İrəvan teatrında “Ömür
qatarı” tamaşasının premyerası olub
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yeni ildə ilk tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində qırğız yazıçısı Mar Bayciyevin “Ömür qatarı” əsəri əsasında hazırlanmış tamaşanın premyerası uğurla keçib.
Teatrın 136-cı mövsümün anşlaqla keçən ilk premyerasında Qırğızıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əsəri Azərbaycan dilinə tanınmış şair-dramaturq Hidayət tərcümə edib.
Əsərdə insan taleyi, insani məsələlər ön plana çəkilib. Hadisələr birinci hissədə sərnişin qatarında, vaqonda cərəyan edir. İkinci hissədə isə hadisələr qatardan enmiş səhrada dəmir yolunun üzərində davam edir. Hansı ki, bu qatarda iki gənc evlənməyə, bir qadın isə nə vaxtsa qısa vaxtda sevdiyi oğlanın qəbrini ziyarətə gedir. Tamaşada müxtəlif insan taleləri əks olunur.
Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.
Rollarda
Əməkdar artistlər Esmiralda Şahbazova, Vaqif Kərimov,
aktyorlar Səmayə İsmayılova,
Ruhiyyə Eyvazova, Nicat
Mirzəzadə, Şəbnəm Cəbrayılova, Tural Xəlilzadə, Elçin
Hacıyev və Rövşən Cəfərov
çıxış ediblər.
525-ci qəzet.-
2018.- 24 yanvar.- S.7.