"Nəsiminin söz sənətinin özəllikləri" mövzusunda seminar

 

 

Aprelin 8-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva tədbirin anadilli şeirimizin inkişafında müstəsna rolu olan İmadəddin Nəsimiyə həsr olunduğunu bildirib.   O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairinin 650 illik yubileyi münasibətilə 2019-cu ili "Nəsimi ili" elan etməsinin ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar təqdirəlayiq hadisə kimi qarşılandığını qeyd edib.

 

O, Nəsimi irsinin tədqiqinə öz töhfələrini verən Şərqşünaslıq İnstitutunun da bu əlamətdar hadisə ilə bağlı öz üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırdığını bu sahədə işlərin görüldüyünü söyləyib. Qeyd edilib ki, Nəsimi yaradıcılığının tədqiqi tərcüməsi ilə əlaqədar institutda nəsimişünas alim Səadət Şıxıyevanın rəhbərliyi ilə işçi qrupu yaradılıb. Planlaşdırılan işlər sırasında Nəsiminin farsca divanının sətri tərcüməsinin həyata keçirilməsi nəşri, ərəb ölkələrində Nəsimi haqqında yeganə monoqrafiya olan Əbülfəttah Rəvvas Qələçinin "Yaqut-e Hələb İmadəddin-e Nəsimi" əsərinin ərəb dilindən tərcüməsi nəşri,  Nəsiminin "Müqəddimətül-həqayiq" "Təriqətnamə" adlı nəsr əsərlərinin transliterasiyası nəşri, Səadət Şıxıyevanın Nəsimi haqqında monoqrafiyasının nəşri, Nəsimi ilə əlaqədar Şərq alimlərinin elmi əhəmiyyətli məqalələrinin toplanaraq bir toplu şəklində nəşri, Nəsimi ilə əlaqədar "Şərq ədəbi-fəlsəfi düşüncəsi kontekstində Nəsimi irsi" mövzusunda elmi konfransın, həmçinin, şairin yaradıcılığına həsr olunmuş elmi seminarların təşkili, institutun elmi-kütləvi nəşri olan "Azərbaycan şərqşünaslığı" jurnalının Nəsimiyə həsr olunmuş xüsusi buraxılışının hazırlanıb çap olunması kimi işlər var.

Sonra İnstitutun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva "Nəsiminin söz sənətinin özəllikləri" mövzusunda mühazirə deyib. İlk olaraq, Nəsimi şeirinin forma xüsusiyyətlərindən danışan S.Şıxıyeva şairin ərəb fars şeirində ənənəviləşmiş bir sıra poetik forma fiqurları türk ədəbiyyatında ilk dəfə sınaqdan keçirərək uğurlar əldə etdiyini deyib. Məruzəçi Nəsiminin anadilli poeziyamıza gətirdiyi qəzəlin qəlibindən istifadə ilə ayrıca poetik forma şəkli verdiyi bir sıra poetik fiqurların spesifik xüsusiyyətlərindən bəhs edib.

Şairin dil özəlliklərindən danışan məruzəçi bildirib ki, Nəsimi şeiriyyətini sevdirən cəhətlər dilin təbii axarı, özünü ifadədə uğurudur. Qeyd edilib ki, Nəsimi şeirində sözlər sərtləşə bilir, yumşala bilir, elastikləşə, gözəlləşə canlana bilir. S.Şıxıyeva şairin mövzu seçiminin dəyişkənliyi rəngarəngliyi, səmimiliyi s. məqamlara toxunub.

Nəsimi şəxsiyyətindən   söz açan məruzəçi şairin təbliğatçı şair olması, "mən" şəxs əvəzliyinin Nəsimidə qrammatik bir vasitə olmaqdan çıxaraq təsəvvüfi-fəlsəfi məzmun daşıması s. məqamlardan danışıb.

Sonda S.Şıxıyeva tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 10 aprel.- S.13.