"Bir ovuc suda" təqdim olundu

 

 

Gənc şair Ələsgər Əhmədin ilk kitabı işıq üzü görüb. "Bir ovuc suda" adlanan kitabın təqdimat mərasimi "Kitabevim.az"da keçirilib.

 

Təqdimatda tanınmış ədəbiyyat nümayəndələri, gənc yazarlar, oxucular media nümayəndələri iştirak ediblər.

Fərqli formatda keçirilən təqdimatda şairin şeirləri səsləndirilib. Qeyd olunub ki, gənc şairin ilk şeirlər toplusunda son illərdə yazdığı poeziya nümunələri toplanıb. Mütxəlif mövzu vəziyyətlərə həsr olunan bu şeirlərdə br gəncin poetik qavrayışlarının məcmusunu görmək olar.

Tədbirdə kitabın adını aldığı "Bir ovuc suda" şeirinə çəkilmiş book trailer nümayiş edilib. Video çarxda Firuzə Tağıyeva rol alıb. Kitab trailer gənc yaşda intihar edən şair Məlik Cahanın xatirəsinə "İntihara son!" devizi ilə hazırlanıb.

Sonda hər kəsə təşəkkür edən müəllif kitabını qonaqlar üçün imzalayıb.

Qeyd edək ki, Ələsgər Əhmədin "Bir ovuc suda" kitabı "Xan" nəşriyyatının "İlk kitab" silsiləsindən sayca üçüncü kitabdır.

 

MEHRİ

 

525-ci qəzet.- 2019.- 17 aprel.- S.13.