Sofiyada Azərbaycan film gecəsi

 

Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub.

 

Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə Milli Məclisin deputatı Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, bu ölkənin dövlət özəl qurumları yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, aparıcı QHT KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, "Azərbaycanın dostları" Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Sofiya şəhərinin meri Yordanka Fandıkova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək bu il Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib. Bildirib ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan "Leyli Məcnun" operasının 110, milli teatrımızın 145 kinematoqrafiyamızın 120 illik yubileyləri qeyd olunacaq. Diplomat əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə həyata keçirəcək.

 

Səfir mövcudluğu ərzində Azərbaycan kinematoqrafiyasının saysız bədii, sənədli cizgi filmləri istehsal etdiyini bu filmlərin nəinki yerli auditoriya, eləcə xarici kinosevərlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, rejissorlar Boris Barnet Səməd Mərdanovun 1935-ci ildə lentə aldığı Azərbaycan tarixində ilk səsli film olan "Mavi dəniz sahilində" filmi dünya kinematoqrafiyasının 100 illik yubileyi ilə əlaqədar nüfuzlu film tənqidçiləri arasında aparılmış sorğuya əsasən dünyanın ən yaxşı filmləri siyahısına daxil edilib. Diplomat son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyi 20 mükafata layiq görüldüyünü qeyd edib.

 

N.Qurbanova festival çərçivəsində nümayiş olunacaq rejissor İlqar Nəcəfin "Nar bağı" filminin süjet xətti beynəlxalq arenada uğurları barədə məlumat verib.

 

Sonda "Nar bağı" filmi nümayiş olunub.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.- 23 yanvar.- S.7.