Xalq artisti Elxan
Əhədzadənin 70 illiyi
qeyd edildi
Yanvarın 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
"Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə, Xalq artisti, vokal sənətinin görkəmli
nümayəndələrindən olan mərhum Elxan Əhədzadənin
70 illiyinə həsr edilmiş bədii gecə keçirilib.
Əvvəlcə sənətkarın həyat
və yaradıcılığından,
maraqlı ömür
yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə "Mədəniyyət" kanalının
direktoru Ramil Qasımov, Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov çıxış
edərək görkəmli
aktyorun həyat və yaradıcılığı
haqqında məlumat veriblər. Bildirilib ki, özünəməxsus
ifa tərzi olan sənətkarın canlandırdığı obrazlar
hər zaman tamaşaçılar tərəfindən
sevilib, böyük maraq və rəğbətlə
qarşılanıb. Elxan Əhədzadə
30 ildən çox müddət ərzində
Musiqili Teatrda fəaliyyət göstərib,
müxtəlif səhnə
əsərlərində bir-birindən
maraqlı obrazlar yaradıb, əksər dövlət tədbirlərində
öz ifası ilə yaddaşlarda iz qoyub.
Qeyd edilib ki, Elxan
Əhədzadə "Çətirimiz
buludlardır", "Üzü
küləyə", "Bəylik dərsi",
"Babək", "Ordan-burdan"
və "Həyat bizi sınayır" adlı ekran əsərlərində maraqlı
rol ifaçısı
kimi yadda qalıb.
Tədbir konsert proqramı ilə davam edib.
XƏDİCƏ
525-ci qəzet 2018.- 31 yanvar.- S.7.