Ülvinin “Əfqanlar” faciəsinə
yazdığı elegiyalar
Ülvinin
misralarıdır:
Məni
belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm.
Ürəyi
20 yaşlı oğlu Arifin faciəli ölümü ilə
dağlanmış xalq şairi Hüseyn Arif “Ülvi”
poemasını belə başlayıb:
Oxudum “Ömür yolu”nu, Nə sehrli yoldu bu yol.
Bərkdən keçən, boşdan keçən,
Enişli, yoxuşlu bu yol.
Bitirməmiş təhsilini, Paqon yapışdı
çiyninə.
Alovların içində də, Ölüm gəlmə
di eyninə.
Kitabını vərəqlədim, Şüşə qəlbim
çilik-çilik.
“Həyat üçün doğulmuşuq, Vətən
üçün ölməliyik”.
Bu mərama,
bu məqsədə, Dönə-dönə: - Alqış! -
dedim...
Ülvi Bünyadzadənin
ədəbi irsi içərisində həm ideya məzmun, həm
dil-üslub, həm də baş vermiş tarixi hadisəni dərketmə
və obyektiv yanaşma baxımından “Ömür yolu”
poeması və “Qansızlar” povesti çox dəyərlidir.
Hər
iki əsərin mövzusu bu gün də canında, ruhunda “əfqan
qurşunu” gəzdirən “əfqanların taleyi”nə -
Əfqanıstanda həlak olmuş azərbaycanlı
oğulların (eyni zamanda, türk kökənli
keçmiş SSRİ vətəndaşlarının!) xatirəsinə
həsr edilmişdur. Sovet Ordusuna xidmət etmək
adı ilə uzaq Əfqanıstana göndərilən, oraya nə
üçün getdiklərindən, nəyə, kimə “xidmət”
edəcəklərindən xəbərsiz
oğullarımızın acı taleyi faciə mövzusu kimi
qələmə alınmışdır.
Bu qeydləri yazarkən uzaq illərin arxasında
qalmış bir epizodu xatırladım. Kəndimizdən
iki nəfər - Nazim Abbasovun və Firudun Hüseynovun (məndən
bir sinif aşağıda oxuyublar) Əfqanıstanda xidmət
edirdilər. Yaman qorxulu, hətta bir ucu hər
an ölümə bağlı yerdə xidmət etdikləri
hamının nəzər-diqqətində oldu, hamı
qayğılandı, narahatçılıq keçirdi.
Onu da deyirdilər ki, Amerika yazıq əfqanlara
divan tutur, humanist SSRİ ona görə əsgərlərini
onlara köməyə göndərir. Bir
yandan öyünürdük ki, bizim qəlbimiz (“SSRİ olan qəlbimiz”)
götürmür ki, dinc əhaliyə divan tutulsun, digər tərəfdən
də ortada həyat məsələsi dayanırdı. Əfqanıstan hadisələrini görməyən
humanist qəlbli sadə kənd adamlarını qorxuya salan nə
olmuşdu? Əlbəttə, eldə-obada
bu qorxuya səbəb hadisələr söylənirdi.
Yaxın yerlərdən xəbərlər gəlirdi:
Əfqanıstanda filankəsin oğlu 3-4 ay bundan irəli həlak
olub, bir komandir 5-6 nəfər əsgərilə onun tabutunu gətirib
dəfn ediblər, dəfndən sonra yaylım atəşi
açılıb (xatirəsinə ehtiram olaraq!). Amma tabutun qapağını açıb son dəfə
övladlarının üzünü görməyə,
vidalaşmağa izn verilməyib.
Belə hadisələrin birində balasının
üzünü son dəfə görmək istəyən
anaya ciddi etiraz edilir, qəti olaraq rədd edilir. Amma oğlunu
son dəfə görmək istəyindən vaz keçməyən
ana gecənin birində qəbiristanlığa gedib qəbri
açır - balasını son dəfə qucaqlamaq, görmək,
vidalaşmaq üçün. Ana dəmir
tabutun içində oğul əvəzi qara daş
görür, vahimələnir, dəli olur. Məsələ yuxarılara çatanda kəndin rəhbəri
ciddi cəza alır, işdən xaric edilir və s. Sonralar bu
məsələdən şübhələnən tabut sahibləri
gecənin birində gedib qəbri açarmışlar, eyni səhnəni
görəndə üsyan etmək istəsələr də,
ağızlarına daş basırlarmış.
Bu hadisələr
dəfələrlə təkrar olur, ən nəhayət hər
kəsə aydın olur ki, Əfqanıstandan gələn
tabutlarda oğul yox, əvəzində daş var. Bu məsələ-hadisə
eldə-obada qoruq-qadağalara baxmayaraq,
yayılmışdı, hər yerdə
pıçıltı ilə olsa da söylənirdi.
Onda Ülvi balaca idi. Amma bu söhbətlərin
şahidi olmuşdu. Sonra böyüdü,
özü tələbə oldu, əsgər oldu, hərbi xidmətə
yollandı. Müəllif hər iki əsərdə
uşaq vaxtı eşitdiklərini, əsgəri xidmətdə
olarkən gördüklərini müşahidələri əsasında
qələmə almışdı.
Bu əsərlərdə - istər “Ömür yolu”
poemasında, istərsə də “Qansızlar” povestində
Ülvi bir nüansa da diqqəti cəmləyir. SSRİ
Ordusunun baş komandanı Əfqanıstana daha çox
türkəsilli xalqları - Azərbaycan, özbək, tatar,
türkmən, qazax, qırğız, başqırd,
çuvaş, kumık, qaqauz ... gənclərini göndərirmiş.
Burada bir neçə səbəb görünür: əvvəla,
əfqanlar onları, - nisbətən əsmər bənizli gəncləri,
- özlərinkindən ayırd edə bilməsin, ikinci,
müsəlmanın müsəlmana olan nəfsi-hörmətinə
bələdliklərindən qırğına çox yer
verilməsin deyə, ən başlıcası isə, əfqan
elə qoy, öz dindaşının, dildaşının əli
ilə məhv edilsin. Hər necə olsa da
ölən də, qalan da müsəlmandır.
Bu ancaq mənfur imperiya siyasətinin məqsədi idi. Bəli, bu
gün də hörmətlə yanaşdığımız
“əfqanlar” belə meydana gəlmişdi.
Bəs, Ülvinin bu əsəri yazmaqda məqsədi nə
olub? Əsgərlikdə
- sovet ordusunun əsgəri olarkən (1987, iyul - 1988, sentyabr,
Krasnoyarsk, Kansk ş.), ordu rəhbərliyinin müsəlman əsgərinə
“diqqəti”, onları silaha yaxın qoymayaraq ancaq qab-qacaq
yumağa, daş-ağac daşımağa və s. belə
deyək ki, adi fəhlə (bəlkə də qul) işlərinə
təhkim etmələri, amma dar ayaqda hərbi
hazırlıqsız ölüm yoluna göndərmələrinə
şair ürəyi ağrımışdı, qəlbi
yaralanmışdı. Düzdür, Ülvi rus dilini gözəl
bildiyindən, həm də bir il tələbə
həyatı daşıdığına görə fəhlə
işlərinə cəlb edilməmişdi. Özü
demişkən, köhnə uzaqvuran hərbi raketləri Sakit okeana
tuşlayaraq məhv etməklə, yenilərini isə öyrənməklə
məşğul olub.
Əsgərlikdə
belə məsələləri - ayrı seçkilikləri
anladıqca və bir əsgərin iki qardaşının əfqançı
olaraq həlak olmalarını ürək ağrısı ilə
yoldaşlarına danışması Ülvinin içini
göynətmişdi, üstəlik, xidmətinin son
aylarında SSRİ-nin içindən
çöküşü ilə bağlı bir çox hadisələrin
şahidi olması bu əsərləri qələmə
almasına stimul vermişdi.
SSRİ
dövlətinin “Əfqanıstan əməliyyatı”nın məlum tarixi xronikasına nəzər
yetirərək: 1979-cu il dekabr 25-dən 1989-cu il fevralın
15-nə qədər, Sovet İttifaqının 40-cı ordusu
Əfqanıstan ərazisində olduğu müddətdə
beynəlmiləlçilik missiyasını yerinə yetirərək
416 irimiqyaslı hərbi əməliyyatlarda iştirak edib. Məlum
Cenevrə razılaşmasına əsasən, 40-cı Ordunun
Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanıb və bu proses 15 fevral
1989-cu ildə başa çatıb. Bu gün məhz
həmin günü MDB-yə üzv olan dövlətlərdə
keçmiş Əfqanıstan döyüşçüləri
bayram kimi qeyd edirlər. Azərbaycandan 7500
nəfər döyüşçü Əfqanıstan
müharibəsində iştirak edib. Onlardan
208 nəfəri hərbi əməliyatlarda həlak olub, 450 nəfəri
əlil olub, 7 nəfəri isə itkin düşüb. 1400 nəfər isə mülkü işlərdə
xidmət edib. Böyük döyüş
təcrübəsinə malik olan azərbaycanlı
Əfqanıstan veteranları Azərbaycanın Milli Ordusunun
yaranmasında xüsusi rolu olub və onların əksəriyyəti
yenidən əllərinə silah alaraq Dağlıq Qarabağ
uğrunda fədakarcasına döyüşüb. Qarabağda, torpağlarımızın erməni
işğalçılarından azad olunması
üçün Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı
döyüş batalyonu təşkil edərək
döyüşə atılıblar. Onlardan
76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri
isə itkin düşüb. Əfqanıstan
döyüşçülərindən Qarabağda torpağlarımızın
azad olunması uğrunda erməni
işğalçılarına qarşı gedən
qızğın döyüşlərdə göstərdikləri
qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər
Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə
döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan
döyüşçüləri Azərbaycan Dövlətinin
Silahlı Qüvvələrində müxtəlif yüksək
rütbəli vəzifələrdə xidmət edirlər.
Bunlar
bizim “əfqanlar”ın acı taleyindən yaranmış
qısa tarixi xronikadır.
Əsərlərin
məzmunu haqda... Bunları oxumaq, həm müəllifin
yaşantıları ilə tanış olmaq, həm də ədəbi
nümunə olaraq yüksək sənətkarlığına
şahid olmaq gərəkdir. Eyni zamanda, belə bir tarixi
olayın ədəbi məzmunu ilə də tanış
olmaq maraqlıdır. Doğrudur, bu əsərlər
bir neçə dəfə nəşr edilib. Amma aktual məzmunu onu təkrar gündəmə gətirməyə
şans verir. Əfqanıstana “xidmətə
yollanan” lirik “mən” orada qərib ruhlarla - azərbaycanlı
oğullarımızın ruhu ilə “görüşür”.
Qeyrətsizlər yad torpağı qorumaq yox,
Dağıtmaq
üçün
göndərdilər bura məni.
Əfqanıstan - Azərbaycan gətirdilər hara məni?
“Ömür
yolu” poemasını özbək, qazax, qırğız, tatar
dostlarıma göndərdim ki, Ülvi bu əsərində
sizin də oğullarınızın adını qeyd edir,
onların nakam talelərinə ağrıyır
Əsir düşdüm. Soruşdular: Sən kimsən?
Bu
torpağın yarasını Yoxsa sağaltmağa gələn həkimsən?
Biz ki, sənin torpağını tanımırıq
uzaqdan da.
İncimişik
özbəkdən də, tatardan da,
Qırğızdan da, qazaxdan da, türkməndən də.
Beynəlmiləl deyə-deyə hardan hara gəlibsiniz?
Əsərin dostlarımın da diqqətini cəlb edəcəyinə
inanmışdım, tərcümə edərək bir
nüsxə də mənə göndərmələri isə
sözsüz cavabları - sözsüz şərhləri
oldu.
Özbək bacım, “Şöhrət” medallı
şairə rəfiqəm Xasiyət Rüstəm əsəri
oxuyandan sonra yazdı ki, “Bu nə ağrı, bu nə sənətkarlıq,
bu nə möcüzədir, bacım. Kim bu Ülvi? Necə
yazıb, hansı ürəklə yazıb, qəlbinə
heç yazığı gəlmədimi, anaların ürəyini
necə oxşaya
bilib? Söz tapmıram, deməyə, dilimizə
çevirdim, bir nüsxə də sənə göndərirəm”.
Qırğız dostum Altunbəy İsmayılov
yazdı ki, “əsəri qırğızcaya çevirdim,
çox gözəl bir əsər - faciədir, oxunması
belə çox ağrılı”. Altunbəyın tərcüməsi
mənə gələn günü - 11 fevral 2014 günü -
Ülvinin atası - əziz qardaşım Yusifin dəfn
günü idi. Əsərin tərcüməsini
elektron poçtumda görəndə Altunbəya “sağ ol” -
demək əvəzinə yazdım ki, “Altunbəy, Ülvinin
atasının ürəyi dayandı, bu gün dəfn etdik,
kaş əsəri dünən göndərəydin, ona da
göstərəydim”. Cavab yazdı ki, “kaş ki..”
Krımtatar qardaşım gənc şair, tədqiqatçı
dostum Refat Abducemil yazdı ki, “Poema qeldi. Men okudım.
Çok güzel. Kederli satırlar.... Acınıklı vakialar. Tamam
bizim Kırımtatar şairlerin poemalarına benzey. Ayni taleyi yaşayan insanlarıq, sebeb budur. Bu poemanı Kırımda bastırmak kerek.
Kırım okuyıcaları tanış
olsun. İnşallah eger mumkün olursa,
razı olsanız biz onı burada derc eterik bence maraqlı
mövzu, ebet. Mevzu pek merkalı. Şu
zamanlarnı, o devirni yaşlar - genç nesiller bilse çok yahşı olur. 31 iyulda növbəti məktubu
aldım: “Almaz hanum! Ramazan Bayramı hayırlı ve mübarek
olsun! çoq sağ olun! Poemanı
okurkenim, eser hoşuma geldi! Çoq deren manalı! Mutlaq
neşr ederik! Poemanın tercümesini
gönderdim e-mailinizge.” Poemanın gürcü
variantı ilə tanış olan və onu word proqramında
üzünü köçürüb mənə göndərən
gənc tədqiqatçı Mzisa Buskivadze yazdı: “Almaz
hanim, poema cok duygusal ozeliklle oglu kaybeden annenin imgesi:
(növbəti məktubunda yazdı ki, “aaa, demek, Ulvi gurcuce de
harfleri ogrenmis, harika, cok sevindim”.
Türkiyədən
əziz dostum-qardaşım İmdat Avşar yazdı: “azərbaycanlı
dost şair və “Dünya ədəbiyyatı”
jurnalının baş redaktoru Səlim Babullaoğlu 2009-cu ildə
mənə bir məktub göndərmişdi; “20 Yanvar”da şəhid
olan gənc şairimiz Ulvi Bünyadzadənin” “Ömür
yolu” adlı poemasını Azərbaycan türkcəsi,
Türkiyə türkcəsi, gürcü, rus və ingilis dillərində
eyni kitabda yayımlamaq istəyirik. ... bu
poemanı Türkiyə türkcəsinə sizin
uyğunlaşdırmanızı xahiş edirəm.
Not: Kitab
“20 Yanvar” 18-ci ildönümündə nümayiş olunacaq,
ona görə vaxtımız az, sizdən
tələsik cavab gözləyirəm. İmza: Səlim
Babullaoğlu ...Səlim bəyin məktubunu oxuyan kimi, məktuba
əlavə olunan şeiri açmış və
bütün işlərimi bir kənara qoyub şeiri Türkcəyə
uyğunlaştırmaya başlamışdım. Səlim bəyin məktubuna cavab əvəzi olaraq
şeirin Türkiyə türkcəsinə çevrilmiş
halını göndərmək istəyirdim. Bu gənc
şairin, 1979-cu ildə başlayan Rusiyanın
Əfqanıstan işğalına, Qırmızı Orduda
iştirak edən və bir heç uğrunda Heratda, Qəndaharda
torpağa düşən azərbaycanlı oğulların əziz
xatirələrinə ithafən yazdığı o möhtəşəm
dastanı, o gecə Türkiyə türkcəsinə
uyğunlaşdırıb Səlim
bəyə göndərmişdim”.
İstedadlı
tərcüməçi, əziz dostum Sevil Gültən deyir
ki, “əsəri ürək ağrısı ilə tərcümə
etdikdən sonra bir ingilis dilli pakistanlıya oxudum ki,
görüm poetik tərcüməm necə alınıb, əsəri
başdan - ayağacan gözyaşı ilə dinləyən həmkarıma - “sağ ol” - dedim. Deməli, tərcümə uğurlu alınıb
ki, gözyaşları içində boğuldu.
Gürcü
balası, şair dostum Qiya Paçxataşvili əsəri rus
dilinə çevirərkən “çox
ağrıdığını-əsgər ruhun acı taleyinə
yandığını” - bildirdi. Bu kitab həm də
Ü.Bünyadzadə ömründən “Əfqan dostlarına” xatirə hədiyyəsdir.
Onu da qeyd etməyi özümə borc bilirəm ki, əfqanların
taleyini bədii ədəbiyyatda işləyən, onların
acı həyatını şeirə, nəsrə
köçürən bəlkə də ilk qələm
sahibi Ülvidir. Uzaq Sibirdə xidmətdə olarkən
yazanda hələ SSRİ dağılmamışdı, hələ
yazar insanlarda bir SSRİ qorxusu vardı. Görünür,
Ülvi SSRİ-nin çöküşünü oralarda
olanda duyubmu, ya Azərbaycandakı inqilab dalğası onu belə
coşdurmuşdumu? Hər halda o, bu faciəni
dərk etmişdi, gözəl qəlbi ilə istedadı birləşərək
ortaya iki mükəmməl ədəbi sənətkarlıq
nümunəsi - əsər qoymuşdu. Poetik söz
oynatmaları, lirik duyğular, xalq nəğmələri
motivi, zümzümələr, ustadcasına və qəlb atəşindən
qor alaraq yazılan misralar -
Sənə
namərd çıxsam əgər,
Babəklərim qan - yaş tökər.
Koroğlular
kaman çəkər
Oxlar məni, saxlar, ağlar.
Gözlərindən qəm yaşını sil,
yaşa.
Yaşa Vətən,
milyon-milyon il yaşa.
Yaşamağın mənasını bil, yaşa.
Uzaq Sibirdə
Vətən üçün çırpınan oğul özünü Azərbaycana
- Bakıya pərvanə atəşə aşiq olan kimi
atdı. Oradan göndərdiyi və poemada işlətdiyi sətirlərə
diqqət edək -
Aman
qardaş, doğrudurmu deyirlər,
Gecə-gündüz qan tökülür yurdumda.
Qarabağın tarixini danırlar,
Məscid uçur, dam sökülür yurdumda.
Qarabağdı mənim dinim-imanım,
O torpağın nişanəsi, iziyəm.
Məni belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm.
Hüseyn Arif “Ülvi” poemasını o zamanlar “Azərbaycan gəncləri” qəzetində (27 aprel, 1991) dərc etdirmişdi, sonra kitabına daxil etdi. Həmin poemasını belə bir sonluqla bitirir:
Od nəfəsi yandırıcı, yaxıcı,
Baxışları alıcıdan alıcı.
Misraları bir-birindən axıcı,
Şeirini, qəzəlini itirdik.
Bir yenilməz qəhrəmandı Bozatda,
Bir sevimli şair idi elatda.
Biz
Ülvinin simasında həyatda,
Koroğlunu, Füzulini itirdik.
P.S.
Ötən il Əfqanıstana türk dünyasının
dahi oğlu Əlişir Nəvainin 575 illiyi münasibətilə
keçirilən beynəlxalq elmi konfransa dəvət olunmuşdum. Gedərkən
Ülvinin “Əfqanıstan ağrıları” kitabını
da özümlə götürdüm, Herat şəhərində
kitabxanaya verəcəkdim. Kitabı təqdim
edərkən “bu gənc şairi biz də
tanıyırıq” - dedilər, heç təəccüb etmədim.
Talenin bu cür qəribəlikləri mənim
üçün artıq çoxdan adiləşmişdi.
Almaz ÜLVİ
525-ci qəzet 2018.-
20 yanvar .- S.16.