Çexiyalı diplomat Azərbaycan Milli Kitabxanasında

 

Çexiyanın Azərbaycandakı səfirinin müavini Petr Vaqner Milli Kitabxanada direktor Kərim Tahirovla görüşüb.

 

Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, Nadir kitablar kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayeva da görüşdə iştirak ediblər. K.Tahirov bir neçə il əvvəl Çexiya Milli Kitabxanasına səfər etdiyini, Milli Kitabxananın bir neçə işçisinin müxtəlif zamanlarda Çexiya Milli Kitabxanasında olduğunu orada Azərbaycana dair əlyazmaların araşdırıldığını qeyd etmişdir. Direktor Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış "Azərbaycan nəfəsli əlyazmalar Praqa Milli Kitabxanasında" (3 didə: Azərbaycan, çex ingilis dillərində) adlı kataloqun çapa tam şəkildə hazır olduğunu bildirib kataloqun Çexiya Milli Kitabxanası tərəfindən çap olunmasının kitabxananın sabiq direktoru ilə əvvəlcədən razılaşdırılmasına baxmayaraq, yeni direktorun bu məsələnin həllinə kömək etmədiyini deyib. Daha sonra direktor iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini nəzərə alaraq gələcək əməkdaşlığın davamına böyük önəm verdiyini bildirərək bu işdə səfirliyin yardımçı olacağına böyük ümidlər bəslədiyini bildirib.

 

Petr Vaqner görüş üçün minnətdarlığını bildirərək mart ayında Praqaya səfəri zamanı kataloqun nəşri məsələsini Çexiya Mədəniyyət Nazirliyində müvafiq şəxslərlə müzakirə edərək müsbət həllinə çalışacağını deyib. O, Çexiyadakı digər kitabxanalarda, o cümlədən, Praqa Milli Muzeyi Kitabxanasında da Azərbaycana dair əlyazmaların, Nizami Gəncəvinin Xəmsəsinin əlyazmasının olduğunu diqqətə çatdırıb. Səfir müavini qeyd edib ki, bu günə qədər bir sıra Azərbaycan müəlliflərinin - Mir Cəlal Paşayevin, Mirzə Şəfi Vazehin, Məhsəti Gəncəvinin digərlərinin əsərləri Çex dilinə tərcümə edilib. Hazırda da müasir Azərbaycan ədəbiyyatı nümunələri Çex dilinə tərcümə edilir oxucuların böyük marağına səbəb olur.

 

P.Vaqner bu ilin iyun ayında Çexiyada Azərbaycan Demokratik Respublikasının Çexiya Respublikasının müstəqilliyinin 100 illiyi münasibətilə ikitərəfli əlaqələrdən bəhs edən kitabın təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını da vurğulayaraq həmin kitab üçün hər iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair materialların Səfirliyə təqdim olunmasını xahiş edib.

 

K.Tahirov Çexiyanın digər kitabxanalarında muzeylərində olan, Azərbaycana dair əlyazmaları barədə məlumata görə təşəkkürünü bildirərək lazımi materialların qısa müddətdə Çexiya səfirliyinə çatdırılacağını deyib, kataloqun nəşrinə göstərəcəkləri köməyə görə əvvəlcədən səfirliyə minnətdarlığını dilə gətirib. Qonağa "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" (Azərbaycan, ingilis rus dillərində), "Azərbaycan musiqi alətləri", "Azərbaycan xalçaları dünya kolleksiyalarında" kitabları Azərbaycan xəritəsi hədiyyə edilib.

 

XƏDİCƏ

525-ci qəzet 2018 - 31 yanvar.- S.7.