Deyilsən
Ürəyin mürgülü, gözlərin ayıq
Taleyin dənizdə yelkənsiz qayıq,
Cismən bir yerdəyik, qəlbən ayrıyıq,
Özünə gərəksən, mənlik deyilsən.
Zirvəydin, olmusan bir qara kölgə,
Nəyi qoruyursan gərəksiz bəlgə?
Hamının gözündə ucasan bəlkə.
Mənə qürur, vüqar, mənlik deyilsən.
Anamın ruhuna salam
Dünyaya
qayğısız baxa bilməyən,
Yorğun gözlərinin qarasındayam.
Yüz loğman sağalda bilməyir məni
Şəfalı əlinin çarəsindəyəm.
Ömür başladısa qəmlə, qəhərlə,
Şahlıq gəlməz olur daş-qaşla, zərlə,
Elə yüklənmişəm qəmlə, kədərlə,
Sevinci atmağa çəkilmiş yayam.
Təsəlli olası nə varsa sönüb,
Şeir səltənətim taxtından enib
İçimdəki bağlar səhraya dönüb,
Mənası olmayan harayam, hayam.
Qəlbimdə tək sənsən amanım, andım,
Sənsiz
odda dondum, soyuqda yandım,
Necə
aldatdılar, necə aldandım,
Məcrası qurumuş çınqıllı
çayam.
Məni
yaman çətin duydu bu dünya,
Yalana, böhtana uydu bu dünya,
Sənsiz
məni tənha qoydu bu dünya,
Gədalar, şeytanlar arasındayam.
Aldanmağa öyrətdin
Ucalmaq istədim məhəbbətinlə,
Min cür acı
yedim bir şirin üçün.
Sən
"Fərhad" axtardın
həyatın boyu,
Mən də tamarzıyam bir Şirin üçün.
Daha uduzmağa heç nəyim yoxdur,
Bir özüm
qalmışam, bir sevən ürək.
İçində yalançı ocaq
qalama,
Qəlbin buz kimidir baxışların
tək.
Səni
sən etməyə gücüm çatmadı,
Yenə öz-özümlə baş-başa
qaldım.
Şübhələr içimi diddi, dağıtdı,
Buzdan alov aldım, oddan buz aldım.
Arxamda dayanan bir məhəbbət
yox,
Nadanlar üstümə
ayaq aldılar.
Zəifləmiş bilib məni alçaqlar,
Sinəmin üstündən cığır
saldılar.
Buda sona çatan ömür yolları,
Ömrüm bir yandadır, bəxtim bir yanda.
Məni
aldanmağa elə öyrətdin,
Yaşaya bilmirəm aldanmayanda.
Səni axtarıram
Sənə arxalandım sənə
güvəndim,
Nə qədər
aldatdım özüm
özümü.
Saxla yaddaşında həyatın
boyu,
Sənə deyəcəyim bu son sözümü.
Mənasız taleyə bir addım qalmış,
Səndən uzaqlaşdım, xoşbəxtəm,
şadam.
Ulu tanrı yenə dirçəltdi məni,
Daha hiss
edirəm ocağam, odam.
Özümün özümə yazığım
gəlir,
Elə bilirdim ki, başlarda tacam.
Duydum ki, həyatda ən bir nömrəli,
"Aldanmış Kəvakib"
- Yusif Sərracam.
Tanrının verdiyin əlindən
alıb,
Günümlə, ayımla, ilimlə oyna.
Nifrətə çevirib sənə
eşqimi,
Odumu söndürüb
külümlə oyna.
Hələ yaşamağa macal
tapmamış,
Nə tez ayaq açdı ömrümə payız.
Səni
axtarıram əlin əlimdə,
Hardadır o məsum, mavi gözlü qız?
Qeybdən gələn şeir
İsti
göz yaşının
odunda üşü,
Sənsiz
günlərimi gəlib
gör üşü,
Bax buda səninlə vida görüşü,
Gəlmişəm görüşüb yox olmaq üçün.
Nə dünya təzəymiş,
nədə mən yeni,
Bir qarış torpağam uzunu, eni,
Tanrım
bu dünyaya gətirdi məni,
Çəkdiyin kamana ox olmaq üçün.
Hıçqıran qəlbində boğulan yaşdım,
Qurular odunda alışan yaşdım,
Sevgisiz dünyayla tez vidalaşdım,
Sevən ürəyində çox
olmaq üçün.
Xoşbəxtlik axtarır
Məni
düz olmağa qoymayan dünya,
Hansı günahım var sənin yanında?
Yalandır - deyirlər doğru
sözümə,
Özümü doğrayır qılıncım
qında.
Üzümü tuturam Ulu Tanrıya,
Səbrimə nə qədər sığınmaq olar?
Yetər
təpələrin dağ
görünməyi,
İnanım haqq nizam tərəzi
var?
Bəlkə yaxşı oldu
bu gündən sabah,
Təsəlli yelkəni görünüb
itir.
Şey tana, iblisə yaxşı deyirlər,
Yaxşı kəlməsinin zamanı bitir.
Düşmən dost adıyla sökür
içimi,
İnsan olduğuma peşmanmı olum?
Ömrüm yalanlara bir su içimi,
Dənizdim, kiçilib bir qaba dolum?
Dəyişib ahəngi ürəklərin
də,
İtirib mənasın sevib-sevilmək.
Duyub anlayanda yaşamaq olmur,
Necə ağır imiş hər şeyi bilmək.
Xoşbəxtlik axtarır həyatı
boyu,
Bir ömür
yükünü daşıyır
insan.
Bilsə
də hər şeyin əvvəlin, sonun,
Özünü aldadıb yaşayır insan.
Varlığım vətən
Anamın
gözləri baxır
hər gecə,
"Soyuqdur üstünə yorğan sər gecə",
Göz yaşım içimə
axır hər gecə
Çaylarım mənimdir, gölüm özgənin.
Kəndimin üstünü duman,
çən alıb,
Doğma cığırlara kədər
yol salıb.
Qoxusu çəkilib, tikanı qalıb,
Tale mənimkidir, gülüm
özgənin.
Daha arzularım göylərdən
enib,
Bir uzun həsrətə qəlbim köklənib,
Özüm təklənmişəm, ruhum təklənib,
Cəsəd mənə qalıb, elim özgənin.
Yaxşı ki, Allahım yazır bəxtimi,
Qoymurlar
yaşayım hazır
bəxtimi,
Hərə bir kotanla qazır bəxtimi,
İçim özümündür, çölüm
özgənin.
Mənə uzatmağa güc
yox qolumda
Vətən varlığımsan təsəllim bunda,
Xəcalət çəkirəm sənin
yolunda,
Yaş amaq mənimdir, ölüm özgənin.
Üç övladın "dustağıyam"
"Sən ki, təbib
deyildin,
Neyçün açdın yaramı?"
Qədim
mahnı
Kimisinə səcdə yeri,
Kimisinə göz dağıyam.
Kimisinin
gözlərinin,
Həm qarası,
həm ağıyam.
Kimə
bəlli ağladığım,
İtirdiyim, saxladığım,
Öz-özümü bağladığım,
Qırılmayan qəm bağıyam.
Kim doyunca kama
yetdi?
Dünya
malı-nağıl bitdi...
O gələndə ağıl
getdi,
O gedənə bir ağıyam.
Taleyimdə qan yeri var,
Ürəyimdə şan yeri var,
Gözlərimdə dan yeri var,
Qaranlığın sübh çağıyam.
Övladlarım cürət yerim,
Ümid
yerim, qeyrət yerim,
Saxta sevgi nifrət yerim,
Üç övladın "dustağıyam"
Sənin ad gününə
Müqəddəs duyğudur sevmək,
sevilmək
Ürəyin deyəni dilinlə söylə.
Payıza
bənzəyən bu böz dünyada,
Məni xoşbəxt elə, bəxtəvər elə.
Hara yön tuturam bu dəli sevda,
Məni cilovlayır, məni saxlayır.
Bu sevgi bir ömür
yoludur mənə,
Həyata bağlayır, ömrə
bağlayır.
Səni
sevdiyimə peşman deyiləm,
Ürəyim bu yoldan dönəsi
deyil.
Elə yandırır ki, məni alovu,
Əssə fırtınalar sönəsi
deyil.
Haraya aparır bu sevgi bizi,
Bunu nə sən, nə mən bilmirik düzü.
Səni
də, məni də yandırıb-yaxır,
Alovu görünür,
görünmür özü.
Geniş
aç könlünün
qapılarını,
Rahat girə
bilim qəlbinə sənin.
Öz qibləni göstər baxışlarınla,
Mən də yön çevirim qiblənə sənin.
Mədət ƏYYUBOĞLU
525-ci qəzet.- 2019.- 12
aprel.- S.15.