacaq?
- Ekspress alınma sözdür, alındığı xarici dildə bu söz iki "ss" ilə yazılır. Azərbaycan dilində
isə ekspress sözünün
sonluğu bir "s" ilə tələffüz olunur. Biz ekspress
sözünün sonluğunun
iki "ss" ilə
yazılmasının Azərbaycan dilinin
qaydalarına uyğun
olmadığını görürük.
Onu kortəbii şəkildə xarici dildən alıb işlətməyi də
məqbul saymırıq. Ssenari sözünün əvvəlində iki "ss" hərfi
işlədilir. Biz isə onu
bir "s" ilə
tələffüz edirik. Eyni
zamanda, sonluğu
"iyyat,
- iyyət və -iyyə" şəkilçisi ilə
bitən ərəb mənşəli sözlərdə iki y-dan birinin
saxlanılmasının tərəfdarıyıq. Məsələn,
son on illiklərdə
görürük ki, ədəbiyyat
deyil, ədəbiyat, maliyyə deyil, maliyə, dövriyyə deyil,
dövriyə kimi tələffüz edirik. Hətta Səudiyyə (Ərəbistanı)
sözündəki iki y-dan
ancaq birini deyirik. Dil özü
bu hərfləri atıb. Əlbəttə
ki, bu dəyişiklik
iki "y" hərfi
ilə yazılan bütün sözlərə
aid deyil. Tutaq ki, təyyarə,
Əyyub, Qəyyum, səyyah kimi sözlərdə
iki y hərfi qalacaq. Yalnız "iyyat, - iyyət və -iyyə" şəkilçisi
ilə bitən ərəb mənşəli sözlərdə
iki y-dan birini dil özü
atıb, onun biri
işlənmir. İndi sözləri bir "s", bir "y" ilə yazmaqla çaşqınlıq
yaratmırıq. Çünki dil çoxdan bir "s"nı, bir "y"nı atıb.
- Yeni yazılışı birmənalı
qarşılanmayan sözlərin
bir qismi də əskər, əskinas, İskəndər,
işkəncə və
sairdir. Bu
sözlərin belə bir formada
yazılmasına ehtiyac var?
- Əsgər sözünün
biz əskər kimi deyirik, amma "g" ilə yazırıq. Buna da ikili yanaşma var. Xalq, geniş ictimaiyyət, mütəxəssislərin
əsgər, İsgəndər
kimi sözlərdəki
"g"nın "g", yaxud "k" ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik.
İctimai fikir "k"nın tərəfində
olsa, "k", "g"nın tərəfində
olsa, "g" ilə
ifadə edəcəyik.
- Müşahidələrinizə
görə, daha çox narazılıqlar
hansı sözlərlə
bağlıdır?
- Mən müzakirələrə
müdaxilə etmək,
bunu açıqlamaq istəmirəm. Əlbəttə ki, müzakirələrin
birmənalı olmadığını
görürəm. Bütün zamanlarda
yeniliklər birmənalı
qarşılanmayıb. Amma yekunda alim sözünə
və ictimai fikrə əsaslanmaq lazım gələcək.
- Azərbaycan dilində yazılışını
qəbul etdiyimiz və yazılışına
öyrəşdiyimiz çox
sayda sözün yazılışının birdən-birə
dəyişdirilməsi məqbul
sayıla bilər?
- Fikirlər səsləndirilir
ki, çox sayda söz dəyişdirilir. Əvvəla, çox sayda söz dəyişdirilmir.
Orfoqrafiya lüğətində 90 mindən artıq söz var. Dəyişdirilmək
üçün təklif
edilən sözlərin
sayı isə 60-dan çox deyil. İkincisi,
biz on ildən çox
dildə müşahidə
olunan hadisəni yazıda ifadə etmək istəyirik.
Bu sözlər dildə dəyişilib, dil bunu edib.
Biz bu dəyişikliyi
etməkdə gecikmişik.
Dəyişikliyi etməkdə əsas
məqsəd alınma
sözlərin Azərbaycan
dilinin tələffüz
qaydalarına uyğunlaşdırılmasıdır.
Burada bir azərbaycançılıq
mövqeyi var. Əlbəttə,
biz süni şəkildə
alınma sözlərin
heç də hamısını azərbaycanlaşdırmağın
tərəfdarı deyilik.
Amma o halda ki, xalqın
danışıq dilində
həmin ifadələr
alındığı xarici
dildə olduğu kimi deyil, Azərbaycan
dilinin tələffüz
qaydalarına uyğun
işlədilir, onda
biz bu faktı - bu dil hadisəsini
yazıya gətirməliyik.
Cəmiyyətə təqdim olunan
Azərbaycan dilinin orfoqrafiya qaydaları müstəqillik dövrünün
orfoqrafiya islahatıdır.
Bu islahatı AMEA-nın görkəmli dilçi alimləri, bir neçə digər elmi tədqiqat institutunun alimləri ictimaiyyətin müzakirəsinə verib.
Məqsəd bizdə gedən
milliləşmə, azərbaycanlaşma
proseslərini Azərbaycan
dilinin yazı qaydalarında tətbiq etməkdir. Məncə, bu ideya, fikir çox elmidir. Həm də xalqımızın
milli maraqlarına və ölkəmizin dövlətçilik maraqlarına
tamamilə uyğundur.
- Müzakirələrin
sonunda dəyişdirilməsi
təklif edilən sözlərin sayı azala bilər?
- Ola bilər. Biz ictimai
müzakirələrdə səslənən
fikirlərlə bağlı
alimlərin rəylərini
əsas götürəcəyik.
Ola bilsin ki,
bu sözlərin bəzilərinin yazılışı
heç qəbul olunmadı, bəzi sözlərin hazırkı
yazılış forması
saxlanıldı. Bu da təbiidir.
- Sözlərin yeni yazılış forması ilə bağlı yekun qərarı nə zaman verəcəksiniz?
- Yanvar ayı ərzində yeni qaydalar hələ müzakirə olunacaq. Bu ayda biz KİV-lərin haqlı, haqsız fikirlərinə dözümlə, səbrlə yanaşmalıyıq. Yanvarın sonunadək bu müzakirələr gedəcək, yanvarın sonunda artıq müzakirələr dayanacaq. Fevral ayında onları ümumiləşdirib yekun qərarı açıqlayacağıq.
525-ci qəzet 2018.- 18 yanvar.- S.4.