Əjdər Ol
mühazirə dedi
"NƏSİMİNİ
SONA QƏDƏR DƏRK ETMƏK, ANLAMAQ MÜMKÜN DEYİL..."
Aprelin 3-də Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) "Natəvan" klubunda
şair, yazıçı
Əjdər Olun "Nəsimini niyə sevirik?!" mövzusunda ədəbi mühazirəsi
təşkil olunub.
Tədbirdə gənc yazarla yanaşı, bir çox tanınmış
şair, yazıçı
və tərcüməçilər,
eləcə də
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB-nin katibi Rəşad
Məcid bildirib ki, “Nəsimi ili” çərçivəsində
təşkil olunan
"Nəsimini niyə
sevirik" ədəbi
mühazirənin məqsədi
diqqəti Azərbaycan
klassikinin üzərinə
cəmləməkdi.
Sonra söz Əjdər Ola verilib. O deyib ki, bu mühazirənin
məqsədi Nəsiminin
kütləvi baxımdan
anlaşılmasıdı: "Alim, yazar, şair
haqqında verilən qərarlarda məqsəd diqqəti onların üzərinə yönəltməkdir.
Cənab
prezidentin sərəncamının
Nəsiminin müəyyən
qədər tanınmasında
böyük rolu var. Nəsimi digər klassiklərlə müqayisədə
çətin anlaşılan,
çətin dərk
olunandı. Təbii ki,
bu işdə təşkil olunan tədbirlərin də əhəmiyyəti böyükdür.
Nəsimini sona qədər
dərk etmək, anlamaq mümkün deyil".
Əjdər Ol mühazirəsinin
əvvəlində Nəsimi
fəlsəfəsinin mənbəyinə
varmaq üçün
dövrün ədəbi
və ictimai mənzərəsindən danışıb:
"Əmir Teymur məzhəblərə, təriqətlərə
çox vəsait buraxırmış, kömək
eləyirmiş, məqsəd
də nədir, çünki əsl elə bir zaman
gəlib çıxıb
ki, ərəb dövlətləri qüvvədən
düşüb, amma İslam güclənib. İslam türk hökmdarlarının
hesabına güclənib.
Bütün türk hökmdarları
İslam bayrağı
ilə gəlirlər.
"Quran" var ortada,
13-cü əsrdən başlayaraq,
məzhəblər dəbə
düşdü, çünki
hər kəs qəbul etdi ki, müridlər ancaq Allahı mürşid vasitəsiylə
anlaya bilər, yəni Allahı dərk etməyin yolu mürid-mürşid münasibətlərindən keçirdi.
Və Nəimi "Cavidannamə" kitabında
təkrar edirdi - ilk zahir tərəfləri deyim, sonra keçərik
batin tərəflərə
- zahir tərəflər
bu idi ki,
Quranda deyilir ki, Biz Adəmi öz şəklimizdə
yaratdıq! Yəni Adəm, insan şəklindədi Allahın
da şəkli. Və Həzrəti Məhəmmədin
hədisinə söykənirdilər.
Həzrəti Məhəmməd
söyləyir ki (maraqlısı budur ki, Nəimi bu hədisi beş dəfə
təkrar edir), mən merac gecəsi Allahın yanına yüksələndə
(hər qatda hansı peyğəmbərləri
gördüyünü yazır),
Onu bığ yeri təzəcə tərləmiş, qıvırcıq
saçlı, gözəl
üzlü bir yeniyetmə oğlan kimi gördüm".
Nəsimi
poeziyasından bəhs
edən şair deyib ki, onun
şeirləri böyük
ideyalara, böyük məqsədlərə xidmət
edirdi: "Hürufilər
həm də dövlət, yeni cəmiyyət arzusunda olanlar idi. Lakin
bütün bu səbəbləri bir kənara qoyub onun şeirlərindəki
türk dilinə, duruluğa, ilahi qatda olan metaforalara
diqqət etsək, Nəsiminin ədəbiyyatımız
üçün böyük
bir irs
olduğunu anlamaqda çətinlik çəkmərik.
Onun Allah, peyğəmbərlər,
göy üzü, yer üzü haqqında ideal təfəkkürü
var idi. Hürufilər rəqəmlərə və hərflərə diqqət edir, Allahı insan simasında oxuyur, Qurandakı rəqəmlərin
anlamını açırdılar.
Nəsimi və digər
hürufilər təkcə
Azərbaycan ərazisində
deyil, həm də İraq, Türkiyə, Suriyada da getdikcə tanınır və hürufiliyin coğrafiyasını
genişləndirirdilər. Bəzi hürufilərin türkcə,
bəzilərinin farsca,
bəzilərinin ərəbcə
qəzəllər yazması
buna imkan yaradırdı. Bu baxımdan
həm Nəiminin
"Cavidannamə"si, həm
Nəsiminin bütün
yaradıcılığı bizə həm də ona görə
lazımdır ki, o dövrün tarixi və ictimai-sosial problemləri ilə də tanış
ola bilirik".
Mühazirə zamanı qonaqlar da fikirlərini səsləndirib, ədəbi
müzakirəyə qoşulublar.
Əməkdar jurnalist
İlham Abbasov deyib ki, biz Nəsimini
anlamadan sevirik: "Onun qəzəllərinin mənası hələ də bizim üçün
qeyri-müəyyəndi. Nəsiminin xarizması,
taleyi və türkcə yazdığı
qəzəllərin ahəngi
bizi özünə cəlb edir. O, hələ min il
sonra da araşdırılacaq, oxunacaq.
Azərbaycan xalqı şairlərini
sevən xalqdır.
Bir dəfə xaricdən gələn bir qonaq mənə
dedi ki, siz şairin şəklini pulun üzərinə vurursunuz
(Nizami Gəncəvini
nəzərdə tutur),
belə şeyə ilk dəfədir
rast gəlirəm. Həqiqətən, şairlərimizi yaşatmaq, unutmamaq üçün çalışırıq.
Nəsiminin böyüklüyünü dərk edirik və hələ onun açılmayan qatlarını da kəşf edəcəyik".
Mühazirənin davamında Əjdər
Ol maraqlı bir məqama toxunub: "Çox qəribədir ki, klassiklərimiz Nəsiminin
adını çox az hallarda çəkiblər.
Görünür, "Mənəm Allah" ifadəsindən qorxublar.
Sonrakı dövrlərdə isə Nəsimin fədakarlığı müəyyən
şeirlərdə özünü
göstərir. Füzulidə də birbaşa olmasa da, müəyyən
həddə Nəsimiyə
nəzirələr var. Xətaidə
daha çox rast gəlirik. Bunun səbəbi isə odur ki, sufilər
hürufilərlə çox
yaxın ideoloq idilər. Təsir güclü idi.
Nəsiminin yaradıcılığının tərcüməsi, xüsusən,
30-40-cı illərdən sonra
davam edən tərcümə proseslərində
həm ustadı Nəimi, həm də özü haqqında fikirlərimiz müəyyənləşir".
Mühazirə zaman Azərbaycan
Mədəniyyət və
İncəsənət Universitetinin
Nəsiminin 650 illiyi ilə bağlı təşkil etdiyi qiraət müsabiqəsinin
qalib və laureatı Ümid Abbas Nihani və
"Odlar Yurdu" ritm qrupu, Sabirə Abdullayeva, Xalq artisti Ağalar Bayramov Nəsiminin qəzəllərini ifa ediblər.
Sonra mühazirə
iştirakçıların müzakirələri ilə
davam edib.
Tənqidçi Əsəd Cahangir çıxışında Nəiminin
"Cavidannamə" əsərinin
nəhayət ki, dilimizə tərcümə
edilməsi təklifini
irəli sürüb. O, kollektiv
zəhmət tələb
edən bu işin "Nəsimi ili"nə ən böyük töhfələrdən
biri olacağını
vurğulayıb.
Daha sonra Sayman Aruz,
Balayar Sadiq, Əli Əmirli, Adilə Nəzər və başqaları çıxış edərək
Nəsimi poeziyası və onun Azərbaycan
ədəbiyyatındakı izləri ilə bağlı düşüncələrini
bölüşüb, təkliflərini
irəli sürüblər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 aprel.- S.8.