Məşhur xalçamız Los-Ancelesdə
nümayiş etdirilir
Azərbaycanın ən məşhur xalçalarından biri -
“Ərdəbil” və
“Şeyx Səfi xalçası” adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində
nümayiş etdirilir.
Tarixi əhəmiyyətli
xalçalardan biri sayılan “Şeyx Səfi xalçası” başqa bir məşhur Azərbaycan xalçası ilə bərabər uzun müddət Londondakı Viktoriya və Albert Muzeyində saxlanılıb.
Hər iki xalça 1539-1540-cı illərdə
Təbrizdə toxunub və XIX əsrə qədər Ərdəbil
şəhərindəki bir
məbəddə saxlanılıb. XIX əsrdə həmin xalçalar Londona gətirilib. Onlardan biri
(“Şeyx Səfi xalçası”) gizli şəkildə amerikalı
sənayeçi C.Poul
Gettiyə satılıb.
1953-cü ildə Getti həmin xalçanı Los-Anceles dairəsindəki İncəsənət
Muzeyinə hədiyyə
edib.
Hazırda həmin muzeydə nümayiş etdirilən xalça daha gözəl hesab edilir. Xalçanın ölçüləri çox böyük (uzunluğu 23, eni 13 fut) olduğuna görə, adətən onu 6-10 ildə bir dəfə Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirirlər. 1965-ci ildəki “debüt”ündən ötən müddətdə bu xalça cəmi 6 dəfə nümayiş etdirilib. Builki sərgi fevralın 11-dək davam edəcək.
XƏDİCƏ
525-ci qəzet 2018.- 27 yanvar.- S.13.