Rəssam Məlik Məmmədxanovun əsərlərindən
ibarət sərgi
Rəssamlar
İttifaqının V.Səmədova adına sərgi salonunda
Məlik Məmmədxanovun rəngkarlıq, qrafika və heykəltəraşlıq
əsərlərindən ibarət rəsm sərgisi
açılıb.
Açılış
mərasimində Xalq rəssamı Ağaəli İbrahimov
müəllifin sənət yolu və
yaradıcılığı barədə məlumat verib. Mədəniyyət
və turizm nazirliyinin sektor müdiri Qalib Qasımov, Abşeron
Rəsm Qalereyasının müdiri Eldəniz İbrahimov və
Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov
ikinci dəfə sənətsevərlərə
yaradıcılıq hesabatı verən rəssamın sənətkarlıq
məziyyəti, üslub xüsusiyyətləri barədə
danışıblar. Əməkdar Mədəniyyət Xadimi
Ziyadxan Əliyev və Xalq rəssamı Qəyyur Yunus
fırça ustasının
yaradıcılığındakı milli xüsusiyyətlər,
işıq-kölgə effektləri və rəng əlvanlığı
barədə fikirlərini bölüşüblər.
İştirakçılar
sərgi salonunda Məlik Məmmədxanovun
fırçasından çıxan sənət əsərləri
ilə tanış olublar. Sərgidə nümayiş olunan əsərlərdə
nar mövzusu ilə yanaşı, körpə və balıq
mövzusu da qırmızı xətlə keçir. Həmin
rəsmlərdə dünyanın ən məsum bəndəsi
olan körpə təmizliyi, uşaq saflığı diqqəti
cəlb edir. Abşeron torpağında doğulan rəssamın
əsərlərindəki balıq rəsmləri də
baxımlı və gözoxşayandır. Ən
başlıcası isə natürmortlardakı çalarlar, rəng
uyarlığı, işıq və millilik elementləri sərginin
tamaşaçılarında xoş ovqat oyadıb.
Sərgi
yanvarın 18-dək davam edəcək.
XƏDİCƏ
525-ci qəzet 2018.- 19 yanvar .- S.7.