Rəssam Günay Mehdizadə: “Əsərimin Atatürkün ev-muzeyində saxlanılması mənim üçün şərəfdir”

 

 

Əsərlərimin  Azərbaycanda Türkiyədə diqqət çəkməsinin əsas səbəbi təkrarçılığın olmaması, orda yeni üslubun mövcudluğudur”.

Bunu  yaradıcılıq fəaliyyətinin 20 illiyi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında Rəssamlar İttifaqının üzvü, rəssam Günay Mehdizadə deyib.

Onun sözlərinə görə, yaradıcılıq nümunələri təkcə Azərbaycanda deyil, qonşu ölkələrdə uğurla nümayiş etdirilir. Eyni zamanda onun çəkdiyi Atatürk portreti Ankarada Atatürkün ev muzeyindən asılıb: “Portretimin Atatürkün ev-muzeyində saxlanılması  mənim üçün şərəfdir. Artıq bu əsər Türkiyə Cümhuriyyətinin sərvəti sayılır”.

G.Mehdizadə bildirib ki, vətəninin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği üçün bir neçə layihəyə gerçəkləşdirib: “Rəsm əsərlərimin beynəlxalq məkanda müxtəlif ölkələrin sənətşünasları bu sahənin təmsilçiləri tərəfindən qəbul olunaraq, maraqla qarşılanması təbii ki, böyük sevincdir. mən inanıram ki, Azərbaycan mədəniyyəti adına daha böyük uğurları Vətənimə xalqıma bəxş edə biləcəyəm”.  G.Mehdizadə qeyd edib ki, aprelin ortalarında Azərbaycanın nüfuzlu nümayəndə heyəti Türkiyədə keçiriləcək beynəlxalq teatr müsabiqəsində iştirak edəcək. Azərbaycanı tərtibatçı-rəssam qismində o təmsil edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə Günay Mehdizadənin yaradıcılıgından, onun müasir Azərbaycan rəssamlıq sənətində özünəməxsus yerindən söz açıb: “Günay Mehdizadə müasir rəssamlar içərisində özünəməxsus üslubu, dəsti-xətti olan, geniş yaradıcılıq imkanlarına malik, çox istedadlı bir rəssamdır. Onun Rusiyada, Almaniyada, İspaniyada, dəfələrlə Türkiyədə fərdi sərgiləri yüksək şəkildə nümayiş etdirilib. Bir azərbaycanlı olaraq, bu, bizim üçün çox böyük fəxr hissidir ki, Günay xanımın 2014-cü ildə hazırladığı Mustafa Kamal Atatürkün portreti hazırda Ankarada onun ev muzeyində sərgilənir, eyni zamanda, Türkiyə Cümhuriyyətinin milli sərvəti kimi elan olunub. Ən sevindirici hallardan biri budur ki, Günay Mehdizadə çoxşaxəli yaradıcılıq diapazonuna malik rəssamdır. O, həm modern, avanqard, həm klassik, həm portret, həm miniatur janrında rəsmlər çəkir. Bu o deməkdir ki, onun xüsusi baxışı, xüsusi tərzi var. Onun bir sıra əsərləri Türkiyənin ayrı-ayrı muzeylərində sərgilənir. OnunXocalıəsəri olduqca dəyərlidir. O, xalqımızın bu faciəsinə özünəməxsus tərzdə yanaşıb. Əsərdə sanki bizim qələbəmiz öz əksini tapır. Personajları çox olan bu əsərdə Azərbaycan bayrağı yüksəklikdə sancılıb. Bu o deməkdir ki, biz gec-tez o bayrağı o torpaqlara sancacağıq. Rəssam özü buna inanır tamaşaçısını da inandırır. Günay Mehdizadənin 2012-ci ildəTarix şəxsiyyətkitabına daxil edilənNovruzəsəri xalqımızın milli bayramına bir rəssamdan əlavə, bir xanımın, vətənini onun keçmişini, adət-ənənələrini sevən, onları öz fırçasında yaşadan vətəndaşın baxışıdır. Orada Azərbaycan ab-havasını hiss etdirən rəng çalarları var. Bu, heç təsadüfi deyil ki, Günay Mehdizadə həm Azərbaycanın, həm Türkiyənin rəssamı elan olunub. Biz inanırıq ki, vaxt gələcək o, bütün dünyanı öz fırçasıyla fəth edəcək”.

O qeyd edib ki, Günay Mehdizadənin İzmirdəAzərbaycan qardaşlıq birliyi dərnəyi”nin fəxri üzvü seçilməsi, onun sənət uğurları ilə yanaşı, həm son illərdə Türkiyə Azərbaycan arasındamənəvi körpürolunu oynamasının dəyərləndirilməsi kimi qəbul olunur. Onun Türkiyənin qurucusu Atatürkə həsr etdiyi portretin bu gün görkəmli dövlət xadiminin Ankaradakı ev-muzeyində sərgilənən yeganə rəssamlıq əsəri olması da ilk növbədə azərbaycanlı yaradıcının istedadına olan rəğbətin ifadəsidir.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi isə bildirib ki, Günay Mehdizadənin əsərləri fərqli ölkələrdəki sərgilərdə özəlliyi ilə dünyaya açıldı bu da böyük diqqət çəkdi. Çünki ortada universal əsərlər var. Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsəslərdə miniatürdən gələn rəng, xətlər, xalq rəsmi texnikası, həqiqi tərz müşahidə olunur. Onun sözlərinə görə,  Günay Mehdizadə öz üslubu, yaradıcılıq potensialı müraciət etdiyi mövzuları ilə təkcə Azərbayanda deyil, Türkiyədə çox sevilir: “Günay xanım həqiqətən modern Azərbaycan rəssamlığında özünəməxsus çox incə, zərif milliliyi universal tərzi olan rəssamdır. Həm texniki, həm tematik baxımdan rəsmləri cəlbedicidir. Onun avanqard, modern, klassik milli əsərləri diqqətdən kənarda qala bilməz. Bu çərçivədə bunlar hələ yeni-yeni gün işığına çıxır. Onun bu üslubu çox dərin peşəkar mənbədən qidalanır. Günay xanımın müəllimi Azərbaycan rəssamlıq sənətində öz adını tarixə yazdıran Bəyimxanım Hacıyevanın tərzini Günay xanımın əsərlərində görmək mümkündür. Onlarla yanaşı, Günay xanımın əsas müəllimlərindən biri Sara Oğuzdur. Ondan gələn sufi temalar da var ki, bu, onun əsərlərinə başqa bir hava verir. Ona görə Günay xanımın əsərlərinə baxanda həm Qərbin, həm Şərqin cizgilərini görmək mümkündür. Günay xanım müasir fikirləri olan bir sənətçidir, buna görə ondan mədəniyyət sahəsində daha böyük, yaradıcı işlər gözləyirik”.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev qeyd edib ki, Günay Mehdizadənin yaradıcılıq bioqrafiyasında önəmli hadisələrdən biri rəssamınAtatürkün portretiəsəri Ankarada fəaliyyət göstərənAtatürk evimuzeyinin daimi ekspozisiyasında nümayiş üçün qəbul olunmasıdır: “Günay MehdizadəninAtatürkün portretiəsəri ekspozisiyada yeni ilk bədii nümunədir.  Kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Rəngli portret ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli duyğulandırıcıdır.Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadə yaradıcılığı maraqla izlənən gənclərdən biridir. Rəssamın müxtəlif sərgilərdə nümayiş olunan əsərlərinə tamaşaçı marağı da bunu təsdiqləyir. 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində iştirakı 2014-cü ildə Konyada (Türkiyə) təşkil olunan beynəlxalq simpoziuma dəvət olunması onun yaradıcılığına olan marağın ifadəsidir”.

O deyib ki, mövzu seçimindən tutmuş onların bədii şərhinə kimi milli dəyərlərimizə tapındığını sərgiləməkdə davam edən Günay Mehdizadə müxtəlif ovqatlı bu əsərlərində -yığcam detallardan təşkil olunmuş kompozisiyalarında onu koloritli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın geyim mədəniyyətimizin bilicisi kimi görürük. İstedadlı fırça ustasının rənglərin harmoniyasını uğurla ovqat ifadəsinə yönəldə bilməsini onun qədim ənənələrə yaradıcı münasibətinin nəticəsi saymaq olar.

“YARAT” Müasir İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova isə vurğulayıb ki, Günay Mehdizadənin əsərlərində Azərbaycan koloritləri, mentalitetini açıq-aydın hiss olunur: “Qədim miniatürlərlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərimizə, Şərq müsəlman mədəniyyətinə dərin bələdçilik tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində həmin əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyl duyulur”.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 5 aprel.- S.9.