Fədakar tədqiqatçı və təmsilçi

 

BABƏK QURBANOVUN XATİRƏSİNƏ

 

 

... Bu dəfə acı xəbər ildırım sürətilə gəldi: Xalq şairi, söz ustadı Osman Sarıvəllinin oğlu Babək Qurbanov dünyasını dəyişib.

 

Türkiyənin Qaziantep Universitetinin rektoru, professor Əli Gürün  universitetin saytında yerləşdirilmiş başsağlığı elanında "Türk Cümhuriyyətlərində  ölkəmizdə sayılıb seçilən, Azərbaycanın yetişdirdiyi ünlü estetikçi, filosof, musiqişünas professor Babək Osman oğlu Qurbanovun vəfatını üzülərək eşitdim"  xəbəri vətənsever insanların - İzmirdə Aydın İbrahimovun, Çanaqqalada Məmməd İsmayılın, Qaziantepdə İlqar İmmamverdiyevin əhvalını poza-poza Azərbaycandakı dostlarına da bir pərişanlıq bəxş etmişdi. Təkcə Qazaxın İkinci Şıxlı qəbiristanlığı heç kəsin duya bilmədiyi bir "sevinci" yaşamaqda idi. Ola bilsin 29 il əvvəl burada dəfn edilən xalq şairi Osman Sarıvəlli kiçik  oğlu Babəkin bu köçündən "şad olmuşdu", amma sağlığında məhz sevimli oğlu Babəkə həsr etdiyi "Gətir oğlum, gətir"  ithafının indi ilə əvəzləndiyini kimsə heç vaxt deyə, anlada biləcək...

Hələ 70-ci illərin sonunda istedadlı sənətşünas filosof Babək Qurbanovun etika estetika haqqında əl-əl gəzən yeni düşüncəli kitabları biz tələbələrin ürəyinə yol tapmışdı. Çoxsaylı sənətsevərin könlündə özünə layiqli bir heykəl qoyan bu dəyərli insanın özü ilə görüşüb tanış olmaq mənə illər keçəndən sonra Türkiyənin Niğdə şəhərində nəsib olmuşdu. IV Uluslararası Türk Dünyası Araşdırmaları Simpoziumunun (28 aprel 2017) bölüm rəhbərləri olan professor Ədalət Tahirzadə Babək Qurbanovun moderatorluq etdikləri qrupların iclasları eyni binanın eyni salonunda dalbadal keçirildiyindən professor İlqar İmamverdiyev mən daxil olmaqla 4 azərbaycanlının qardaş ölkədə üz-üzə gəlib görüşməsi konfransın özü qədər maraqlı yaddaqalan olmuşdu.

Bakıdan getmiş Ədalət müəllimlə mənim Türkiyə Universitetlərində çalışan Babək İlqar müəllimlə qucaqlaşaraq bir-birimizdən ayrıla bilməməyimiz digər iştirakçıları da dərindən təsirləndirmişdi. Konfrans günlərinin bitib-tükənməyən müxtəlif mövzulu söhbətləri, xüsusən Azərbaycan-Türkiyə dostluq əməkdaşlığının aktual mövzuları barədə mülahizələr hamımızı məmnun etmişdi. Bu mənim  Qaziantep Universitetinin professorları, incəsənət barədə 30-dək kitabın   dərsliyin, Azərbaycan musiqisinə, ədəbiyyatına, incəsənətinə, folkloruna, fəlsəfə estetika məsələlərinə, tanınmış elm adamlarına həsr olunmuş 300-dən çox publisistik elmi məqalənin müəllifi Babək Qurbanovla 400-dən çox saz havasını nota köçürən İlqar İmamverdiyevlə ilk görüş tanışlığım idi. Az sonra Babək müəllim bu görüş haqqında yazmışdı: "Simpoziumda həmyerlilərimizdən Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin, tədqiqatçı jurnalist Namiq Əhmədovun iştirak etmələri   məni çox sevindirdi".

Sonralar Babək müəllimin Türkiyənin ali təhsil dairələrində necə yüksək dəyərləndirildiyi barədə müxtəlif nüfuzlu şəxslərin  rəy mülahizələrini eşitdikcə bu fədakar səmimi insanla gec tanış olmağıma təəssüflənməli olurdum. Babək Qurbanov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Hüquq İnstitutunda çalışmış, incəsənət fəlsəfəsi ilə bağlı dəyərli tədqiqatlar aparmış, Mədəniyyət İncəsənət Universitetində kafedra müdiri işləmişdi. Son 20 ildə isə Türkiyə universitetlərində fəlsəfə, sənət fəlsəfəsi, estetika, etika, kulturologiya, musiqi estetikası, musiqi nəzəriyyəsi, müasir türk düşüncə tarixi s. kimi fənlərdən mühazirələr oxumuşdu. O, bir çox dünya miqyaslı elmi-nəzəri jurnalların qəzetlərin redaksiya heyətlərinin üzvü olmuşdu. Babək müəllim Türkiyədə "hocam" - deyə dərin ehtiram bəslənir, Türk dünyasının çağdaş, görkəmli alim pedaqoqlarından biri kimi tanınır sevilirdi.

Niğde tanışlığından 6 ay sonra Nevşehirdə keçirilən Beynəlxalq İpək Yolu Simpoziumunda isə Babək müəllimlə təkcə qardaş ölkədə şəxsiyyəti elmi-pedaqoji fəaliyyəti uca tutulan bir soydaşımız kimi yox, həm yüz illərin dostu-doğması kimi görüşdük. Dünyaca məşhur Kappadokiyanın əfsanəvi qucağında yerləşən Ürgüb şəhərində türk dünyasının bir çox yerlərindən İpək yolunun keçdiyi ölkələrdən gəlmiş alim mütəxəssislərin iştirak etdiyi bu elmi məclisin keçirildiyi oteldə Babək İlqar müəllim bir otaqda, jurnalist həmkarım Tahir Aydınoğlu ilə mən yaxınlıqdakı başqa bir otaqda qalırdıq.

Fasilələri, naharları bir yerdə keçirir, geniş dəhlizlərdə davam edən diskussiyarda da bir yerdə olurduq. Bütün bunlarla kifayətlənməyib axşamlar da, türklər demiş, Babək xocadan ayrıla bilməyib, onun otağına yığışırdıq. Bir axşam Şirvandan (keçmiş Əli Bayramlı) tanıdığım bacarıqlı cərrah, indi Türkiyədə çalışan, oğlu bizim konfransda iştirak edən İlham Mərdanov da gəlib çıxdı görüşümüzə əlavə bir şirinlik qatdı. Otağında başına toplaşdığımız Babək müəllimin xəstəhallığı yorğunluğu hiss olunsa da, olub-keçənlərdən, atası Osman Sarıvəlli ilə bir dövrdə yaşamış onunla dostluq etmiş görkəmli yazar, alim ziyalılar barədə bir-birinə calanan söhbətləri o qədər maraqlı olmuşdu ki, gecənin yarıya çatdığını hiss etməmişdik. Onun özü bizdən ayrılmaq istəmir, sanki Vətəndən ayrı düşməyinin əvəzini bu göydəndüşmə imkandan almaq istəyirdi.

Bir gün nahardan sonra otelin foyesində türk qəhvəsinin ləzzətini Babək müəllimin söylədiyi şirin lətifələr, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Hüseyn Arif haqqında danışdığı maraqlı əhvalatlar ikiqat dadlandırdı. Əhatələrində böyüdüyü, ədəbiyyatımızda çəkili yerləri olan bu insanlar barədə söhbətlərin yekununda Babək müəllim  birdən yarıciddi-yarızarafat dedi: "Qazaxlılar olmasa idilər ədəbiyyatımız xeyli boş qalardı".

Düzü, bu qəfil mülahizəyə cavab verəcəyimi bilmədim. O isə nurlu sifətinə yaraşan bir təbəssümlə əlavə etdi: "Yox,  haqsızlıq etdim, eloğlu, sizin tovuzluların da, Tahir müəllimin yerliləri qarabağlıların da ədəbiyyatımızda xidmətləri böyükdür". Babək müəllimin bu zarafatı "Qazaxda şair-yazıçı çoxdur, yoxsa Ağstafada?" zarafatını da yada saldı. Əlbəttə, söhbət hər bir azərbaycanlının eyni bölgədən çıxmış görkəmli insanlarla haqlı olaraq öyünməsindən gedirdi.

Budəfəki konfransda mənim iştirakçısı olduğum bölmənin rəhbəri də Babək müəllim idi. İlk təqdimatdan bəlli oldu ki, Türkiyənin ən müxtəlif bölgə və elm-təhsil ocaqlarından, eləcə də Rusiya, Çin, Monqolustan, Bolqarıstan, Macarıstan kimi ölkələrdən gəlmiş araşdırmaçılar da Babək müəllimi yaxşı tanıyırlar. İştirakçılarla çox həssas davranışı, nəzakəti və nəvaziş dolu  müraciətləri mühazirə və müzakirələrin işgüzarlığını xeyli artırır, ümumi atmosferi səmimiləşdirirdi. Məni-Azərbaycandan gələn nümayəndəni o qədər sevgi və sayğı ilə təqdim etdi ki, düzü, azərbaycanlı olduğumdan qururlandığım qədər də sıxıldım.

Düşündüm ki, yəni professorun belə qiymətinə doğrudanmı layiqəm?! Sonra gördüm ki, Türkiyənin son gerçəklərinin Azərbaycan mətbuatında təqdimatına həsr olunmuş məruzəmin maraqla qarşılanmasında Babək müəllimin mövzu ilə bağlı təqdimatı önəmli diqqət yaratdı.

Səhəri gün telefonla əlaqə saxladığımız tələbə yoldaşımız, Kayseri Universitetinin professoru Qafar Çaxmaqlının dəvəti ilə onun son illərdə çalışdığı Kayseri şəhərinə getdik. Bizdən bir gün əvvəl Xalq yazıçısı Anarın və Rəşad Məcidin də orada kitab festivalında iştirak etdiyini eşidəndə Babək müəllim çox təəssüfləndi: "Kaş dünən gələydik, çox istərdim ki,  görüşməyi..." Düzü, mən həmin anlarda bu ipək kimi yumşaq insanın, dəyərli və böyük alimin gözlərindəki Vətənlə, doğmalarla bağlı qəribə bir xiffəti də yaxından hiss etdim.

Qafar müəllimin Kayseri təqdimatları hər birimiz üçün  maraqlı oldu. Hərdənbir, Babək müəllimin hər bir addımına diqqət edən, onu, az qala, küləkdən belə qoruyan İlqar müəllimin "Babək müəllimi yormayaq" təklifi gəzintimizə fasilələr də qatdı. Amma bu gəzinti qədim türk şəhəri haqqında təəssürat və bilgilərimizi xeyli zənginləşdirdi.

Babək müəllimlə ara-sıra zəngləşirdik. Keçən il Qazax Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirə gəldiyini bildirmişdibu görüş barədə informasiyanı KİV-də yaydıq. Amma Vətənə Tiflisdən gəldiyindən görüşə bilmədik. Ötən il sentyabrın əvvəllərində "525-ci qəzet"də bir yazısının dərc edildiyini sevinclə bildirdi və söylədi ki, sizdən də yazılıb. "Mənə də bir qəzet alıb saxlayarsan" xahişi indi də qulaqlarımda səslənir. Qəzetin 10 avqust 2018-ci il sayında dərc edilən həmin "Elm və sənət adamlarının Türkiyə görüşləri" məqaləsinin bir yerində xatırlanırdı: "Simpoziumda həmyerlilərimlə-tanınmış jurnalistlər Namiq Əhmədov və Tahir Aydınoğlu ilə də yaxından tanış olmaq imkanı qazandım. Namiq müəllimin müasir Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş məruzəsi  maraqla dinlənildi. Xatırladaq ki, Namiq müəllimin bu mövzuya aid  bir çox diqqətçəkən məqalə və kitabları da  onun bu sahədə bir mütəxəssis kimi yetişməsindən xəbər verməkdədir".

Sonrakı zənglərimizdə Bakıda olduğunu bildirirdi. Görüşmək təklifimi "səhhətimdə bir balaca problem var, onu qaydasına qoyum sonra..." cavabı ilə ləngidirdi. Dahi bəstəkarlarımız Üzeyir Hacıbəyov və Qara Qarayev haqqında göndərdiyi yazıları da qəzetimizdə dərc etdik. Dönə-dönə minnətdarlıq etdi və qətiyyətlə dedi: "Mənim qəzetlərimi saxla, bir az babatlaşan kimi redaksiyaya gələcəyəm, baş redaktorunuz Həsən müəllimlə də nə vaxtdır ki, görüşmək istəyirəm".

Babək müəllimin əbədiyyətə qovuşmasından keçən ilk günlərdə 6 aydan çox çantamda gəzdirdiyim və ona çatdırmalı olduğum  qəzet nüsxələrini dərin hüznehtiramla yenidən vərəqlədim. Hətta İzmirə, ölüm xəbərindən dərindən kədərləndiyini telefonda mənə çatdıran dəyərli xocamız, Egey Universitetinin professoru Aydın İbrahimova da elə həmin an mesaj yazdım ki, mən də Babək müəllimə qəzetləri borclu qaldım, yəqin, o dünyada çatdıraram... Professorun "Ay Allah və nöqtələr" cavabı, əslində, cavabsızlığı ruhuma bir sakitlik gətirsə də, içimdəki peşmançılığı yox edə bilmədi. Amma "Təzəpir məscidi"ndə Qazax Xeyriyyə Cəmiyyətinin keçirdiyi yas mərasimində "əmanət qəzetləri" dostları-doğmaları Qafar, Səyyad və Tərlan bəyin iştirakı ilə Babək müəllimin oğluna və ailə üzvlərinə çatdırmağım, sanki, məni o dünyaya qalası borcdan xilas etdi. Çox gec tanış olub, az bir zamanda  doğmalaşdığım və mənə xoş xatirələr bəxş edən, qayğıkeşliyi və xeyirxahlığı, yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən, elm və mədəniyyətimizə samballı xidmətlər göstərən, bu il 80 yaşı tamam olacaq, amma yaşına rəğmən  həmişə cavan görünən  Babək müəllimə  insanlıq, ləyaqət və hörmət borcumsa daim qalacaq...

 

 

Namiq ƏHMƏDOV

Əməkdar jurnalist

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.10.