Tapılmayan sərxoş

 

 

 

1965-ci ildə Tehranda ərdəbilli bir ailədə dünyaya gəlib. 8 yaşında ailəsi yenidən Ərdəbilə qayıdıb. İlkorta təhsilini burada alıb. 1979-cu il İran İslam İnqilabı dövründə yaranmış ictimai-siyasi durum onun ali təhsil almasına mane olub. 2002-ci ildə şairə Negin Nəvadərəzi ilə ailə həyatı qurub. Hazırda Təbrizdə özəl bir şirkətdə çalışır.

 

Bir neçə şeir kitabı, "Ayaqüstü xatirələr" romanı və "Yelena" adlı poeması, həmçinin, türkcədən farscaya tərcümə kitabları Ərdəbil və Təbrizin fərqli yayım evlərində nəşr olunub.

 

Necə olduğumu sorma,

məni bayırlarda yağış götürüb

bu şəhərdən pasportun

itirmiş bir yabancı tək

tələsirəm getməyə.

Necə olduğumu s orma,

Sanki içimdə ölümə gedir birisi,

məndə bir nisgil,

məndə bir ölən var, qırxı çıxmayır!

Necə olduğumu sorma,

məndə bir fərari yaşayır...

Gahdan gecələr

beynimdəki dağlarla-daşlarla

atışır,

tutuşur,

gahdan yuxudan oyadır məni,

sigara istir!

Mənə ey tapılmayan sərxoş,

Mənə ey tapılmayan dostum,

Bardağından bir qurtum,

Siqarından bir nəfəs saxla...

 

Məktub

 

Sara, salam!

İndi ki ayrılıq əlifbasıdır barmaqların

Yağışlı bir cümədən yazıram

- aşiqin cüməsi yoxdur!-

Sara, var?

Qorxun budur adın düyün düşə

birdən adıma?

Yel olsam da özgə iliyəcək səni.

Sara, yetiş!

Xəyalından da göyçək gələ bilərsən

qədər ağlamışam

ki, sabahım da cumculuq görünür

- böylədir məndə sevgi durumu -

Sara, susum?

Payız axşamı kəlmələr mahna axtarır

səslərə xırxım sərinib

deyir lal yağışın barmaqları?

edim?

Sanki ipdə qalan

köynəyimdə qalıb qollarım

edim gəlməyinə?

Sara, çağır,

Sara, yetiş,

Yağışlı bir cümədən yazıram

Dumanlı adresimi!

 

Buyurun, gözəl düşmənlərim

 

Adamsız deyiləm, canım,

mən yanğınların atasıyam

siqaramı ildırım alıştırır,

atəşlər adresimi göstərir

dünyadakı yağışlar

qapıma gəlir...!

Dolu gözlərim

yarım çetverim,

buyurun,

gözəl

düşmənlərim!

alnı açıq

sözlərin saçı yeldə,

sözlərinin saçı çöldəydi

(indi üfüqdən naməhrəm baxır...!)

bizi heç bir sabah,

bizi heç bir işıq

əmizdirmədi.

Yaşasın ac duyğularım,

bu əllərini ağzına təpmış duyğularım

burnu fırtıqlı uşaqlar kimi

qədər amma məsum yaşadım...!

Özümdən uzaqda yaşadım

əllərimdən xəbərsiz

təkcə dodaqlarımı tapdım:

bu mənəm - çirkinlərin böyüyü

qıhalar mənim,

buyurun, gözəl düşmənlərim!

 

Yanıq fotolar

 

Dönüm-dönümüdü dənizlə dağ arası

Maşın hızlı, xatirə hızlı...

Tüneldən uşaq çıxdım!

Maşın enirdi Xəzərə, Savalandan

Tüneldən qoca çıxdım!

Çıxırdı Savalana, Xəzərdən maşın

... doyunca fotomu çəkdim özüm

Dəniz titrədi, dağ titrədi, mən titrədim

Kimsə əlimin titrəməyini

belə bilmədi...

səni

Dağ sordu,

Dəniz sordu,

Adamlar sordu...

(-...Anası xəstəymiş...

...Toplantısı varmış...

...Gələn səfər gələcək, deyibdir...)

Özüm üstəlik

Unutdurmaq olmur kimsəyə səni...

doyunca fotomu çəkdim özüm...

Dağ yandı,

Dəniz yandı,

Mən neçə yerdə yandım

Bir fotomu çəkən olmadı.

Sənsiz

Fotolarım da yandı.

 

Təbrizin yelləri

 

Gecə əsəndə yelləri Təbrizin

dostların get-gəlindən əmin oluram

"və yelin gətirdiyi səsdə

itməyəcəyimə də..."*

Gözlərim qaranlığa öyrənməmiş

qələmi nərdivan kimi saxlayıram,

nıqqıldayaraq çiyninə çıxıram

sözcüklərın

heyrət adlı tozlu bacadan göz qoyuram:

...gedib-gəlir də ayaqqabıları,

yoldaşların...!

Hərəklərindən Ərkin asılıdır hələ də

yüz illik asılmışları, Təbrizin,

əlim çatmır endirəm yoldaşımı, hələ də...

Gecə əsəndə yelləri Təbrizın

qurşunun səsində buluram birisini.

Gecə əsəndə yelləri Təbrizin

dosların get-gəlindən Ah

əmin oluram...!

*Bu misra Nigin Nəvadərəziyə məxsusdur.

 

 

Nadir ƏZHƏRİ

 

525-ci qəzet.- 2019.- 19 aprel.- S.13.