"Nargis"
jurnalının 5 yaşı
qeyd olundu
"Nargis" jurnalı Azərbaycanın Fransadakı
səfirliyinin, "Tattigner
Champagne", "BF Travel", "Gyunel",
"Le Louis XV", "Maison Samadi" şirkət və markalarının birgə təşkilatçılığı
ilə Parisdə təşkil edilən
"Haute Couture" moda həftəsi
çərçivəsində təntənəli şəkildə
5 yaşını qeyd
edib.
Azərbaycan Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə
ölkəmizin Fransadakı
səfiri Rəhman Mustafayev, Azərbaycan əsilli fransız aktyor Rober Hossein,
onun həyat yoldaşı aktrisa Kandis Patu, Sen-Klu
şəhərinin meri
Erik Berdoati, moda aləminin Jan-Klod Jitrua, Stefan Rollan, Yasin Samoylov, Tilman Grav, Liviya
Stoyanova, Marcello Jones, Brigitte Sabi, Kristof Gilerme
kimi tanınmış
üzvləri, "Dior" muzeyinin direktoru Filipp Lö Moll, "Damiani", "Bulgari",
"Van Cleef & Arpels",
"Chanel", "Louis Vuitton",
"Piaget" kimi məşhur
markaların nümayəndələri,
moda sahəsində məşhur beynəlxalq nəşrlərin baş
redaktorları, moda tənqidçiləri, eləcə
də biznes və sənət dünyasında tanınmış
şəxslər iştirak
ediblər.
"Nargis" tədbir
çərçivəsində
1934-cü ildən fəaliyyət
göstərən "Studio Harcourt
Paris" əfsanəvi fotostudiyasını
əməkdaşlığa dəvət edib. Fotostudiyanın satış direktoru Paulina
Rust-Johnkman ilk dəfə
fotolarında loqosunu
"Nargis" jurnalının
adı ilə birgə yerləşdirməyə
razılıq verib.
Tədbir iştirakçıları
"Nargis" və
"Harcourt" loqoları ilə xatirə fotoları çəkdiriblər.
"Nargis"in yaradıcılıq
axtarışı və
inkişaf tarixinə həsr olunmuş maraqlı fotosərgi, musiqi proqramı, Azərbaycan və xüsusilə də,
"Nargis" üçün
çalışan "Gladys Perint Palmer" kimi beynəlxalq fotoqrafların
və illüstratorların
əsərləri, isti
və səmimi mühit tədbir iştirakçılarının yaddaşında uzun müddət qalacaq.
Ülviyyə Mahmudovanın eskizləri
əsasında kukla hazırlayan gənc usta Günay İbrahimova sərgi çərçivəsində işlərini təqdim edib.
Paris moda həftəsi
çərçivəsində Azərbaycanın 5 yaşlı
"Nargis" jurnalı
dünyanın nəhəng
moda evləri ilə eyni sırada
dayandı. Jurnalın baş redaktoru
Ülviyyə Mahmudova
və moda şöbəsinin redaktoru
Leyla İmanova moda paytaxtında keçirilən moda nümayişlərində iştirak
ediblər.
"Christian
Dior" moda evinin nümayişinin ilk sırasında
"Nargis"in nümayəndələri
Olivia Palermo, Monika Bellucci, Vincent Cassel, Alla Verber, Evelina
Khromtchenko, Naomi Campbell, Emanuele
Farneti kimi
ulduzlar və moda dünyasının tanınmış ekspertləri
ilə eyni sırada dayanıb.
"Nargis" jurnalı
moda həftəsinə
Azərbaycandan ilk dəvət
alıb və rəsmi olaraq "Fashion
Week" media sisteminə müstəqil
nəşr kimi daxil olub. Bu nailiyyət ölkəmizdə
moda media sənayesinin
inkişafı və Avropada ölkəmizin mədəniyyətinin təbliği
üçün böyük
əhəmiyyət kəsb
edir.
"Nargis" jurnalının
əsas məqsədi
moda sənayesinin və media qruplarının
nümayəndələrini oxucularına, eləcə
də Azərbaycanın
dizayner, qrafist və fotoqraflarını beynəlxalq səviyyədə
tanıtmaqla beynəlxalq
media bazarında tanınan
brend olmaqdır.
525-ci qəzet 2018.- 30 yanvar.- S.7.