Həmid Araslının 110 illiyi
ilə bağlı sərgi
Bu il Azərbaycanın
Əməkdar elm xadimi,
akademik Həmid Araslının yubileyidir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin akademik Həmid Araslının
110 illiyinin qeyd edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncamına
uyğun olaraq Mərkəzi Elmi Kitabxananın (MEK) Sərgi
salonunda alimin yubileyi ilə bağlı sərgi açılıb.
Sərgidə akademik Həmid
Araslının kitabxana
fondlarında saxlanılan
"İmadəddin Nəsimi",
"Xaqani Şirvani",
"XVII-XVIII əsr Azərbaycan
ədəbiyyatı tarixi",
"Tarla qızları",
"Azərbaycan ədəbiyyatı:
tarixi və problemləri", "Böyük
Azərbaycan şairi Füzuli", "Şairin
həyatı", o cümlədən,
"Həmid Araslı"
(biblioqrafiya), "Ədəbiyyat"
(8-ci sinif üçün
dərslik, müəlliflər
H.Araslı və H.Eyvazov) kitabları, Türkiyədə çap
olunan "Gülşehri
ve Genceli Nizami", "Leyli ve Mecnun" məqalələri nümayiş
olunur.
H.Araslı 1939-cu ildə "Kitabi-Dədə
Qorqud"u nəşr
etdirməklə Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə,
eləcə də bütün türkologiya elminə böyük töhfə verib. Alim əsərin
nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul
olub. O, türk xalqlarının müştərək
eposu olan "Kitabi-Dədə Qorduq"da
dil, üslub, hadisələrin cərəyan
etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə
əsaslandırıb. Akademik dastanda
çətin anlaşılan
müasir Azərbaycan
dilindən çıxmış
bir çox kəlmələrin folklor
və klassik şairlərin əsərlərində
işlənməsini bədii
nümunələrlə təsdiq
edərək abidənin
dilinin Azərbaycan dilinə yaxınlığını
sübut edib. H.Araslı böyük əmək sərf etdiyi bu abidə ilə
bağlı axtarışlarını
sonralar da davam etdirərək 1962 və 1978-ci illərə
aid nəşrlərində bəzi təshihlərlə
daha da təkmilləşdirib.
Qeyd edək
ki, sərgidə nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.
Sərgi 2019-cu ilin sonunadək davam edəcək.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 5 aprel.- S.8.