Ay dəli ceyran
Ürəkdə
arzularım bax talandı, ay dəli ceyran,
Aralı gəzmə bu eldən amandı, ay dəli ceyran.
Olubsan el bəzəyi, çöllərin gözəl gəlini,
Bu söz bu dünyaya çoxdan əyandı, ay dəli ceyran.
Saru, Xiyav, Qaradağ, Ərdəbil, soyuqudusa da,
Qışı yaz eləyən ancaq Muğandı, ay dəli ceyran.
Susuzdu çöllərimiz, qəmlisən bunu bilirik,
Necə ki Təbrizin üstü dumandı, ay dəli ceyran.
Savalanın başı qarsa, ətəkləri çiskin,
Suyu sərinə, isti calandı, ay dəli ceyran.
Kəmənd atarsa yad ovçu, səni vura bilməz,
Vurarsa öz içimizdən vurandı,
ay dəli ceyran.
Tökəndə gözyaşı, həsrət
üzümdə buz bağlar,
Görənmirəm səni çox bir zamandı, ay dəli ceyran.
Götür ağacı qov
evdən kədərli
ayrılığı,
Qalıb
diyar, yarı yolda yubandı, ay dəli ceyran
Yaz nəfəsi
Tökülür budaqdan yenə də bir qış,
Axar duyğulara
yazın nəfəsi.
Gəlin
yaşılladaq düşüncəmizi,
Bəlkə çiçəklənsin sevgi
nəğməsi.
Sorğu
Bax, bir gör bu
yarpaqlar,
dünəndə bir belə yaşılıydı.
Bu xəbərçiləri burada
görmüşdünmü,
baxışlarına bu budaqdan salxım dərdinmi?
Bax, gör bu daş
dünən də beləydi,
Ot, həmin ot idi,
Yer, həmin
yer idi.
Dəyməz
İlqarı, sayğısı olmayanların
Alışıb oduna, yanmağa dəyməz.
Bir məsəl qalıbdı
ata-babadan:
Elə əyri var ki,
yonmağa dəyməz!
Bənzətmə
Quşlar
son təmkinliklə
yuva qurmaqdaydı.
Şairlər
Günəşi günəbaxan gülünə,
buğdanı çörəyə,
sözləri isə
özgürlüyə
bənzətdilər...
Üşüyür
Doğma
ana yurdum Sərab şəhrinin
Çölləri donubdu, düzü üşüyür.
Sazaqlı günlərdən, əsən
küləkdən,
Dərin baxışların gözü
üşüyür.
Güzgü tək hamını
tanıdar zaman,
Tutsa da üzünü toz-torpaq, duman,
Ayağı yer tutub yürü sənadan,
Ellərin söhbəti-sözü üşüyür.
Könlündən keçəni biri
bilmədi,
Ağlar
göz yaşını
kimsə silmədi,
Ağrısı-acısı sana
gəlmədi,
Əllisi köçübdü, yüzü
üşüyür.
Bu şəhərin tarixdə
öz səsi vardı,
Odurki dağının zirvəsi
qardı,
Geniş
meydanları mərdlərə
dardı,
Əyrisi tərləyir, düzü
üşüyür.
Çillə axşamı
Bu axşam
ulduzların ağlayışına
zillənən gözlərdə
qəm yox
sevinc görəcəksən.
Bu axşam
uzun gecənin qonaqlığında,
işıqlı düşüncə
alanında
sevgi saçlarının
ətrini duyacaqsan.
Bu axşam
bağlı qapılar
kölgəsində
Günəşi gözləyən
baxışları
izləyəcəksən.
BƏHRUZ İMANİ
525-ci qəzet.- 2019.- 5 aprel.- S.13.