III Gənc Ədiblər Məktəbi öz işini yekunlaşdırdı

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda birliyin nəzdində fəaliyyət göstərən III Gənc Ədiblər Məktəbinin yekun toplantısı və mükafatlandırma mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə açan AYB-nin Gənclərlə üzrə katibi Rəşad Məcid artıq üçüncüsü yekunlaşan məktəbin əhəmiyyətindən danışıb, öncəki məzunların bir çoxunun hazırkı ədəbi mühitdəki aktiv fəaliyyətini nümunə göstərib:

 

"Gənc Ədiblər Məktəbi ilk dəfə 2008-ci ildə təsis olunub. 2008-2010-cu illərdə birinci, sonrakı illərdə ikincibu ilüçüncü məktəb artıq öz işini başa vurur. Bundan öncəki məzunlarımıza da deyirdim, sonradan onlar özləri də yazılarında bunu təsdiq etdilər ki, Gənc Ədiblər Məktəbinin ən üstün cəhətlərindən biri budur ki, burada siz öz dünyagörüşünüzə, baxışlarınıza, hisslərinizə yaxın insanlarla tanış olursuz, münasibət yaradırsınız, fikir mübadiləsi aparırsınız. Tarix boyu ədəbiyyat adamlarının dünyanı dəyişmək iddiası, özünü hər kəsdən üstün hesab etmək kimi fikirləri mütləq olub. Bu da təbii haldır. Gənclər arasında da buna tez-tez rast gəlirik. Ancaq çox yaxşı olardı ki, bu, həm özünüinkişafa, həm də ədəbiyyata xidmət etsin. Ədəbiyyat, şeir harda olmasından asılı olmayaraq, insana stimul verən, onu yaşamağa həvəsləndirən amillərdəndir, insanın sığındığı, söykəndiyi yerdir. Onu heç zaman tək qoymur. Mən də sizə ədəbiyyata sığınmağı, ona söykənməyi və ona yorulmadan, usanmadan xidmət etməyi arzulayıram. Digərlərində olduğu kimi bu Gənc Ədiblər Məktəbinə də ölkəmizin müxtəlif bölgələrindən qatılanlar, ayda bir dəfə sırf məktəbin görüşləri üçün Bakıya gələnlər oldu. Bu da məktəbin uğurlarından biridir".

 

Məktəbin üzvlərindən Ulucay Akif, Emin Akif, Dəniz Pənah, Ziynət Zəki, Aysel Əlizadə, Yadigar Ələkbərov və başqaları çıxış edərək onlar üçün yaradılmış bu şəraitə görə Rəşad Məcid başda olmaqla, Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edib, iki il davam edən məktəbin onların yaradıcılığındakı önəmindən söz açıblar.

 

Daha sonra diplomlar məzunlara təqdim edilib.

 

2016-2017-ci illərdə AYB- fəaliyyət göstərən III Gənc Ədiblər Məktəbinin məşğələlərində fəal iştirak edərək ədəbi yaradıcılığın nəzəriyyəsi təcrübəsinə yiyələndiyinə görə məktəbin koordinatoru Müşfiq Şükürlü, Əfsanə Rəvan, Nofəl Ümid, Cəmilə Məmmədli, Sevil İşıq, Ulucay Akif, Rəvan Cavid, Gülnarə Sadiq, Ceyhunə Mehman, Arzuman Ağdabanlı, Yadigar Ələkbərov, Şəlalə Adilqızı, Elvin Əlizadə, Firidun Həmidli, Şəhla Vahid, Səfail Aqiloğlu, Məhəmməd Turan, Tural Cəfərli, Günay Həmid, Vüsal Yurdoğlu, Zinyət Zəki, Emin Akif, Gülnarə İsrafil, Elnur Xəzri, Qafar Şövqi, İnanc Hüseynli, Allahşükür Ağa, Dəniz Pənah diplomla təltif olunublar.

 

Məktəbin builki məzunları arasında Turan Novruzzadə, Aysel Əlizadə, Səbinə Abdullayeva, Nigar Adil, Sabirə Abdullayeva, Mahmud Məmmədov, Emin Süleyman, Rəqsanə Mehdizadə, Habil Mustafayev, Əbdüləli Əbdüləliyev, Zərifə Hüseynli, Elnur Baxış, Ağalar Qəribov, Arzu Quliyeva, Mahmud Sadıqov, Əli Bünyadzadə, Sərvər Kamranlı, İsmayıl Xanlarzadə, Azər Xanlarov da var.

 

O cümlədən gənc yazarlar Mələk Cəbrayılzadə, Kənan Allahverdiyev, Sərəstan Gur, Günel İbrahimli, Lamiyə İsayeva, Seyfulla Azər Gənc Ədiblərin müdavimləri sırasındadır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2018.- 31 yanvar.- S.7.