"Su sərgisi"ndə olanlar   

 

 

 

Sərdar Aminin "Su sərgisi" romanı haqqında

Ölümü tərəddüdlü keçirmək, ölümdən sonra təbiətə yenidən qovuşmaq (əslində, yenidən ölmək), insanın içindəki tədirginliklər insanın mənəvi cavabdehliyi haqqında roman oxuyarkən mövcud olduğumuz kainatla, mövcudluğumuzla ruhumuzun arasındakı yolu tez-tələsik olsa da, keçib getməliyik. Niyə? Sonu heç olmasa uzaqdan görmək üçün. Ruhumuzun qədər azad olacağını bilmək, həm onun nələrə qadir olduğunu izləmək üçün. Özümüzü bu dərin tünd harmoniyada axtarmaq üçün. Saatın əqrəblərindən tək əllə sallaşıb o biri ilə cibimizdəki ən sonuncu keçmişi eşələmək üçün. Ölüm yaşamaq haqqında düşünülmüş ən gözəl hədədir.

"Su sərgisi" insanın bu dünyadakı vəzifəsini yaşamaqla ölmək arasında keçirdiyi ruhi zamanı danışan romandır. Sürreal başlanğıc pritçavari sonluq oxucunu yormamaq üçün yaxşı düşünülmüş variant olsa da, bəzi nüanslar romanın gedişatında itir, bədii həllini tapmır. Bunlar haqqında bir neçə abzas sonra.

Roman oxucunu ilk səhifələrdən sürreal bir şəhərə salır. Xəzərin adı qeyd edilməsə, əsərin sonuna qədər hadisələrin Bakıdan başladığını bilməyəcəkdik. Yazıçı Bakının min illik sirli, magik mühitinə ötəri nəzər salıb, romanın sirli qatına qələmucu işarə etsə , bu tələsik cəhdi uğurlu olub. Tez-tez keçmişi (bəlkə gələcəyi) gözlərinin önünə gətirən həmin andaca özünü o keçmişdə (gələcəkdə) tapan gənc bizi mistik atmosferə salır.

Düşüncələrimizin əsiri olduğumuzu dayanmadan bizə xatırladan təhkiyəçi romanın sonunda buddist bir qoca ilə ölümlə üz-üzə qalmış gəncin dialoqlarında daha fəlsəfi bir dünyagörüşünü qarşımıza sərir. İnsan beyninin içində mövcuddur bu mövcudluq onu kainatın bir parçası edir. Təkcə yaşadıqlarımızla deyil, düşünüb xəyal etdiklərimizlə həyatın mərkəzində biz olmayan nöqtələrinin bir parçası oluruq. Kainat adlı tabloya öz rəngimizi qatmaq azadlığını bizə təbiət verib romanın baş qəhrəmanı bunu həyatının son bir neçə günündə öyrənir.

İlk sərgi Xəzərdən başlayır. Ölümünə saatlar qalmış oğlanın sevgilisi (ya da sevgilisi olacaq) Sona ilə Xəzərə baxıb öz hekayələrini yarı səmimi, yarı uydurma danışmaları artıq əsərin əsas məzmununu aydınladır. Natamamlıq kompleksinin içindəki gənclər özlərini ölümə hazır edirlər bunun üçün ən yaxşı yolu seçiblər. Müəllif cəmiyyətdəki insanların nihilist mövqeyini, fərdi problemlərini artıq heç bir təhlükənin onları həyəcanlandırmadığını çatdırır. Romandakı bütün obrazlar kədər hissinə doyub ümid etmək üçün gecdir.

Magik bir aləmin içindən real bir müharibəyə düşürük. Suriya, baş verən müharibələr, qaçqınlar... Əslində, təkcə qəhrəmanımızın deyil, həm insanlığın yaralanması Suriya səhnələrində var. Qaçqınların danışdığı həyat hekayələri kifayət qədər realdır bizim inandığımız hadisələr romana real üzlük çəkir. Yazıçının həyat təxəyyül arasındakı əlaqəsi müəyyən qədər hekayənin bir neçə hissəsində dodağı çapıq suriyalı uşağın xatırlanması ilə özünü göstərir. Amma yenə ümid var. Keçmişdəki hadisələr gələcəkdə təkrarlanır, amma hər dəfə başqa nəticələrlə tanış oluruq. Əsərin sonunda artıq dünyaya gəlmiş uşaq "həyat davam edir" mesajını verir.

Romanı təkcə insanın özünü düşüncələrində axtarması ilə magikrealist nümunə hesab etmək olmaz. Yazıçı heykələ çevrilən qəhrəmanını eşşək vasitəsi ilə həyata qaytarır. Eşşəklə dialoq isə obrazın keçmişi xatırladıqları kimidir. Dialoqun sonunda qarşı tərəfin eşşək yox, maral olması bizi düşündürür. Müəllif xilas edənin yalnız ali varlıq olduğunu xatırladır. Romanda eşşək maral ictimai qatda ibtidai ali mövhumları təmsil edir.

Yazının başlanğıcında yarımçıq qoyduğumuz cümləyə gələk. Roman öz kulminasiya nöqtəsinə, həm əsas ideyasına, məğzinə dağda buddist bir qocanın söhbətlərində çatır. Yeddi çay keçərək qocaya yetişən qəhrəmanımız həyatın təbii halını burada tapır. Çayların sayı da səmaviliyə, müqəddəsliyə, əbədiliyə işarədir. Burada ölümlə həyatın fərqi yoxdur. Burada insan əbədi bir ruhun təmsilçisidir onun bir hissəsidir. Yaşamaq insanı maddiliyə sürükləməməli, onun mənəvi ehtiyaclarını unutdurmamalıdır. Fikirlər bizə kainatdan gəlir biz onları maddi bir vasitəyə, əşyaya - kağız parçalarındakı, kompüterlərdəki mətnlərə çevirəndə o, öz sehrini itirir. ya bizim gücümüz o fikri mətnə çevirməyə çatmır. Daxilimizdəki narahatlıqdan arınmaq, özümüzü tamamilə gəldiyimiz yerə təslim etmək yaşamağın birinci qanunudur.

Müasir dünyanın bəlasına çevrilən bir xəstəliklə mübarizəni buraxıb hər şeyi qəbul edən anda qarşısına çıxan ümid qəhrəmanı yaşamaq barədə düşünməyə məcbur edir. O, indi ölümlə yaşamaq arasındakı körpüdədir. Milyon il yaşı olan sual indi onun qarşısında dayanıb. Dünyada nəyə görə var olduğumuz, bundan sonra yaşayacağımız, nəyə çevriləcəyimiz artıq onu da düşündürür. Həm övladına çatmaq, onu görmək arzusu da qaranlıqdan sonrakı mütləq sabaha inandırır bizi. qədər pessimist notlarla başlasa da, sona doğru bir işıq yandırır hekayə.

İnsanın maddi ehtiyaclarına vurğunluğunu, həm ondan qurtulmaq istəyini yazıçı bir neçə dəfə Tolstoyun "Sergi ata" hekayəsini xatırlmaqla yadımıza salır. Məşhur ədibin məlum hekayəsində mövzu insanın daxili dünyası ilə onun mövcud olduğu mühit arasındakı müharibədən danışılır.

Çaydan sonra növbəti sərgini şəlalənin yanında açır müəllif. Burada qəhrəmanımız üçün qoca artıq maraqlı həyəcanlı deyil. Çünki o özü kainatın ruhuna qarışa - özünü təmizləyə bilib. Sonluğun çayda üzən səməni məktubla bitməsi oxucunun finalı özünün düşünməsinə yardım edir.

Romanın dili bəzi hissələrdə kifayət qədər bədii olsa da, bəzi yerlərdə yazıçının tələsdiyini hiss edirik. Fikirlərin üzərindən tez keçən müəllifə əsərin sonluğu maraqlıdır. Bəzi nüanslarda kifayət qədər təfərrüatların verilməsi hekayənin sehrini pozur. Magikrealist atmosfer real hadisələrin xatırlanması ilə pozulur. Müəllifin keçidləri bir qədər zəif alınır, oxucu əlaqəni özü müəyyən etməli olur. Romanın əvvəlində ortaya atılan pərdəarxası erməni obrazı da, suriyalılar da, orada baş verən hadisələr havadan asılı qalıb. Romanın sonluğu alınıb. Ancaq təhkiyəçinin əsərin əvvəlində qeyd etdiyi hadisələrin çoxu finalla bağlanmır. Bu keçidlərdəki tələskənliyin bədəlidir, bəlkə.

Sərdar Aminin "Su sərgisi" romanını müasir nəsrin uğurlu nümunəsi hesab etmək olar. Ən əsası ona görə ki, şablonlardan qaçan yazıçı yeni, az işlənmiş mövzu ilə oxucunun diqqətini çəkə bilib.

Ölüm və həyat arasında qalan obrazların taleyi həmişə oxucunu həyəcanlandırıb. Yazıçı bu yolu öncədən görməyə cəhd edironu yazır. Bu cür romanlar ədəbiyyat tarixi üçün həm də intertekstual mətn kimi maraqlıdır. Mifologiya elementlərini yenidən simvollaşdıraraq gələcəyə ötürmək bədii mətn üçün çağdaş dövrün əsas ideyasıdır. Sərdar Amin uzaq şərq marnomentlərini, fəlsəfəsini bədii elementlərlə dekonstruksiya edib o mətnləri bizlər üçün əlçatan edib.

 

 

Rəvan CAVİD

 

525-ci qəzet.- 2019.- 13 aprel.- S.12.