Nofəl
ÜMİD
BİR KƏND
QOYUB GƏLMİŞƏM...
Tarlalar şumlanmış, bağlar əkilmiş,
Torpağın bağrına cızlar çəkilmiş,
Üzü günə boy-boy evlər
tikilmiş,
Bir kənd qoyub gəlmişəm...
Dolu evlərimiz yerli,yataqlı,
Bütün otaqları əli
çıraqlı,
Qapıları açıq,yolları
bağlı,
Bir kənd qoyub gəlmişəm...
Ruh oxşayan, könül açan, səfalı,
Torpağı nur, bərəkətli,
şəfalı,
Bulaq suyu, ov əti,
dağ havalı,
Bir kənd qoyub gəlmişəm..
Bütün mümkünlərdən kəsilmiş yolu,
Artıq
ümidlərdən qırılmış
qolu,
Köksü parça-parça, gözləri dolu,
Bir kənd qoyub gəlmişəm...
Çatmaz ona cənnət
olsa siz görən,
Döz ürəyim, bu həsrətə döz, dirən,
Hər yanında xoş xatirə gəzdirən,
Bir kənd qoyub gəlmişəm...
BU GÜNÜN SABAHI VAR
Vətən, sənin hər
daşına qurbanam,
Hər daş altda bir şəhidin
ruhu var.
Sevinc gəzə bilməz yaralı könlüm,
Ürəyimdə anaların ahı var.
Əsirlikdə elim var, axtarmıram,
Çəkir zülüm, dərd,
qübar axtarmıram,
Bu halına günahkar axtarmıram,
Vətən deyən hər kəsin günahı var.
Dünya
gəzən şöhrətimə
göz dikib,
Əsir tutub, qeyrətimə göz dikib,
Torpağıma, sərvətimə göz dikib,
Düşmənimin çox gözəl iştahı var.
Vətən oğlu, torpağa yas saxlama,
Hər verilən vədə ümid bağlama,
Müjdə gözlə, dik
dur, Anam ağlama,
Alacağıq, bu günün
sabahı var..!
VƏTƏN
Həsrətindən yandı bağrım,
Çatmır sənə əlim, Vətən.
Məni
bağışla deməyə,
Susub,gəlmir dilim, Vətən.
Hey bölünüb, parçalanıb,
Sinəsində od qalanıb,
Həm satılıb, həm talanıb,
Hanı bütöv elim, Vətən?!
Gün gələ keçim qarşına,
Çıxım dağların başına,
Üzümü sürtüm daşına,
Qucağında ölüm, Vətən.
525-ci qəzet 2018.- 20 yanvar.- S.23.