Oman mədəni və elmi təsisatlarında doktor Abdulla Bin Naser Əl Hərrasinin rolu

 

Azərbaycanın Ərəb dünyası, o cümlədən, Oman Sultanlığı ilə münasibətləri, ədəbi-mədəni əlaqələri son zamanlar davamlı inkişaf etməkdədir.

Ötən il bu yöndə əhəmiyyətli addımlar atılıb. Ədəbi sahədə isə AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin "Dünya ədəbiyyatı" dərgisinin "Oman" xüsusi sayı nəşr edilərək ciddi maraqla qarşılanıb. Həmçinin, bununla əlaqədar ədəbiyyatçılarımız Omanda səfərdə olaraq görüşlər keçiriblər.

Bu sahədəki fəaliyyətilə seçilən tanınmış alim, professor İmamverdi Həmidovun bir məqaləsini oxucuların diqqətinə çatdırırıq. 

Doktor Abdulla Əl Hərrasi Oman sultanlığında bütövlükdə ərəb aləmində akademik elmi hərəkata təsir göstərmiş şəxsiyyətlərdəndir. Onun tərcümə dilçilik üzrə nəzəri praktik cəhətdən, habelə ensiklopediyaların hazırlanması işində böyük rolu vardır. Sultan Qabus Universitetində "Tərcümə məcmuəsi"nin təsisçisi olan tanınmış peşəkar tərcüməçi olan doktor Hərrasi 1992-ci ildən universitetin ədəbiyyat ictimai elmlər fakültəsinin ingilis dili şöbəsinin akademikidir. Omanda tərcümə işinə kömək etmək, elmi əsaslarla tərcüməçi kadrlar hazırlamaq yüksək keyfiyyətli ədəbi tərcümə nümunələri yaratmaq məqsədilə tərcümə  proqramları vasitəsilə prosesi dərinləşdirən bir sıra işlər məhz onun rəhbərliyi ilə görülüb.

Avropa Tərcümə Tədqiqatları Cəmiyyətinin üzvü olan Abdulla Bin Naser Əl Hərrasi 1998-ci ildə Belçikanın Lufn Universitetində "Tərcümə, əlaqələr mədəniyyətlər sahəsində tədqiqatlar" mərkəzinin xüsusi şəhadətnaməsini, habelə 2001-ci ildə Böyük Britaniyanın Aston Universitetində elmlər doktoru dərəcəsini alıb. Bir xeyli tərcümə toplularının böyük elmi əhəmiyyəti olan kitabların tərcüməsi, redaktəsi nəşrə hazırlanmasında iştirak edib. Ser Donald Haulinin "Oman onun müasir yüksəlişi" (1998, London; Məhəmməd Əl Bəluşi Fovziyyə Əs Siyabinin iştirakı ilə), Pavlo Kostanın "Omanda məscidlər türbələr" (2006; kitabda qədim Oman məscidlərinin, türbə məqbərələrinin sənədlər mənbələr əsasında təsviri verilir), "Xor Ruri" (redaktor: Aleksandr Afanazini; Əlahəzrət Sultanın mədəniyyət işləri üzrə məsləhətçisinin kitabxanası seriyasından) kimi kitab əsərlər məhz onun tərcüməsində işıq üzü görüb. Mətbuatla sıx bağlı olan Doktor Hərrasinin "Nizva" (Oman) "Əl Ərəbi" (Küveyt) kimi jurnal qəzetlərdə çoxlu sayda məqalələri, tərcümələri dərc edilib.

Doktor Hərrasi tərcümə işi ilə onlarla müzakirə müsabiqələrin iştirakçısı, müsabiqə komissiyalarının başçısı olub. O, "Oman tarix boyu" (London, 1995), Basil Hatəm İyan Meysonun "Mütərcim əlaqə yaradandır" (2001), Kristina Şafnerin "Tərcümə təqdir" kitablarının onlarla başqa tədqiqatların, tərcümə məcmuələrinin rəyçisi redaktoru kimi çıxış edib,  tərcümə sahəsindəki  bir çox elmi tədqiqat antologiyalarına "ön söz" yazıb.

"Mədəniyyətlərin dialoqunda tərcümənin rolu" (Nizva, 12-15 avqust 2006-cı il, "Mədəniyyətlərin sivilizasiyaların dialoqu"/məruzə), "Nəcib Məhfuzun tərcümələri: təcrübələr problemlər" (Məsqət, 4-5 dekabr 2006-cı il, Oman Mədəniyyət klubunun Nəcib Məhfuza həsr edilmiş elmi sessiyasında məruzə), "Tərcümə sənəti" (Məsqət, 14-15 mart 2008-ci il, Sultan Qabus Universitetində "Oman Sultanlığında tərcümə sənəti tərcümə müəssisələri" mövzusundakı seminarda məruzə),  "Tərcümə ərəb intibahı" (Məsqət, 2005-ci il, "Yeni ərəb reallığı: daha yaxşı gələcəyin planlaşdırılması" sessiyası/məruzə), "Tərcümənin tədqiqində yeni metodlar" (Qahirə, 15-17 iyun 2010-cu il,  Misir Ali Mədəniyyət Məclisinin təşkil etdiyi "Ədəbi tənqid mədəni reallıq" mövzusunda konfransda məruzə) kimi məqalə, çıxış məruzərələrin nəşri Doktor Abdulla Əl Hərrasinin fəaliyyətinin nəticəsidir.

Doktor Hərrasi 2015-ci ilin dekabr ayında tərcümə sahəsində xidmətlərinə görə Ərəb Körfəzi Ölkələri Əməkdaşlıq Şurasının mükafatı ilə təltif edilib.

Doktor Hərrasi milli beynəlxalq miqyasda bir çox görüş tədbirlərdə iştirak edib, "Tərcümədə istiarə anlayışı" (okyabr 2000-ci il, Böyük Britaniya, Mançester, Salford Universiteti), "Tərcümənin tədqiqində yeni nəzəriyyələr" (yanvar 2002-ci il, Məsqət, Oman Mədəniyyət klubu)  "Ərəb tərcümə hərəkatının mədəni rolları" (aprel 2002-ci il, Səlalə vilayəti, pedaqoji fakültə), "Omanda tərcümənin tarixi" (iyul 2008-ci il, Məsqət, Oman Mədəniyyət klubu) mövzularında mühazirələr oxuyub.

Doktor Abdulla Hərrasinin tərcümə ilə yanaşı, ərəb dünyasında başqa bir ciddi elmi fəaliyyəti vardır ki, bu da metafora kateqoriyasının tədqiqidir. O, Corc Lakon Mark Consonun "Bizim canlandırdığımız təşbihlər" kitabında verilmiş müddəalara istinad etməklə Musa Bin Meymunun "Heyrətdə olanların sübutu" əsərinin İmam Əli İbn Əbu Talibin mətnlərinin təhlilindən sonra ərəb mədəniyyətindəki fəlsəfi siyasi xitabların formalaşmasında istiarənin rolu haqqında öz elmi baxışlarını qələmə alıb, mülahizələrini "Aydın təşbihlər" kitabında  təqdim edib. Əsər 2002-ci ildə silsilə şəklində nəşr edilib.

Hərrasinin Oman müasir ərəb mətbuatı ("Nizva" jurnalı, "Oman", "Görüş" "Ərəb Qüdsü" qəzetləri) haqqında yazdığı tədqiqat məqalələri ayrıca kitab halında nəşr edilib.

Doktor Abdullah Hərrasinin müasir Oman elmi mədəniyyəti tarixində olduqca mühüm, xüsusi rolu vardır. O, İrs Mədəniyyət Nazirliyi tərəfindən yaradılan ilk Milli Oman Ensiklopediyasının təsis edildiyi 2004-cü ildən etibarən ensiklopediyanın baş redaktoru redaksiya komissiyasının sədridir. Hərrasi müsahibələrinin birində ensiklopediya haqqında deyir: "Ensiklopediya mədəniyyət, uğur deməkdir milli bir işdir, Omanın onun mənliyini qoruyan yaddaşıdır. Burada onun ucalığı, mədəni özülü qədimliyi, böyük rəngarəng irsi cəmlənmişdir".

Oman Ensiklopediyası 2014-cü ildə Məsqət Beynəlxalq kitab sərgisində nümayiş etdirilib. Ensiklopediyanın hazırlanmasında 400-dən çox təcrübəli Oman tədqiqatçısı iştirak edib. Ensiklopediya Omanda ümumərəb aləmində müxtəlif elm sahələrində çalışan mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb. Ensiklopediya üzərində bu gün davam etdirilir, o, yenidən işlənir, dəqiqləşdirmələr, yeni elmi tədqiqatlar aparılır, onun əhatə dairəsi genişləndirilir. Yaxın gələcəkdə uşaqlar üçün xüsusi ensiklopediyanın hazırlanması da nəzərdə tutulur ki, bu da Hərrasinin rəhbərlik redaksiyasının planlarına daxildir.

Doktor Hərrasi Oman Ensiklopediyası layihəsi üzərində işləyəndə ona milli əhəmiyyətə malik kimi baxıb ensiklopediyaya məxsus düzgün elmi metodun yaradılmasının da qayğısına qalmışdır. Bu məqsədlə o, bir çox mühazirələr oxumuş, həm tədqiqatlarını, həm təcrübədən irəli gələn görüşlərini nəzəri fikirlərini bir məcmuədə toplamışdır ki, məcmuəyə daxil etdiyi məqalələr sırasında "Oman Ensiklopediyası Oman insanının həyat, fəaliyyət sahələrini omanlı xarakterini əks etdirən tamamlanmış ensiklopedik işlərin dərslərindən biri kimi" (2 may 2006-cı il, Məşqət, "Oman yurdunun ensiklopediyası" mövzusundakı simpoziumda məruzə) "Oman ensiklopediyası layihəsinin ümumi təqdimatı"nı (7 aprel 2008-ci il, Məsqət, Oman Mədəniyyət klubunda "Oman ensiklopediyası" mövzusundakı simpoziumda məruzə) xüsusi göstərmək gərəkdir.

Doktor Hərrasi Oman mədəni hərəkatında həm akademik fəaliyyətlə məşğul olan şəxsiyyət kimi, həm kütləvi tədbirlərin fəal iştirakçısı kimi tanınır. O, Omanın müasir dövrü ilə yanaşı, qədim Oman, ərəb mənbələrində Oman tarixi başqa mövzularda onlarla məqalə yazıların müəllifidir.

 2 oktyabr 2011-ci ildə Əlahəzrət Sultanın fərmanı ilə doktor Abdulla Bin Naser Əl Hərrasi Oman Radio Televiziya Dövlət Komitəsinin sədri  təyin edilib. Bu təyinatdan sonra sultanlıqda Oman televiziyası radiosunda ciddi dəyişikliklər başladı,  Əl Hərrasi teleradio yayımının dünya səviyyəsinə uyğun olması yaxşılaşdırılmasına böyük əmək sərf etdi. 2013-cü ildən "İdman",  2015-ci ildən  "Oman Mədəniyyəti" kanalı yayıma başladı. Doktor Hərrasinin elmi müşavirlik, tərcümə dilçilik elmindəki fəaliyyəti nəzərə alınaraq 2017-ci ildə Böyük Britaniyanın Aston Universiteti ona fəxri doktor adı verdi. Bütün bu işlər dərin tədqiqat yüksək idarəçilik məharətinə malik olan Abdulla Hərrasinin tanınmış bir şəxsiyyət milli mədəni baxışlarını dünya səviyyəsinə tanıtmağa çalışan Oman vətəndaşı olduğunu göstərir.

 

İmamverdi HƏMİDOV

professor

 

525-ci qəzet.- 2018.- 25 yanvar.- S.7.