Qələmsiz yazılanlar  

 

 

 

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

 

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarınıfastfoodyeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevrilib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlarkitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

Hər şey o qədər adi sadədir ki... Burda hansısa dərin mətləb axtarmağın özü gülməlidir!

***

Yaşamağın gözəlliyi dünyanı hiss eləməkdədir! Diş həkiminin keyidici iynəsindən sonra ağzı, üzü, dodaqları hiss etmirik! Key açıldıqca, dadı havanı hiss etdikcə dünyanın gözəlliyini dərk edirik! Hərdən imkan verin keyiniz açılsın! Sevinci, kədəri, ağrını rahatlığı dadın! Onda həyatın mənası da sürətlə aydınlaşacaq!

***

Daha heç nostalji yoxdur...

***

Mərhəmət, rəhm, sevgi hissləri itib insanlarda...

***

Məqsəd olmayanda getmək olmur.

***

İçində haray çəkən suç günahlarının səsini süni qəhqəhəsiylə batırmaq istəyirdi...

***

Rusiya 39 yaşlı müğənni Yuliya Naçalovanın qəfil vaxtsız ölümündən sarsılıb. Cazibədar sevilən müğənninin ayağında qanqrena olub, gecikdirib, amputasiyaya da icazə verilməyib. Sonra da gec olub, əməliyyat masasında keçinib...

***

Başqa variant yox idi axı!!!

***

Hamı depressiyaya düşür...

***

Min il yaza bilməyim, yenə nöqtə-vergül xahişi etmərəm!

***

Hər səhər Hemid Herisci ilə İlhamiyyə xanımın səsini eşitməyəndə, elə bil, nəsə çatmır!

***

Əfsanələri dəyişdirmək mümkün deyil...

***

Biz onun elədiklərini edə bilmərik.

***

Uyğunlaşmaq, adaptasiya olunmaqçün vaxt lazımdır! - kiminə az, kiminə çox...

***

Qəzetini göstər, kim olduğunu deyim.

***

Bir dəfə Məcidov məni danladı ki, iradən olsun, siqareti tərgit.

Cavabım bədahətən gəldi:

- Aqilin İradəsi var, bəs, o niyə tərgidə bilmir?! :)

Dedim cavabımın dərinliyinə getdim, özümə ləzzət elədi! Əsas da "Aqilin İradəsi var" hissəsi...

***

Adam təkidlə xahiş edir ki, yazısı qəzetdə çıxsın, amma 20 qəpik verib qəzet almır, oturub saytda vaxt yayılacağını gözləyir! :)

***

Deyir, elə oturub ki, elə bil, gündəlik qəzetin redaktorudur! :)

***

Gözlədik. Bizə növbə çatmadı...

***

Po ruskiy znaeş?! :)

***

Hamıya gün ağlayır, özündən başqa...

***

İtirdiklərimin yanında bu nədir ki?!

***

Xoşqədəmin instaqram səhifəsi qaynayır lap! qədər heyranları varmış...

***

Bir göydələn tikilsə, dəniz yoxa çıxacaq.

***

Qoz qabığı heç vaxt bu qədər aktual olmayıb.

***

Saatlar uçdu qabağa. Bizlik deyil! Karıxmayın! :)

***

Sizi korrektor götürəcəm...

***

Məğlubiyyətini xatırladan hər şeydən qaç!

***

Qorxu sınaqdan çıxarılmış, ən uzunmüddətli hissdir!

***

Müdriklik gələndə istedad gedir.

***

Siz elə ayıb xəbərləri oxumayın, elə şəkillərə, videolara baxmayın da. :)  Siz "525" oxuyun! :)

***

Cığallığı kim edir adətən - udan, ya uduzan?!

***

Binəliyə soyadı əngəl oldu.

***

Aldadanda barı şad xəbərlə aldadın!

***

Səhv bir dəfə olur. Təkrarlanırsa, xarakterdir!

***

Eyni mətnin təsiri müxtəlif ovqatlarda fərqli olur!

***

Yeriməsən, yıxılmazsan ki. Yüyürəndə yıxılmaq ehtimalı lap çox olur...

***

Anı məkanı saxlayıb əbədiləşdirdiyin məqamda kimsə düşür kameraya. Təsadüf sayırsan. Zaman keçir həyat təsadüf olmadığını sübut edir.

***

Unutmaq gözəl şeydir!

***

Adamlar niyə bugünə düşsün ki?!

***

Bulvarda gəzdiyin yerdə birdən 150 il əvvələ düşürsən...

***

Pulu çox olan adamın feysbukda işi?! :)

***

Hər insanın həyatında maraqlı nəsə tapmaq olar! Baxır axtarana...

***

Şoksevər jurnalistikamız...

***

Hər şey zamanında baş verir...

***

Niyə elə rəsmi quru - robot kimi danışırsız ki? Normal, sadə, canlı adam kimi danışmaq olmazmı?!

***

Həyat da su kimi axıb boş qalan yerləri doldurur! Amma hamısınımı?!

***

Bunları demişik, axı?! Yenə deyək?! Təkrar indi nəyin aynasıdır?!

***

Necə düz yazsın?! Yaza bilmir, axı.

***

Bütün yuxuların bir izahı var! Amma yüz yerə yozmaq olar...

***

Mənim məkanımda dava eləməyin! Gedin başqa yerdə haqq-hesab çürüdün!

Statusu silirəm!

***

Şeir adam kimi yuxuya girə bilər...

***

"Kərkədan buynuzu"ndakı kimi gəncləşmisiz! Bic təbəssüm onu deyir...

***

Təmənnasız xeyirxahlıq kövrəldir!

***

Yerimək alışqanlıqdır. Fasilə verən kimi durğunluq yaranır!

***

Yuxarıdan aşağı baxanlar çoxalıb.

***

Yad - təzə maraqlı görünür.

***

Ən yaxşı resept piyada gəzməkdir! Hamı onu deyir! Gəzin, oturmayın!

***

 

Deyirəm, Yusif, status alışqanlığı yaranandan hər cümləyə müştəri gözüylə baxıram! Deyir, mən də qabaqlar dominonu çox oynayanda gecələr yuxuma domino daşları girirdi! :)

 

 

Rəşad MƏCİD

 

525-ci qəzet.- 2019.- 3 aprel.- S.9.