Hüseyn Caviddünya ədəbiyyatı

 

DÜNƏN AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ BU MÖVZUDA RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

 

 

Dünən Azərbaycan Dillər Universitetində (ADU) "Hüseyn Cavid dünya ədəbiyyatı" mövzusunda Respublika elmi konfransı keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbiri giriş sözü ilə açaraq millətin, xalqın ən dəyərli simalarından biri olan böyük şəxsiyyətin işığına toplaşıldığını bildirib. Akademik, Hüseyn Cavidin adının yalnız ədəbiyyatsevərlər üçün deyil, xalqın bütün zümrələrinə məxsus insanlar üçün əziz olduğunu bildirib: "Bu ad zaman-zaman bizə bir az da yaxınlaşır. Bu yaxınlığın ən bariz nümunəsi ondan ibarətdir ki, ölkə prezidenti, cənab İlham Əliyev Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün çox işlər görüb. Hər şey Hüseyn Cavidin nəşinin vətənə qaytarılmasından başlayıb. Bildiyimiz kimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü fədakarlığı nəticəsində Sibirə göndərilmiş, Sovet rejiminin qurbanı olan şairin nəşi vətəninə qaytarılmış, vətənində torpağa əmanət edilmişdir. Bu, milli-mənəvi münasibətin ən yüksək forması idi. Bu hadisəni bütün Azərbaycan xalqı, bütün ədəbiyyatsevər qüvvələr böyük əzmlə, minnətdarlıq hissi ilə qarşıladılar. Hüseyn Cavid nakam tale yaşayan şair kimi bütün dünya şairlərinin, ədəbiyyat insanlarının taleyini bölüşüb. Bütün şairlərin başına təxminən eyni kədər, faciəvi hallar gəlib. Hüseyn Cavid sevgi, məhəbbət şairi idi. O, Azərbaycanın ədəbiyyatının gözəllik tanrı elçisi idi. Hüseyn Cavid Azərbaycan ədəbiyyatının söz fikir zadəganı olmaqla, Füzulidən gələn xəttin davamçısı oldu. Hüseyn Cavid bu gün bizimlədir. Bu gün Hüseyn Cavid dedikdə, onun yalnız nakam həyatı deyil, zirvələrdən enməyən şair ruhunu da yad edirik. İnanıram ki, bu konfrans mütəxəssislər arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək".

Konfransda İndoneziyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Hüsnan bəy Fənani Azərbaycan Dillər Universitetində akademik diplomatik kolleqalarının yenidən əhatəsində olmaqdan şad olduğunu bildirib. O, Hüseyn Cavid yaradıcılığının maraqlı müzakirə mövzusu olduğunu deyib. Səfir mövzunun İndoneziya, həmçinin, qlobal mühit ilə tarix, ədəbiyyat, mədəniyyət, siyasət mənəvi dəyərlər baxımından yaxınlığından danışıb. Azərbaycanın görkəmli nümayəndəsini xatırlamağın gələcəyin qurulması nöqteyi-nəzərdən vacib olduğunu deyən səfir qeyd edib ki, Azərbaycan ədəbiyyatının zənginliyi dərinliyinə nəzər salaraq İndoneziya, digər ölkələrin dəyərləri ideyaları ilə müqayisə etmək onun maraq dairəsindədir. H.Fənani konfransın yekununda Hüseyn Cavid mirasının indiki gələcək nəsilə böyük təsir edəcəyinə inamını ifadə edib. 

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov "Cavid sənətində bəşəri genişlik" mövzusunda çıxış edərək Hüseyn Cavidin demonizm fəlsəfəsinə qayıtmasından söz açıb. O, Azərbaycançılıq məfkurəsi, istər türk idealı, istərsə islami dəyərlər məsələsinin Caviddə ümumi bəşəri dəyərlər mahiyyətində ifadə olunduğunu bildirib. M.İmanov Cavidin Azərbaycandan danışarkən dünyadan, turandan, dünyadan danışarkən isə Azərbaycandan danışdığını qeyd edib. M.İmanov bildirib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir. O, bu baxımdan "İblis" faciəsini təhlil edərək dramaturqun ən sərt həqiqətləri insanlara təlqin etməkdən çəkinmədiyini diqqətə çatdırıb.

 "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva konfransın Hüseyn Cavid yaradıcılığına həsr olunmasını yüksək qiymətləndirib. O bildirib ki, bu mövzuda konfransın məhz Dillər Universitetində keçirilməsi akademik Kamal Abdullanın Cavidə olan böyük sevgisi, məhəbbətindən irəli gəlir. S.Vəliyeva tədbirdə yüksək səviyyəli yerli xarici qonaqların iştirakı dərin məzmunlu çıxışlarının Cavidin yalnız Azərbaycanın, türk dünyasının, eləcə Şərqin deyil, həm bütövlükdə dünyanın korifey sənətkarı, mütəfəkkir şairi olduğunu sübut etdiyini deyib. O, "Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir" mövzusunda çıxış edib. Hüseyn Cavidin istedadı ilahi tərəfindən möhürlənmiş, yüksək təhsil almış şəxsiyyət olduğunu deyən S.Vəliyeva onun dünya ədəbiyyatı fonunda hər zaman öz portretini oxucularına göstərdiyini qeyd edib. O diqqətə çatdırıb ki, Cavid qədər bəşəridirsə, bir o qədər millidir. Hüseyn Cavidin qalib olduğunu deyən S.Vəliyeva onu  yetişdirən xalqın da həmişə qalib olmasını arzulayıb.

Fransanın Nim Universitetinin professoru Silvi Joseğam "Ədəbiyyat siyasi təhdiddirmi?", Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir "Hüseyn Cavidin dram yaradıcılığında Abdülhak Hamidin təsiri", Bakı Dövlət Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev "Hüseyn Cavid modernizmi dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)", Serbiyanın Belqrad Universitetinin dosenti Branko Vraneş "Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya" mövzularında məruzə ilə çıxış ediblər.

Venesuelanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Kristopher Martinez Berroteran dahi intellektual sənətkar Hüseyn Cavidə həsr olunmuş xüsusi mərasimdə iştirak etməkdən şərəf məmnuniyyət hissi duyduğunu bildirib. Səfir Hüseyn Cavidin Azərbaycanda ədəbi adət-ənənələri inkişaf etdirən azərbaycanlı kimi XIX əsrin sonlarında XX əsrin əvvələrində tarixdə iz qoymuş vətənin nümunəvi layiqli nümayəndəsi olduğunu söyləyib. O, bu tarixin həmişə yaşayacağını tarixə çevriləcəyini qeyd edib. Venesuela şair yazıçılarının adlarını çəkən K.M.Berroteran H.Cavid yaradıcılığını tanıyan onun əsərlərindən ilham alan sənətkarların incəsənət ədəbiyyat tarixinin bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

Norveç Krallığından Skandinaviyaşünas müəllim Raqnil Tori konfransa dəvət olunduğu üçün təşəkkürünü bildirib. Qonaq konfransın Azərbaycanın görkəmli şəxsiyyətinə həsr olunmasının təqdirəlayiq hal olduğunu deyib. O, 2008-2009-cu illərdə ADU-da Norveç dili müəllimi kimi fəaliyyət göstərdiyini deyib. 2009-cu ilin may ayında çapdan çıxan Nizami Gəncəvinin "Leyli Məcnun" poemasındakı aforizmlərdən ibarət kitab layihəsinin rəhbəri olduğunu deyən R.Tori kitab haqqında məlumat verib. O, ADU-nun Skandinaviya mərkəzinin müdiri Vüsalə Əfəndiyeva mütəxəssisi Aytən Məmmədova tərəfindən tərcümə olunan yeganə Azərbaycan romanı - azərbaycanlı yazıçı Yusif Səmədoğlunun "Qətl günü" romanının redaktorluğunu etdiyini qeyd edib. 

ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova konfransın ünvanına daxil olan təbrik məktublarını bölmə iclasları haqqında məlumatı qonaqların diqqətinə çatdırıb.

Konfransda, həmçinin, Kubanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Alfredo Nieves Portuondo digər yerli xarici qonaqlar iştirak ediblər.

Azərbaycan, türk, ingilis rus dillərində olacaq konfransın işi "Hüseyn Cavid türk dünyası", "Hüseyn Cavid Şərq ədəbiyyatı", "Hüseyn Cavid Qərb romantizmi" adlı 3 bölmə üzrə aparılıb. Konfrans öz işini böyük uğurla başa çatdırıb.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.14.