"Talıbzadələr və İslam" adlı tədbir keçirildi
Abdulla Şaiqin ev-muzeyində
"Talıbzadələr və
İslam" adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, muzeyin
direktoru Ülkər Talıbzadə mənsub olduğu Talıbzadələr
nəslinin vaxtilə
"Axund uşağı"
adı ilə tanındığını bildirib.
O, A.Şaiqin atası Axund Mustafanın Şərq mədəniyyətinə
dərindən bələd
olan din xadimi olduğunu söyləyib.
Bildirib ki, o, Tiflis qazisinin müavini, sonra isə Zaqafqaziya Ruhani İdarəsində Şeyxülislamın
müavini olub, Ruhani idarəsinin nəzdində olan "Rüşdiyyə məktəbi"ndə
dərs deyib və bir neçə
şəriət dərsliyinin
müəllifi kimi tanınıb. Bu səbəbdən
də nəsil onun adı ilə
"Axund uşağı"
adlandırılıb. Ü.Talıbzadə bu gün də Axund Mustafa Talıbzadənin Zaqafqaziya
Şiə Ruhani idarəsinin üzvü olduğunu təsdiq edən sənədin surətinin muzeydə qorunub saxlandığını
bildirib.
Talıbzadələrə həsr olunmuş slayd-şounun nümayiş olunduğu tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini Hacı Fuad Nurullah, professorlar Aqşin Babayev, Alxan Bayramoğlu, Minaxanım Əsədova,
filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy və başqalarının
"Din və cəmiyyət",
"İslam dini və Azərbaycan mədəniyyəti", "Axund
uşaqları nəsli",
"A.Şaiqin böyük
qardaşı Yusif Ziya Talıbzadə" və digər mövzularda məruzələri
dinlənilib.
Çıxış edənlər bildiriblər
ki zaman-zaman ziyalılarımız Azərbaycanda
tolerantlıq mühitinin
təşəkkül tapmasına,
multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalararası
dialoqun qurulmasına, İslam dəyərlərinin
dünyada təbliğinə
böyük töhfələr
veriblər.
Tədbirin ədəbi hissəsində
Nizami Rayonu Uşaq və Gənclər Yaradıcılıq
Mərkəzinin "Gənc
aktyorlar" dərnəyinin
üzvü Zeynalabdin Bağırzadə mövzuya
uyğun şeirlər
səsləndirib.
Sonda Qafqaz-Media
İctimai Birliyinin sədri Azadə Hüseynova muzeyin ictimai fikrin formalaşmasına verdiyi töhfələrdən danışıb,
təmsil olunduğu qurumun "Qobustan" mükafatını Ü.Talıbzadəyə
təqdim edib.
525-ci qəzet 2018.- 30 yanvar .- S.7.