Professor Tərlan
Seyidovun 75 illiyi qeyd olundu
Yanvarın 24-də Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar
incəsənət xadimi,
professor Tərlan Seyidovun
anadan olmasının
75 illiyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, akademiyanın
rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Tərlan
Seyidovun Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən
söhbət açıb. Onun geniş
profilli peşəkar musiqiçi kimi həyata keçirdiyi layihələrdən və
yetirmələrinin qazandığı
uğurlardan danışıb.
"Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tərlan Seyidovun Azərbaycanda elmi-ifaçılıq təcrübəsinin
genişlənməsi, peşəkar
musiqiçilərin hərtərəfli
inkişafı, formalaşması,
mütəxəssislərin yetişməsi, gənc musiqiçilərin mükəmməl
təcrübəyə yiyələnməsində
böyük xidmətləri
var. O, peşəkar musiqiçilərin
hazırlığına, onların
yeni keyfiyyət səviyyəsinə çatmasına
imkan yaradır və bu yolda
həm də böyük maarifləndirici
rol oynayır", - deyə rektor bildirib.
Uzun illər akademiyada göstərdiyi səmərəli
fəaliyyətinə görə
yubilyarı təbrik edən rektor ona rəhbərlik etdiyi ali
təhsil ocağının
diplomunu verib.
Mədəniyyət və Turizm Nazirliyi adından yubilyarı təbrik edən nazirliyin şöbə müdiri Yaşar Əliyev onun nəzəri və praktik əhəmiyyətə malik
onlarla elmi işin, monoqrafiyanın, məqalə və tədris vəsaitinin müəllifi olduğunu söyləyib. Həmin tədqiqatların tələbələrin təcrübi
və nəzəri təhsili üçün
xüsusi əhəmiyyətə
malik olduğunu bildirib.
T.Seyidovun zəhmətkeş alim kimi musiqi xəzinəmizə
bəxş etdiyi elmi əsərləri yüksək qiymətləndirən
natiq ona ən xoş arzularını çatdırıb.
Tədbirdə Tərlan Seyidovun yaratdığı və rəhbərlik etdiyi BMA-nın məktəb-studiyası
konsert proqramı ilə çıxış
edib.
Sonda yubilyar tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
525-ci qəzet.-2018.-26
yanvar.-S.7.