Azərbaycan Davosda Mədəniyyət
Nazirlərinin konfransında
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev İsveçrənin
Davos şəhərində keçirilən Mədəniyyət
Nazirlərinin konfransında iştirak edib.
Mədəniyyət
və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Yüksək
səviyyəli Baukultura doğru" mövzusunda keçirilən
konfransda şəhərsalma mədəniyyətinə vahid və
kompleks yanaşma məsələləri müzakirə edilib.
Konfransda
açılış nitqi ilə İsveçrə
Konfederasiyasının Federal Kansleri Alain Berset
çıxış edib. Daha sonra iştirakçı nazirlər
yekunda qəbul olunacaq bəyannamənin mətni ilə
bağlı fikir mübadiləsi aparıblar.
Nazir
Əbülfəs Qarayev tədbirdə çıxış
edərək Azərbaycanda mədəniyyət və irs sahəsində
həyata keçirilən islahatlar, habelə Prezident İlham
Əliyevin təşəbbüsü ilə həyata
keçirilən "Bakı Prosesi" və mədəniyyət
sahəsində beynəlxalq layihələr barədə
iştirakçılara məlumat verib.
İclas
çərçivəsində nazir Ə.Qarayev bir sıra
Avropa ölkələrinin nazirləri ilə ikitərəfli əməkdaşlığa
dair fikir mübadiləsi aparıb.
Konfransın sonunda Davos Bəyannaməsi
qəbul olunub.
525-ci qəzet 2018.- 23 yanvar.- S.7.