"Qarabağ Vyana" sonuncu uğurunun qazancından ehtiyacı olanlara yardım edəcək"
Avstriyada fəaliyyət göstərən
"Qarabağ Vyana" klubunun baş meneceri Ramin
Şükürovun "Report"a müsahibəsi
- “Qarabağ
Vyana” klubunu təsis etmək ideyası necə yaranıb və bu, nə vaxt
baş verib?
- Avstriya paytaxtında "Qarabağ Vyana" adlı futbol klubunun yaradılma ideyası və təşəbbüsünü 2013-cü ildə klubun prezidenti Orxan Vəliyev irəli sürüb. 2014-ci il iyulunda "FC Karabakh Wien" adlı klub rəsmən təsis edilib. Klubun idarə heyətində 4 azərbaycanlı
- prezident Orxan Vəliyev, vitse-prezident Ülvi Rzayev, baş menecer Ramin Şükürov və maliyyə meneceri Sənan Əhmədzadə, 1 avstriyalı
- vitse-prezident Manfred Modli
və 1 türk - idarə heyətinin üzvü Kamran Kuş yer alıb.
Klubun adı Azərbaycan və Avstriya üçün tarixi əhəmiyyətə malik
region və şəhər
adlarından seçilib.
Vyana şəhəri Avstriyada və Avropada mədəniyyət-incəsənət tarixinin beşiyi, Qarabağ regionu isə Azərbaycan və Qafqazda eynilə mədəniyyət-incəsənət
məkanı kimi tanınır.
- İşğal
altındakı Dağlıq
Qarabağı dünyaya
necə tanıtmağı
hədəfləmisiniz?
- Təəssüf ki, son 25
illik zaman kəsiyində Avropa və dünya ictimaiyyəti arasında adının daha çox müharibə və münaqişə ocaqları ilə birgə hallanması Qarabağın əslində
sahib olduğu dəyərə
xələl gətirib,
dünya ictimaiyyəti
tərəfindən yanlış
tanınmasına səbəb
olub. Birbaşa Avstriyada, bilavasitə Avropada Qarabağ adının yerli ictimaiyyətə Azərbaycanın
tərkib hissəsi kimi idman vasitəsi
ilə müsbət yöndən tanıdılması
gənc azərbaycanlı
təsisçilər tərəfindən
əsas hədəf kimi qarşıya qoyulub. "Qarabağ Vyana" rəsmi internet səhifəsi vasitəsilə
Avstriya ictimaiyyətini
Qarabağ adı ilə bağlı belə məlumatlandırır:
"Qarabağ" sözü
qədim türkcədə
və Azərbaycan dilində "qara" rəngdən başqa
"sıx", "qalın",
"böyük", "tünd" və.s. mənalarını da verir. Bu baxımdan,
"Qarabağ" termini "qara bağ", yəni "böyük bağ", "sıx bağ", "qalın bağ" və s. mənalarını daşıyır.
"Qarabağ" Azərbaycanın beynəlxalq
ictimaiyyət tərəfindən
tanınmış regionudur.
Azərbaycanın ürəyi hesab
olunan Qarabağ regionu ölkəyə tarixən çoxlu sayda tanınmış şəxslər – yazıçılar,
idmançılar, siyasətçilər
və dövlət xadimləri verib. Qarabağ Azərbaycan musiqisinin beşiyi sayılır.
- Klubun infastrukturu barədə məlumat verərdiniz...
- "Qarabağ Vyana"nın İdarə Heyəti, təsis edildiyi ilk gündən kluba məxsus futbol meydanına sahib olaraq, infrastrukturun inkişaf etdirilməsini prioritet sahə kimi müəyyənləşdirib.
2014-2015 mövsümünün
ikinci yarısında
"Stadt Wien" (Vyana
Şəhər Bələdiyyəsi)
və SC "Kaiserebersdorf"
adlanan klubla gedən danışıqlar
bəhrəsini verib.
2015-ci ilin iyulundan
"Qarabağ Vyana"
4 hektara yaxın böyüklükdə olan
və “SC Kaiserebersdorf"
İdman Mərkəzi
adlanan stadionu idman cəmiyyətlərinin
hüquqi birləşməsi
vasitəsilə əldə
edib. Bu arenanın
klubumuzun balansına keçməsi Vyana Şəhər Bələdiyyəsi,
Vyana Futbol Federasiyası və Vyana Daxili İşlər
Nazirliyi tərəfindən
rəsmən təsdiqlənib.
2015-2016 mövsümünün ikinci yarısında İdarə Heyəti klubun idman mərkəzinin
adını “SC Kaiserebersdorf"dan
“Qarabağ Vyana" İdman Mərkəzinə
uğurla dəyişdirib.
2016-2017 mövsümündən "Qarabağ Vyana" ev oyunlarını
artıq öz adını daşıyan
idman meydanında keçirir.
- Gələcəkdə
klub infrastrukturunu genişləndirməyi düşünürsünüz?
- Hazırda klubun infrastrukturu istifadəyə
yararlı olmaqla, keyfiyyətcə orta səviyyədə dəyərləndirilə
bilər. Vyana şəhər mərkəzindən
20 dəqiqə uzaqlıqda
yerləşən klub
ərazisi 1 süni, 1
təbii ot örtüyü olan idman meydanlarından, 1 idman bufeti, 4 geyinib-soyunma otağı və 1 ofis otagından ibarətdir. "Qarabağ Vyana"
İdman Mərkəzi
ərazicə inkişaf
etdirilmə və yenidәn
qurulmaq üçün
geniş imkanlara malikdir. Bu önəmli
amili nəzərə
alaraq, klubumuz hazırkı idman mərkəzindən yenidən
inşa vasitəsi ilə UEFA standartlarına
cavab verən və "Qarabağ
Arena" adlandırılması nəzərdə tutulan müasir kompleksə keçid etməyi hədəfləyir. Bu yöndə artıq ilkin fəaliyyət həyata keçirilib.
Avstriyanın ən tanınmış
arxitektorlarından sayılan
Frants Yants klubun müasir standartlara cavab verən arxitektur planını hazırlayıb.
"Qarabağ Arena" adlandırılması nəzərdə
tutulan yeni infrastruktur planını Vyana Şəhər Bələdiyyəsi yüksək
qiymətləndirərək, bəyənib. Yeni İnfrastruktur plan Avstriya futbolunda ehtiyac duyulan tələblərə
uyğun olaraq, 1 süni, 1 təbii meydan, 4 qapalı kiçik futbol meydanları, 1500 nəfərlik
üstü qapalı tribuna, idman oteli, fitness mərkəzi,
fizioterapevt mərkəzi,
qapalı futbol bağçasından ibarətdir.
Avstriya Futbol Federasiyasının digər vacib tələbləri də infrastruktur planımızda
əksini tapıb.
- Belə bir infrastruktur "Qarabağ Vyana"ya gələcəkdə hansı
imkanlar açır?
- Yeni ərazi planlaması "Qarabağ
Vyana"ya 2-ci Bundesliqanın
özü də daxil olmaqla, bütün infrastruktur tələblərə cavab
verir. Klubumuz "Qarabağ Arena" layihəsi
ilə Vyanada ilk dəfə özündə
idman oteli, fizioterapevt mərkəz, qapalı futbol bağçası və futbol meydanlarını birləşdirən ilk müasir
futbol təlim-məşq
mərkəzi ola bilər. Bu arena müasir infrastruktur imkanları ilə Avropanın tanınmış
futbol klublarının
aşağı yaş
qrupları səviyyəsində
təşkil olunan beynəlxalq yarışlarına
ev sahibliyi
edərək, özünün
uşaq komandalarını
və adını Avropa futbolunda irəlilədə bilər.
Bundan əlavə,
"Qarabağ Vyana"
öz müasir infrastrukturu ilə hər il
Azərbaycandan Avstriyaya
gələn futbol klublarımıza, eləcə
də milli komandamıza qış və yay toplanışları
üçün ev sahibliyi etmək imkanı verər.
- Bəs aşağı yaş qrupları üzrə komandalarınız hansı
vəziyyətdədir?
- Klubumuzun perspektiv inkişaf konsepsiyasında
ən önəmli hissə futbol məktəbinin təsis edilməsi və güclü aşağı
yaş qruplarına malik olmaqdır. Uşaq futbolunun inkişaf konsepsiyasına artıq
2015-ci ilin avqustundan başlanılıb. İnkşaf konsepsiyası 5 - 7 illik müddəti əhatə
edir və 2022-ci ilədək futbol məktəbindən akademiya
səviyyəsinə qədər
uğurla yüksəldilməsini
hədəfləyir. Vyana
Futbol Federasiyası ümumilikdə aşağı
yaş qrupları sahəsində 4 liqaya -
WFV Liqa ( Vyana
Futbol Federasiya liqası), A, B və C liqalarına bölünür.
Hazırda uşaq komandalarımız
B liqasında mübarizə
aparırlar. Onlar
hər il
öz yaş qrupuna uyğun olaraq, fərqli liqalardan mübarizəyə
başlayırlar. 2016-2017 mövsümündə bu
komandalarımız C liqasında
çempion olublar.
Bu il ilk mövsümümüzü keçirdiyimiz
B liqasında isə qış fasiləsinə
lider kimi yollanmışıq. Hazırda
ən yaxın izləyicimizlə arada 25 xallıq fərq var. Əsas hədəf kimi B liqada çempion
olaraq, A liqaya yüksəlmək qoyulub.
- Bəs 2022-ci ilədək nəzərdə
tutulan inkişaf konsepsiyanızda hansı məqsədə çatmağı
hədəfləmisiniz?
- İdarə heyətimizin
uşaq yaş qruplarındakı əsas
hədəfi inkişaf
konsepsiyası vasitəsilə
2022-ci ilədək futbol
məktəbi səviyyəsindən
akademiya səviyyəsinə
qədər yüksəlməkdir. Akademiya səviyyəsinə
yüksəlmək əsas
komandanın Bundesliqaya
yüksəlməsi ilə
bağlı olduğundan,
paralel şəkildə
uğur əldə etmək əsas şərtdir. Çünki akademiya liqalarında yalnız Bundesliqada mübarizə aparan futbol klubların aşağı yaş qrupları mübarizə apara bilər.
- Aşağı
yaş qruplarınızın
hazırlığı üçün
hansı şəraiti
yaratmısınız?
- Klubun aşağı yaş qrupları sahəsində formalaşdırılmasına ilkin olaraq, ən kiçik yaşlı uşaqların topla ilk tanış olduğu "Qarabağ Vyana" futbol bağçasının təsis edilməsi ilə başlanılıb. Futbol bağçası, əsasən, 4-6 yaş arası uşaqlardan ibarət olmaqla 20 nəfərdən ibarətdir. Futbol məktəbinin ən aşağı yaş qrupu 7 yaşlılardan ibarət olan U-7 komandasıdır. 6 yaşı tamamlanmış uşaqlar futbol bağçasından U-7 komandasına keçid edir. Bundan əlavə, kənar klubların bağça komandasından çıxan və ya heç bir bağça komandasında olmayan kiçik yaşlı uşaqlar da "Qarabağ Vyana" futbol məktəbində yoxlamalar vasitəsilə aşağı yaş qrupları üzrə komandalarına qəbul edilir. Futbol məktəbimiz U-7, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-16 və U-18 fərqli yaş qruplarından ibarət olmaqla, 9 komandadan ibarətdir. Klub futbol məktəbində uşaqların kiçik yaşlarından potensiallarını tam üzə çıxarmaq və doğru inkişaf etmələri üçün, paralel olaraq, fitness, mental və texnika üzrə təcrübəli məşqçilərlə təhsili səmərəli və planlı qurub. Klub 20 fərqli millətdən olan 200 futbolçuya, 25 məşqçi heyətinə və 5 əlavə texniki işçiyə sahiblik edir. "Qarabağ Vyana" multikultural aşağı yaş qrupları heyəti ilə Vyana futbolunda seçilən pozitiv xüsusiyyətə malikdir.
- Klub
olaraq, hansı sosial
layihələr həyata keçirmisiniz?
- Klubun sosial
məsuliyyət istiqamətində hazırladığı
layihə, ilkin olaraq,
UEFA və Avstriya Futbol
Federasiyası tərəfindən rəsmi tərəfdaş kimi təsdiqlənib. Layihənin sponsorlar vasitəsi ilə məliyyələşdirilməsi
planlaşdırılır. "Kids and Youth Tribune"
(Uşaq və gənclər
tribunası") dunya futbolunda
sosial məsuliyyət istiqamətində ilk pilot layihədir. Həyata
keçiriləcəyi və uğurlu
olacağı təqdirdə, bundan digər
klublar da yararlana bilərlər. Bundan
əlavə, “Play to Help" layihəsi çərçivəsində
klubumuz ən sonuncu uğurunu qazandığı turnirin
maddi gəlirinin bir
qismindən yardım kampaniyasi olaraq, ehtiyacı olan quruma və ya fiziki şəxsə yardim
edəcək. Bu prosesi
çağırış olaraq, başladaraq, Avstriyanın digər klubları
arasında da təşviq edəcəyik.
“Disability is not Inability”
("Əlillik bacarıqsızlıq demək deyil")
adı altında yaxın 6 ay ərzində
daun sindromlu uşaqlarla birgə idman tədbiri
planlaşdırırıq. Klubumuz Yeni İl şənliyi
zamanı daxili qaydada pul toplayaraq, Sent Anna xəstəxanasının
uşaq xərçənginə
qarşı mübarizə institutuna
yardım edib. Ümumiyyətlə, biz klub
olaraq, “Today’s Success is Tomorrow’s History”
("Bugünkü nailiyyət
sabahkı tarixdir")
devizini seçmişik.
Digər klublardan əsas fərqimiz müasirlik, yenilikçilik
və gənclik istiqamətində fəalliyyət göstərməyimizdir.
Avstriyada klublar, əsasən,
tarixi olmaları ilə fəxr edir və çox
konservativdirlər. Biz bu
istiqamətdə fəaliyyət göstərən
klubların tam əksi istiqamətində inkisaf edirik.
525-ci qəzet 2018 - 31 yanvar.- S.8.