Multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli kitab

 

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili xarici siyasət, respublikada baş verən iqtisadi yüksəliş, elmi-texniki tərəqqi, tolerantlıq haqqında nəinki ölkəmizdə, hətta xaricdə geniş danışılır. Hətta bəzi ölkələr iqtisadiyyatın xidmətin Azərbaycan modelinə istinad edirlər.

Bugünlərdə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət idarəçiliyi arasında anlaşma memorandumunun təsdiq edilməsi haqqında  fərman da buna növbəti sübutdur.

 

İdeya müəllifi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri, tarix elmləri üzrə doktoru, professor Əli Həsənov, tərtibçiləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Bakı Beynəlxaq Multikulturalizm Mərkəzinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev, "Azərtac"ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin şöbə müdiri Sərxanbəy Xuduyev olan "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında" adlı, seçilmiş fikirlərdən ibarət kitab təqdirəlayiq olmaqla yanaşı, bu sahədə atılan böyük addım doğru təbliğat vasitəsidir. Bu gün ölkəmiz haqqında antitəbliğat aparanlar bu kitabdan bəhrələnməklə yanlış düşüncə xülyasından ayıla bilərlər. Kitabın üç dildə -  Azərbaycan, rus, ingilis dillərində çap edilməsi onun xaricdə yayılması üçün əlverişli faktordur. Hər bir xaricə səfərə gedən vətəndaş həmin kitabı özü ilə aparıb getdiyi ölkədə təbliğ etsə, onda Azərbaycanın qədər tolerant, multikultural dəyərlərə qiymət verən ölkə olduğunu bir daha sübut etmiş olar.

 

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur,  Azərbaycan Prezidentinin nitqlərindən, çıxışlarından, müsahibələrindən ibarətdir. Burada cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında söylədiyi fikirləri toplanmışdır. Nəşrdə cənab Prezidentin təşəbbüsü bilavasitə rəhbərliyilə ölkəmizdə multikulturalizm, mədəniyyətlərarası dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi layihələrdən, bu sahədə həm ölkə daxilində, həm beynəlxalq aləmdə əldə edilən nailiyyətlərdən bəhs olunur. Bir daha sübut edilir ki, Azərbaycan dünyanın aparıcı multikulturalizm mərkəzlərindən biridir.

 

Dövlətimizin başçısı qeyd edir ki, "Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib". Azərbaycanın tarixini varaqlasaq, görərik ki, onun ərazisində müxtəlif xalqların, etnik qrupların dini sektanın nümayəndələri birgə əmin-amanlıq şəraitində yaşamışlar.

 

Azərbaycanın multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Müasir dövrdə bu siyasət ulu öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Qeyd etmək lazımdır ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində və Azərbaycan Dillər Universitetində kitabın geniş miqyaslı təqdimatı keçirilib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, dövlətimizin başçısının kitabda yer almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırmaqla yanaşı, həm də praktik əhəmiyyət daşıyır. Belə ki, universitetimizin xüsusilə FilologiyaJurnalistika fakultəsinin tələbələri kitabın əldə olunmağında və onunla bağlı müxtəlif layihələrin həyata keçirilməsində xüsusi səy göstəriblər. Tələbələrin marağını nəzərə alaraq, universitetimizdə fəaliyyət göstərən "Yazarlar klubunun" aktiv üzvlərinin kitaba münasibəti haqqında, yazılı fikirlərindən ibarət divar qəzetinin hazırlanmasını nəzərdə tuturuq. Bundan başqa, qeyd etdiyimiz kitab fakültə üzrə tədris olunan "Multikulturalizm" dərslərində, o cümlədən, IV kurs tələbələrinin müvafiq buraxılış işləri mövzularında istinad obyekti olaraq seçilib. Dil dərslərində, xüsusilə də, Azərbaycan, ingilis, rus dili dərslərində təhlil mətnlərinin kitabda qeyd olunan nitqlərdən seçilməsi nəzərdə tutulur. Bu, həm gələcəyimizin təmsilçisi olan tələbələrimizdə vətənpərvərlik ruhunun aşılanmasında, möhkəmləndirilməsində, həm multikultural dəyərlərin, tolerantlığın öyrənilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrimizin qorunub saxlanılmasında mühüm rol oynayır. Bundan başqa, tələbələr bu kitabı təhlil etməklə ölkəmizin dünya birliyinə inteqrasiyasını, iqtisadiyyatımızın inkişafını, xalqımızın bəşəriyyətə verdiyi tövhələri, ümumbəşəri dəyərləri ətraflı öyrənə bilərlər.

 

Vüsalə AĞABƏYLİ

Azərbaycan Dillər Universitetinin FilologiyaJurnalistika fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018 - 31 yanvar.- S.7.