Yazı haqqında yazı

 

Təranə MAHMUDOVA

BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

 

Niyə yazı qaydaları?

 

Son zamanlar yazı qaydalarında müəyyən dəyişikliklərin aparılması ilə bağlı səslənən fikirlərə ictimaiyyətin reaksiyası - mütəxəssislərin mülahizələri, sosial mediada gedən qızğın müzakirələr dil məsələsinin cəmiyyət üçün qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Burada təəccüblü heç yoxdur.

 

Dil - bir milləti millət edən, onun nümayəndələrini birləşdirən ən vacib dəyərlərdən biri, əhəmiyyətinə görə bir nömrəli amildir. Yazı qaydalarına güclü həssaslıq da anlaşılandır. Yazıyaköçəndil (nitq), qalıcılığı sayəsində sənədə çevrilir, tarixi əhəmiyyət kəsb edir. Bu da öz növbəsində tarixi inkişafın müəyyən mərhələlərində cəmiyyətin prioritetləri, səviyyəsi digər vacib nəsnələr haqqında məlumat verən dəlillər qaynağı olur.

 

Hazırda yeni media onun əsas atributlarından biri olan sosial media çevik, fərqli ünsiyyət formaları təqdim edir. Diqqət etsək görərik ki, bu kanallar əsasən yazılı kommunikasiyanı nəzərdə tutur. Lakin bəzən sosial mediada gedən yazılı kommunikasiya bir sıra yazı qaydalarının kobud surətdə pozulması ilə müşayiət olunur. İnsanların, xüsusilə gənc nəslin sosial mediada fəal olduğunu nəzərə alsaq, deyə bilərik ki, yazılı mətnlərdə tez-tez görünən səhvlərin artıqsəhv olmaqdançıxaraq norma halına çevrilməsi ehtimalı olduqca yüksəkdir. Bu, düzgün yazı qaydalarının əhəmiyyətini qabardan mühüm amillərdən biridir.

 

Ünsiyyətin bir forması kimi yazılı kommunikasiyanın bu dəyişikliklərdən kənarda qalması mümkün deyil. Elə isə bu sahədə hansı yeniliklər dəyişikliklər müşahidə olunmaqdadır? Onların əsasında hansı amillər dayanır?   

 

Öncə yerli amillər

 

Bildiyimiz kimi, 2001-ci ildən etibarilə Azərbaycan Respublikasında latın qrafikasına keçid  tamamlanmışdır. Yeni əlifbaya keçid son zamanlar dil sahəsində aparılan ən uğurlu islahatlardan biri sayılır. Lakin bütün proseslərdə olduğu kimi, yeni əlifbadan istifadə zamanı bəzi kiçik təzadlarla üzləşə bilirik. Buna misal olaraq, “C vitaminiifadəsinin yazılışı tələffüzü zamanı yaranan təzadlı vəziyyət göstərilə bilər. Bildiyimiz kimi, bu vitamin uzun müddət, yəni kiril əlifbasının işlədildiyi dövrdə “S vitaminikimi yazılır, “Se vitaminikimi tələffüz edilirdi. Hazırda xalq arasında bunun başqa cür tələffüz edildiyini söyləyə bilmərik. O elə əvvəlki qaydada tələffüz olunur. Lakin bu vahid hazırda “C vitaminikimi yazıldığına görə onun oxunuşu zamanı təzadlı vəziyyət yaranır. Necə oxumalı? Latın qrafikasındakı C hərfini tələffüz etdiyimiz kimi, yoxsa əvvəlki qaydada, yəni “Se” kimi? Məsələ burasındadır ki, tibb sağlamlıq sahəsinə aid söz terminlərin beynəlxalq miqyasda eyni cür adlandırılması, eləcə yazılması qaydası mövcud olduğuna görə vitaminin adı elə belə yazılmalıdır - C vitamini. Sağlamlıq məsələlərinə həsr olunmuş verilişlərdə, həmçinin reklamlarda bu vahidin latın qrafikasının qaydalarına əsasən Türkiyə türkcəsində olduğu kimi, “Cekimi tələffüz edildiyini görə bilərik.

 

 Hepatit C” tibb terminində vəziyyət eyni olduğu halda verilişlərdə bu xəstəlik haqqında danışarkən onunHepatit Se” kimi tələffüz edildiyini görə bilərik.     

 

Beynəlxalq meyllərin təsiri

 

“Beynəlxalq” anlayışı özündə çoxluğu, müxtəlifliyi ifadə etdiyinə görə güc və qüdrətlə assosiasiya olunur. Əgər “yerli” (lokal) və “beynəlxalq” (qlobal) anlayışlarını müqayisə etsək,  üstünlük böyük ehtimalla sonuncuya veriləcək. Beynəlxalq olmanın “nüfuzu” hər bir sahədə öz gücünüüstünlüyünü göstərə bilir. Məsələn, hər hansı sahədə çalışan şəxslər, qruplar beynəlxalq miqyasda tanınmağı arzulayır, istəklərinə nail olduqda isə bunu böyük uğur sayır, həyat amallarını gerçəkləşmiş zənn edirlər. Hər hansı konkret topluma mənsubiyyətindən asılı olmayaraq bu tendensiyanı bütün insanlara və cəmiyyətlərə aid edə bilərik.

 

Beynəlxalq təcrübənin çəkisi və nüfuzu əsas kommunikasiya vasitəsi olan dil sahəsində də özsözünüdeyir. Son zamanlar beynəlxalq miqyasda geniş istifadə olunan bir sıra termin və ifadələrin Azərbaycan dilində fəal işlənməsinin şahidi ola bilərik. Qlobal kommunikasiya sahəsində qeydə alınan proseslərin “dalğası” ilə gələn söz və ifadələrdən bəziləri yalnız mənasına görə deyil, həm də yazılma xüsusiyyətlərinə görə yenidir. Hətta bu, çox kiçik bir detal olsa belə. Universitetlərdə fakültə adlarının yazılışındakı dəyişikliyi buna misal gətirmək olar. Yaxın zamanlara qədər fakültə adları sabit olaraq kiçik hərflə yazılırdı. Lakin qlobal miqyasda onların böyük hərflə yazılması ölkəmizdə də analoji qurumların adlarının böyük hərflə yazılması tendensiyasının başlanğıcını qoydu.

 

Brendlər və trendlər

 

Qloballaşmainformasiya-kommunikasiya prosesləri “dalğası” ilə gələn söz və terminlərdən bəziləri Azərbaycan dilində indi qlobal miqyasda qəbul olunmuş qaydalara əsasən yazılır. Dünya səviyyəsində geniş işlənən informasiya-kommunikasiya mənbələrinin, məşhur şirkətlərin və onların istehsal etdikləri malların adlarını və ya digər adları ifadə edən abbreviaturaları buna misal göstərmək olar. Məsələn, CNN, BBC, Google, Apple, Facebook, Twitter, Nikes. Reklamlarda və digər  informasiya yayıcılarında buya digər şirkətin, qurumun adı dünyanın, demək olar ki, hər yerində eyni cür, yəni orijinaldakı kimi yazılır və milyonlarla insan tərəfindən belə də görülür. Başqa sözlə, o qurumların adları brend adı olaraq orijinaldakı halını qoruyub saxlayır və transliterasiya olunmur. Bu tendensiya ondan irəli gəlir ki, brend yaradıcısı və istehsalçısı olaraq buya digər şirkət öz adının hər yerdə eyni cür görülməsində maraqlıdır. Başqa sözlə, bu addım reklamın bir hissəsidir. O səbəbdən də yuxarıda haqqında danışılan beynəlxalq normalara görə, bu tipli şirkətlərin adlarının yerli əlifba qaydalarına uyğunlaşdırılması, məsələn, Google şirkətinin adının transliterasiya olunaraq Quql, Apple-in isə Əpl  kimi yazılması beynəlxalq normalar baxımından düzgün sayılmır.

 

Onu da qeyd etmək lazımdır ki, bu tendensiya yalnız xarici ölkələrdə izlənmir. Ölkəmizdə də bir sıra tanınmış brendlərin adları yarandığı gündən bəri necə təqdim olunubsa, o cür də yazılır. Buna misal olaraq, respublikamızın tanınmış neft şirkəti olan SOCAR-ın adını göstərə bilərik. Bu şirkətin adına ölkəmizdən kənarda, məsələn, Gürcüstanda, Türkiyədə və s. tez-tez rast gəlmək olar. Bu ölkələrdə sözügedən şirkətin adı heç bir dəyişikliyə uğramadan, olduğu kimi verilir - SOCAR. Digər şirkət adlarından - Azercell, Bakcell, Nar və digərlərini göstərmək olar. Başqa sözlə, biz bu şirkətlərin adlarını fərqli formada tələffüz etsək də (məsələn, “Azercell”-i Azərsell kimi), yazılış zamanı həmişə şirkət adının orijinal formasını nəzərə alırıq. Əlbəttə, o da qeyd olunmalıdır ki, ölkəmizdəki qurum adlarının bəziləri əvvəlcədən qlobal dil kimi ingilis dilində formalaşdırılıb. Böyük ehtimalla, bu, sözügedən şirkət və qurumların dünya miqyasında tanınmaq niyyətindən irəli gəlir.

 

Xariciya xaricidilli şirkət, brend adlarının yazılışı Azərbaycan dilində yeni hal olduğuna görə, onlarla bağlı müxtəlif əməliyyatlar zamanı (məsələn, yazı zamanı adlara şəkilçi əlavə edərkən) bir sıra tendensiyaların formalaşdığını müşahidə edə bilərik. Abbreviatura, sayt, bir sıra təşkilat adlarını da bu kateqoriyaya aid etmək olar. Əsas tendensiya odur ki, bu tipli vahidlərdən sonra adətən defisya tire işarəsi qoyulur. Məsələn, “CNN.com-u izləyin” və yaNAR-a gəlin, hədiyyə qazanın!”, “UNİCEF-dən maraqlı təşəbbüs” və s.  Bu zaman yazan şəxs şəkilçini addan defisya tire işarəsilə ayırmaqla onun şirkət, brend, sayts. adı olduğunu vurğulamağa çalışır. Əlbəttə, burada həm də adların ingilis dilində olması mühüm rol oynayır. Yazan şəxs ingiliscədə olan sözə Azərbaycan dili şəkilçisini birbaşa əlavə etməyi haqlı olaraq məntiqli və düzgün saymır. Bu qaydanın əvvəllər daha az hallarda işlədilən abbreviaturaların yazılış modelləri üzrə formalaşdığını ehtimal edə bilərik. Məsələn, ABŞ-da, BMT-dən və s. 

 

“Qələmi” yerə qoymazdan öncə...

 

Əlbəttə, qlobal proseslərin yazı qaydalarına təsiri ilə bağlı məsələlər bu məqalədə göstərilən məqamlarla məhdudlaşmır. Dilə daxil olan yeni vahidlərin yazılış qaydasının tapılması müəyyən qədər vaxt tələb edə bilər. Dil ictimai hadisə olduğundan hər hansı yeniliyi ifadə edən sözlərin yazılma qaydalarını təsdiq etməzdən əvvəl icitmaiyyətin fikrini bilmək, mümkün variantları ekspertlərin müzakirəsinə vermək vacibdir. Təbii ki, bu proses düşünüldüyü qədər asanhamar keçməyə bilər. Bu isə qərarların qəbulunda ləngimələrə səbəb ola bilər. Bütün bunlara görədir ki, yeni nəsnə və anlayışı adlandırmaq, onun yazılış qaydalarını müəyyən etmək işini bəzən toplum öz üzərinə götürürbir çox hallarda bu proses kortəbii gedir. Yeni vahidlərin yazılma qaydalarını kütləvi kommunikasiyada yaxından iştirak edən şəxslər - əsasən jurnalistsosial media iştirakçıları formalaşdırmağa başlayırlar.

 

Qlobal dəyişikliklərin dilə davamlı surətdə təsir edəcəyi şəksizdir. Dilin söz ehtiyatının zənginləşməsinə və söz yaradıcılığına məsul olan qurumların bu işdə maksimum çeviklik göstərməsi, ortaya çıxa biləcək problemlərin həll metodlarını sistemləşdirməsi artıq zamanın tələbidir.  Bu və digər məsələnin həll yolunu tapmaq üçün yanaşma prinsiplərinin və konstruktiv tədbirlərin öncədən müəyyən edilməsi faydalı olardı.