Cəfər Cabbarlının 120 illiyinə
həsr olunmuş dəyərli töhfə
Ötən gün Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə
həsr olunmuş elmi konfrans və
professor Asif Rüstəmlinin
"Cəfər Cabbarlı
və milli istiqlal hərəkatı"
kitabının təqdimatı
keçirilib.
Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə millət vəkilləri, AMEA-nın
əməkdaşları, ictimaiyyət
nümayəndələri, tanınmış ədəbiyyatşünaslar,
yazıçılar və
jurnalistlər iştirak
ediblər.
İştirakçılar əvvəlcə
kitabxananın foyesində
Cəfər Cabbarlının
ömür yolundan və yaradıcılığından
bəhs edən fotosərgi ilə tanış olublar.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
bildirib ki, Prezident İlham Əliyevin Cəfər Cabbarlının 120 illiyinin
qeyd edilməsi haqqında müvafiq Sərəncamına əsasən
ölkəmizdə bu
il böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Konfransda
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin "Cəfər Cabbarlının
120 illiyinin qeyd edilməsi haqqında"
2018-ci il 17 dekabr tarixli Sərəncamını xatırladıb.
Qeyd edib ki, görkəmli
ədib milli ədəbiyyatın parlaq
ənənələrini qorumaqla
yanaşı, ədəbi-mədəni,
ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının
əsas qayəsinə
çevirib. Böyük yazıçının
zəngin bədii irsi müasirliyini, aktuallığını həmişə
saxlayır.
C.Cabbarlının milli ədəbiyyatın,
dramaturgiyanın, teatr
və kino sənətlərinin inkişafındakı
müstəsna xidmətlərindən
danışan akademik deyib ki, dramaturgiyamızın
təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini
qoyan Cəfər Cabbarlının əsərləri
milli teatrda mühüm hadisə kimi dəyərləndirilib,
uzun illər boyu tamaşaçıların
bir neçə nəslinin estetik zövqünün formalaşmasında
əvəzsiz rol oynayıb.
Akademik deyib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər
Cabbarlı yaradıcılığına
yenidən nəzər
salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq. Elmi redaktoru olduğu "Cəfər Cabbarlı və milli istiqlal
hərəkatı" kitabından
söz açan akademik əsərin müəllifi, professor Asif Rüstəmlinin kitabını görkəmli
ədibə həsr olunmuş dəyərli tədqiqat əsəri kimi dəyərləndirib.
Alimin bu istiqamətdəki işlərini
yüksək qiymətləndirən
natiq deyib ki, yaxın zamanlarda oxucular Asif Rüstəmlinin tədqiqatları əsasında
Cəfər Cabbarlının
ədəbi ictimaiyyətə
məlum olmayan bır sıra yaradıcılıq nümunələri
ilə tanış
ola biləcəklər.
C.Cabbarlı yaradıcılığının həm yüksək bədii səviyyəsi, həm də ideya-məzmunu ilə hər zaman dəyərini və aktuallığını qoruduğunu
söyləyən İsa
Həbibbəyli vurğulayıb
ki, onun milli və bəşəri
dəyərləri ehtiva
edən dramaturgiyası
bu gün də Azərbaycan teatrının repertuarında
mühüm yer tutur.
Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq
ənənələrini qorumaqla
yanaşı, ədəbi-mədəni,
ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının
əsas qayəsinə
çevirib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, ədibin
120 illik yubileyi ilə bağlı ölkə başçısının
müvafiq Sərəncamının
icrasını təmin
etmək məqsədilə
Mədəniyyət Nazirliyinin
əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında
il ərzində
görkəmli ədibin
yubileyinin mədəniyyət,
elm və təhsil ocaqlarında müxtəlif
səpkili tədbirlərlə
qeyd olunması nəzərdə tutulur. Yubiley ili
çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının
120 illiyinə həsr
olunmuş təntənəli
yubiley tədbiri keçiriləcək. Tədbir "Salnamə" sənədli
filmlər studiyası
tərəfindən lentə
alınacaq. Yubiley
ili çərçivəsində
böyük yazıçı-dramaturqla
bağlı nəşr
layihələri də
planlaşdırılır.
Elmi konfransda "Cəfər Cabbarlı irsi zamanın və sənətin sınağında",
"Cəfər Cabbarlının
poeziyası", "Xarakterlər
dramaturgiyası" və
digər mövzularda məruzələr dinlənilib.
Professor Asif Rüstəmlinin "Cəfər Cabbarlı və milli istiqlal
hərəkatı" kitabından
söz açan natiqlər bildiriblər ki, tədqiqat əsərində Cəfər
Cabbarlının Azərbaycan
Xalq Cümhuriyyəti
dövrü, ondan əvvəlki və sonrakı fəaliyyət sahəsi, sovet rejiminə qarşı qeyri-leqal mübarizədə
Milli İstiqlal hərəkatına (1920-1923) qoşulması,
gizli "İstiqlal"
(1922-1923) qəzetinin nəşr
prosesində iştirakı
və məhbus həyatı zəngin arxiv materialları əsasında geniş tədqiq və təqdim olunub.
Sonda iştirakçılar kitabxananın
təşkil etdiyi
"Cəfər Cabbarlı-120" kitab sərgisi ilə tanış
olublar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 aprel.- S.9.