İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, onlarla və bu
günümüzlə fəxr edək!
(Əvvəli
ötən şənbə sayımızda)
BAKI
VƏ AZƏRBAYCAN
Temmuz
ibtidalarında Sovet Cümhuriyətləri İcra Komitəsi
Rəisi Ümumisi Kalinin, Azərbaycan köylərini və
Bakı ətrafını ziyarət edərək Bakıya
dönmüş və qəzetələrə verdiyi məlumatdan
başqa professorlar, müdərrislər, doktor, mühəndis,
müəllim və sair münəvvər zümrələr
qarşısında məruzatda bulunmuşdur. Kalininin
aldığı təəssürat və etdiyi tövsiyələr,
çıxardığı nəticələr pək
maraqlıdır.
Kalinin ilk dəfə 1900 sənəsində Bakıya gəlmişdir. O zaman, onun təsvir etdigi
üzərə, Bakı "Böyük bir neft
buruğu" (ocağı) imiş və burada heç bir mədəni
həyat mövcud deyilmiş. Şimdi isə
burada əsaslı və qüvvətli mədəni bir həyat
varmış. "Bakı yalnız sənaye
mərkəzi degil, eyni zamanda mədəniyət mərkəzi
olmuşdur. Şimdi Bakıda hər
hankı bir mədəni insana yaşamaq
mümkündür". Bu son cümlə üzərində
bir az durmaq faydasız degildir. "Hər bir mədəni insana yaşamaq
mümkündür" cümləsi ilə Kalinin "Sabiqdə
buraya yalnız para qazanmağa gəliyorlardı, yaşamaq və
qalmaq isə kimsə arzu etməzdi. Şimdi
isə həmişəlik qalıb yaşamaq dəxi
mümkündür" kibi bəyanatı arasında bir gizli,
rus mənası vardır. Bu cəhəti
daha aydın etmək üçün, Kalinin "Bakinski
Raboçi" qəzetəsinin müxbiri ilə, milliyət
məsələsi ətrafında vaqe olan müsahibəsini
qeyd etməlidir. ("Bakinski Raboçi", ¹ 154)
Kalinin
diyor ki: "Bən Azərbaycanda, bilxassə Bakıda milliyət
məsələsini həd bir şəklə salacaq bir səbəb
görmüyoram. Başqa Sovet Cümhuriyətləri
kibi Azərbaycan dəxi əqəlliyət təşkil edən
millətlərə malikdir ki bu millətlər də ruslar və
ermənilərdir. Fəqət məncə bu millətlər
o qədər məhəlli iqlimə uymuşlar ki, onları, rus
və erməniləri "Azərbaycan rusu" və "Azərbaycan
ermənisi" ədd etmək lazımdır. Azərbaycanda
bu xüsusda bir təhlükə gözləmək
yersizdir".
Müxtəlif
yerlərdə, müxtəlif münasibətlərlə
söylənmiş bu sözləri bir-birinin ardınca
sıralayınca böylə bir məna meydana gəlir ki,
bilxassə Bakıda istiladan sonra əksəriyət vücuda
gətirən qeyri-türklər, məhəlli iqlimə
uymuş olduqlarından "azərbaycanlılaşmışlar"dır
və bu "mədəni insanlar" daimi surətdə
Bakıda, Azərbaycanda qalacaqlardır. Bu "mədəni
insanlar" üçün Bakıda daimi surətdə
yaşamaq mümkündür. Sovet
hökuməti hər bir əskəri, siyasi və iqtisadi
ehtiyat tədbirlərini görmüş olduğundan, bu
qeyri-türklər, heç bir təhlükə bəkləməməlidirlər.
İştə Kalinin bəyanatından alınan
doğru məna budur. Fəqət bu böylə olmaqla bərabər
"Bakı Azərbaycanın paytaxtıdır".
Ruslaşmış Bakının, ruslaşmış olaraq
qalacağı təmin edilən Bakının, hansı Azərbaycana
paytaxt olduğu dəxi maraqlıdır. Kalinin
diyor ki, "Bakı mədəniyətcə geri qalmış
köylülər cümhuriyəti olan Azərbaycanın
paytaxtıdır. Məncə, aralarında
türk münəvvəri dəxi mövcud olan Bakı
münəvvərlərinin vəzifəsi bu geri qalmış
cahil Azərbaycan köylüsünə yardım etməkdir.
Öylə etməlidir ki "Bakı ismi zikr olunduğu zaman
Azərbaycan köylüsü "Vətəni bir
qürur" hiss etsin, öylə yapmalıdır ki Bakı,
Azərbaycan köylüləri içərisində səmimi
və dərin simpati qazanmış olsun".
Kalinin, göründüyü kibi müəyyən bir
münəvvər sinfinə müraciət etməkdədir. O münəvvər zümrə,
o "mədəni insanlar", müəyyən bir millətə
mənsubdurlar və bu millətin qeyri-türk olması ondan bəllidir
ki, "aralarında türk münəvvərləri də
mövcuddur". Demək arasında hətta
"türk münəvvəri də mövcud olan Rus
Bakı, cahil və qeyri-mədəni köylülərin"
cümhuriyəti olan Azərbaycanın paytaxtıdır.
Bu Rus Bakı, öylə edəcək ki
Bakı ismi gəlincə Azəri köylüsü, "Vətəni
bir qürur" hiss eyləsin. Kalinin qəsdən
"milli qürur" deyil, "Vətəni qürur"
deyir, çünki filhəqiqə Azəri köylüsü,
Rus Bakıdan "Vətəni bir qürur" duyduğu zaman
"milli qürur" naminə bir şey qalmamış
olacaqdır. O zaman rus seli işərisində Azəri köylüsü
milli mənliyini, milli şəxsiyətini, milli
simasını qeyb etməyə başlayacaq və yavaş
yavaş, Kalininin arzu və ümid etdiyi kimi "bir qaç
ildən sonra türk köylüsünü tanımayacaq
olacağız".
***
1900 sənəsində
"böyük bir neft buruğu" olan Bakının
şimdi "mədəni insanların" yaşamasına
müsaid "bir mədəniyət mərkəzi"
olması şübhəsiz ki uzun siyasi, iqtisadi, ictimai təkamül
nəticəsində vaqe olmuşdur. 1900 sənəsindən
1927 sənəsinə qədər Bakı bir qaç dərin
ictimai, siyasi əskəri ixtilallar, inqilablar, hərblər, qitallar,
milli çəkişmələr, iqtisadi və siyasi mədəni,
harsı rəqabətlər səhnəsi olmuşdur...
Bakının baş cəddələrini dolaşınız,
şimalından sahilə qədər gəliniz, Zığdan
Bayıl və Bibiheybətə qədər sahil boyu ilə
dolaşınız, Qərbindən Şərqinə gediniz, nə
qədər mülklər, böyük avropavarı müəssisələr,
binalar, ticarətxanələr, vapur şirkətləri,
fabrikalar varsa türklərə məxsus olduğunu görəcəksiniz.
Mülk və binalardan yüzdə 99-u türklərin
olduğu kibi, vapurların, ticarətxanələrin, sənaye
müəssisələrinin də əksəri türklərin
idi. Şəhərdə ən
böyük mətbəəyi türklər təsis
etmişlərdir. İki böyük
teatrodan birini Tağıyev, digəri də Mayılov (2-də
azərbaycanlı) təsis etmişdir. Ən
böyük "Kaspi" qəzetini rus dilində türklər
çıxarıyorlardı. Ən
çox qəzetə, məcmuə və mətbəəyə
türklər malikdirlər.
Şəhərin məktəblərini, ticarət, sənaye
və qız edadilərini, böyük xəstəxanələri
alınız, həpsini türk sərmayədarları və
türk parası ilə türklər tərəfindən təsis
və inşa edildigini görəcəksiniz.
Türklər daha 1905 ixtilalından sonra kəndi
paraları ilə Bakıda darülfünunun təsisini
düşünüyorlardı. Fəqət Rusya buna
mane oluyordu. Nəhayət bu böyük
işi də 1919-da istiqlal dövründə təsis etdilər.
Şimdiki Azərbaycan Dövlət
Darülfünunu milli Azərbaycanın təsis etdiyi müəssisədir.
Digər ali məktəb olan Politexnik İnstitutu sabiq Bakı
Politexnik Məktəbidir ki, 25 sənədən bəri
Tağıyevin təxsisatı ilə təsis və idamei həyat
ediyordu.
Rusiyanın
azərbaycanlılara nisbətən rusun Azəri türkünə
görə dərəcəyi-mədəniyətini bilmək
üçün rus statistikasına müraciət edəlim:
1897 sənəsi təhriri nüfusu mövcibincə
rusların yüzdə 85-i köylü idi. Yüzdə
15 içərisində mülkdarı, ruhanisi, xanədan
familinə mənsub olanlar, tüccarlar, əmələlər
daxil bulunuyorlar. Halbuki Azərbaycan bu vəziyətdə
idi:
Yüzdə
81,66 köylü
Yüzdə
4,70 sənaye-fabrika sahibi
Yüzdə
5,60 tacir
Yüzdə
4,00 əmələ
Yüzdə
2,04 məmur və sərbəst məslək
sahibi.
Mülkdar
yüzdə 2,6 nisbətində idi. Bu surətlə ziraət üsulundan şəhər,
ticarət və sənaye həyatına, ruslardan tez daxil
olmuş, bu cəhətdən biz, ruslar və konşumuz
gürcülərdən dəxi iləridə duruyorduq.
Çünkü gürcülərin yüzdə 82,47 nisbisi köylü, ticarət-sənaye əhli
isə yüzdə 7 nisbətində idi. Halbuki
bizdə yalnız sənaye, ticarət və sərbəst
mülk ərbabı ilə əmələ yüzdə 16 və
ya 17 nisbətində idi.
Daha 1897
statistikasına görə biz ticarət, sənaye işlərində
ruslardan, finlərdən (finlərdə tüccar yüzdə
2,2 idi), ukraynalılardan, belaruslardan, serblərdən,
rumunlardan (rumunlarda yüzdə 90 köylüdür), rusinlərdən
iləridə duruyorduq.
Milli sərvət
və kapital məsələsinə gəldikdə, Azərbaycanın
sənayedə malik olduğu 500.000.000 altun rublənin yüzdə
73 nisbətində Qərbi Avropa sərmayədarlarının
yüzdə 20-si Rusya daxilində olan qeyri-türklərin -
rus, ukraynalı, yəhudi, lehli, alman, erməni, gürcü və
sairənin yüzdə 7 nisbəti isə Azəri türklərinin
idi. XIX əsrin sonlarında bu cəhətdən
dəxi Azərbaycan, ruslardan iləridə idi. Çünkü yüzdə 20-dən rusların
payına yüzdə 3 belə düşmüyordu. Unutmamalıdır ki, Azərilərin sənaye, ticarət
və sairədə ən tərəqqi etdikləri zaman 1905 sənəsindən
sonra vaqe olan intibah dövründə idi. Erməni-Müsəlman
faciəsindən sonra, bir növi Azəri köylüsü
şəhərə, şəhər burjaziyası sənaye və
ticarətə sahib oluyorlardı. Bundan
sonra idi ki böyük sərmayədar türklər,
fabrikatorlar, vaporçular, bankalar, ticarət müəssisələri,
neft şirkətləri meydana gəldi. Bakıda
yapılan avropavari binalar şəhəri böyütdü,
gözəlləşdirdi. Məktəblər
artdı, Azəri sərmayədarları, ticarət şirkətləri
yekdigəri ilə rəqabət edərək məktəb
binaları, teatrolar, mətbəələr tikməyə, məktəb
məsrəflərini, qəzetə nəşriyatını,
kitab təbini, Avropaya tələbə göndərməyi kəndi
hesablarına almağa başladılar. 1905-dən 1917 sənəsinə
qədər azərbaycanlılar iqtisadca, ticarət və sənayecə,
irfan və mədəniyətcə qonşularını
çoxdan geri buraxmağa başlıyorlardı...
İştə müxtəsər bir şəkildə,
Bakı və Azərbaycanın keçirmiş olduğu təkamül
və inkişaf səhfələri budur. Fəqət SSSR kibi
"zorba" bir cümhuriyətin "ağsaqqalı"
olan Kalininə görə iş böylə degildir. O
professorlar, doktorlar, mühəndislər, müəllimlər
və sair münəvvər zümrələr önündə
iddia ediyor ki (hətta alqışlanıyor da) 1900 sənəsində
"böyük bir neft buruğu olan Bakı" ancaq Sovet
hökuməti sayəsində mədəniyət mərkəzi
olmuşdur. Sovet hökuməti olmasaydı,
Bakı "mədəni mərkəz olmazdı və burada mədəni
insana yaşamaq mümkün olmayacaqdı". Fəqət Kalinin o qədər də
"profan" deyil. "Mədəbi insan" məfhumunu
"rus mujiki" mənasında alan bu "ağsaqqal"
"Bakı mədəni mərkəz oldu" cümləsini
də "ruslarla doldu" mənasında təsəvvür
etməkdədir. Bu nöqteyi-nəzərdən
ona haq verməlidir. Doğrudan da Sovet
hökuməti olmasa idi Bakı xüsusi mənada ruslaşmaq
nöqtəsində mədəniyət mərkəzi
olmayacaqdı.
Bakının,
Azəri köylüsünə "Vətəni
qürur" ilə bərabər "Milli qürur" dəxi
təlqin etməsi üçün, burasını rus mədəniyət
mərkəzi degil, türk mədəniyət mərkəzi
yapmaq lazımdır. Bu olursa, Azərbaycan
köylüsü, doğrudan da milli mədəniyət mərkəzi
olan Bakısı ilə qürurlanacaqdır. Fəqət şimdi isə Azəri
köylüsündə yeganə dəruni duyğu kindir.
Kin və intiqamdır ki onu Bakısını həqiqi milli mərkəz
yapmaq üçün, milli mədəniyət, milli hars və
irfan, milli siyasət və iqtisad mərkəzi yapmaq
üçün onu, Azəri köylüsünü ruslara
qarşı sövq ediyor....
Məhəmmədzadə
Mirzə Bala
"Yeni
Qafqasya", 1 təşrini-əvvəl 1927, ¹1(94)
STALİNİN
MƏQALƏSİ
29 temmuz tarixli "Bakinski Raboçi" qəzetəsində
Stalin imzasilə bir baş məqalə dərc edilmişdir. Görünüyor ki Sovet
Rusyanın şimdiki diktatoru Stalinin bu məqaləsi
"Müdafiə Həftəsi" münasibətilə
SSSR-in saysız muxtar, nim muxtar müttəhid cümhuriyətlərində
və vilayətlərində nəşr olunan ümum qəzetələrdə
eyni zamanda dərc edilmişdir. İngiltərə başda
olmaq üzərə bütün kapitalist dünyasının
Sovet Rusyaya hücum hazırlamaqda olduğundan, vaxtsız məhv
olan Çin ictimai ixtilalından cəbhə arxasını
pozan müxalifətin xəyanətindən və Sovet
Rusyanın müdafiə qüvvəsinin təqviyəsi
lüzumundan bəhs edən bu məqalə bizi əlaqədar
etməsəydi ona heç də əhəmiyət verməzdik.
İngiltərə
hökumətinin Sovet Rusya əleyhinə olan "əməliyatını"
açarkən məqalə sahibi diyor ki: "İngiltərə
hökuməti Sovet Cümhuriyətləri İttihadı əleyhinə
mali abluka hazırlıyor. İngiltərə
hökuməti Sovet Cümhuriyətləri əleyhinə digər
dövlətlərlə gizli müzakirələrdə
bulunuyor. İngiltərə, Ukrayna, Gürcüstan, Azərbaycan
və Ermənistan mühacir hökumətlərini" Sovetlər
əleyhinə üsyan hazırlamaq üçün, maddətən
təmin ediyor və əlavətən diyor ki: "Mühafizəkar
İngiltərə hökuməti "SSSR" əleyhinə
hərb hazırlamaq yoluna qəti surətdə iqdam
etmişdir".
Bu məqalə
iki əsaslı mülahizəyə istinad etməkdədir:
Əvvələn "10 sənədən bəri bir ovuc
insanların diktaturası altında inləyən və getdikcə
səbri tükənən işçi və köylü
kütləsini, xaricdən gələn təhlükə ilə
qorxutmaq, narazılarını xarici təhlükəyə cəlb
etmək, saniyən: "müqabil
ixtilalçıları" imha (məhv), Komunist Firqəsinin
kəndi içərisində olan müxalifləri aradan
qaldırmaq, Ukraynada və Qafqasyada vüqu bulacaq "möhtəməl
üsyan"ları kökündən kəsmək kibi tədabiri-şədidə
ilə cəbhə arxasını qüvvətləndirmək,
istiqlal istəyən millətlərə qarşı icra edəcəgi
bu qanlı terror və imha siyasətini məşru göstərmək
üçün istiqlal fikri kibi "sui-niyyət"lərdən
başqa daha qüvvətli cürümlər (vasitələr)
icad etmək lazım idi ki istiqlal mücadiləsini davam etdirən
millətlər, İngiltərənin əlində bir alətdirlər. İngiltərə
imperyalizmi əleyhinə sırf köylü proletar irticayi
yaratmaqdan maəda (başqa) Velikorus millətinin milli
hissiyatını dəxi coşdurmaq üçün göstərmək
lazım idi ki, Sovet Rusya əleyhinə olacaq müharibə
Rusyanın parçalanmasına mucib olacaqdır.
Məqalənin
təfsilatına girişməyərək qoca
ixtilalçı Stalinə demək istərdik ki:
1. Azərbaycan
xalqı, kəndi səlahiyətdar müəssəsi Milli
Şura vasitəsilə müstəqil dövlət olmaq
iradeyi-qətiyəsini bir dəfə elan etmişdir. Bu elanı istiqlal qərarında Azərbaycanın
işçi və köylü və sosyalistləri kibi,
dün bizim olan, sizin bu günkü yoldaşlarınız,
Ağamalıoğlu, Qarayev və sairləri dəxi
iştirak etmişlərdi. O zaman Azərbaycan ərazisində
bir nəfər belə ingilis yox idi. Digər tərəfdən
Rusiyanın müttəfiqi olan İngiltərə o zaman
Rusyanın parçalanmasına razı belə olmazdı.
Bunun müqabilində Azərbaycan Cümhuriyətinin
paytaxtı Bakı, başda Şaumyan, Nərimanov və sairə
olmaq üzərə, bolşevik-daşnaq qüvvəsi tərəfindən
zəbt edilmişdi. Bakı ancaq, qanlı
müharibədən sonra 1918 sənəsi eylulunda milli Azərbaycan
hökuməti əlinə keçə bilmişdir.
2. Nə Azərbaycan hökuməti, nə də onu təmsil
edən hər hankı bir müəssisə yalnız
İngiltərə ilə degil, heç bir dövlətlə
müahidə bağlamamış və daima Azərbaycan
xalqının iqtisadi mənafeini güdmüşdür. Azərbaycan
xalqının sərvəti, sizin Sovet hökumətinin təsisindən
sonra yağma edilməyə başlanmışdır və təsis
etdiginiz AzNeftdir ki, Azərbaycanın sərvətini hərraca
qoyaraq satmağa başla-mışdır. Azərbaycan hesabına cahan inqilabı
hazırlıyorsunuz və Azəri
işçi-köylüsünü, Çin ixtilalı,
Kremlin müdafiəsi, İngiltərə qrevi (tətili) və
sair xarici məmləkətlərdəki macəralarımız
üçün çalışmağa məcbur ediyorsunuz.
3. Azərbaycan,
günün gün orta çağı məmləkətimizi
istila və yağma etmiş Sovet hökuməti əleyhinə
mücadilə edərkən kimsənin müstəmləkəsi
olmaq niyətində degil, yalnız kəndi istiqlalını,
siyasi və iqtisadi istiqlalını əldə etmək əzmindədir.
Bir də, Rusiyadan başqa zənn etməyiz bir
dövlət çıxsın ki, Qafqasyanı müstəmləkə
yapmaq fikrinə düşsün. Bunun
üçün Qafqasyanı kəndi müstəmləkəsi
yapmaq istəyən bir dövlət Bolqarıstanı,
Rumıniyanı və Ukraynanı istila etmək və yainki
Kiçik Asiyanı zəbt etmək lazım gəlirdi. Başqa türlü bir dövlət Qafqasyadakı
hakimiyətini mühafizə edəməzdi.
4. Bizim
oryantosyonumuz kəndi qonşularımızdır və bu ən
əsaslı və qüvvətli bir siyasətdir. Biz
İngiltərəyə, Fransaya, Almanyaya və İtalyaya
deyil, Dağıstan Cümhuriyətinə, Gürcüstan və
Ermənistana istinad ediyoruz və bunlarla bərabər
müştərək bir dövlət halında, Qafqasya
Cümhuriyətləri Konfederasyonu şəklində
yaşamaq əzmin-dəyiz. Bizcə müttəhid və
müstəqil Qafqasya, Yaxın Şərqdə sülhü təmin
edən bir hail (hasar) olur və Türkiyə ilə İran əleyhinə
olan Sovet və Çar Rusyalarının istinadgahları
olmaqdan xilas olur. Qafqasya xaricində Azərbaycanın
siyasəti Türkiyə və İran dövlətləri ilə
ən səmimi və dostanə münasibət təsisini
istifdaf edər və əgər Qafqasya millətlərinin
istiqlallarını təsdik edəcək və bununla
hesablaşacaq bir Rusya olursa, onunla da dostanə münasibət
siyasəti təqib edəcəgiz.
5. Kəndisini
məhkum millətlərin hamisi deyə elan edən, fəqət
sabiq Rusya imperatorluğundan bir qarış toprağı belə
fəda etməyən və etmək istəməyən Sovet
Rusyası bizə məlumdur ki dost ədd edəməyiz. Təbii bir şeydir ki, Sovet Rusya başqa bir dövlətlə
hərb edərsə, əsir və məhkum etdiyi qeyri-rus millətlərin
etimad və müavinətinə güvənəməz.
Binaənileyh istiqlal mücadiləsini davam etdirən
bu millətlərin müməssillərinə İngiltərə
parası ilə üsyan hazırlıyorlar" demək
açıq bir yalandır. Bu millətlər
hüdud xaricindəki müməssilləri olmazsa da, milli
mücadiləyi davam etdiriyor və etdirəcəklərdir.
Bunun səbəbi isə "İngiltərənin
təxsisatı" deyil sizin əskəri istila və cəbriniz,
vəhşiyanə istismar siyasətinizdir. Cəbhə arxasını təmin və təqviyə
etmək üçün imha və terror siyasəti sizə
yardım edəməz. Sizə düşən
ən müvafiq və kolay yol varsa o da, qan axıtmadan sülh
ilə istila etdiginiz başqa məmləkətlərdən
çıxmanızdır.
Əkbərağa
Şeyxülislamzadə
"Yeni
Qafqasya", 1 eylül 1927, ¹23(92)
BUGÜNKİ
BAKI
- 3 -
25 yanvar
tarixli "Bakinski Raboçi"nin rəsmi
məlumatına görə "Bakıda 10.000 baxımsız
rus çocuğu vardır". Bunlar tamamilə
"yurdsuz, yuvasız, valideynsizdirlər. Hənuz
arxası gəlməkdə və Bakını doldurmaqda davam
edən bu "quldur və əxlaqsız rus
çocuqları"nın Bakıda yatdıqları yerlər
"Bakinski Raboçi"nin dəxi qeyd etdigi vəchilə
yük vaqonları, gəmilər, yerdə qazılan
çuğurlar, boş bodrumlar, məzarlıqlar, qazanxanalar
(qır qazanları və sairə), bağlar və
meydanlardır".
Bakı Şurasının büdcəsində yetim
çocuqlar üçün 1925-1926-cı sənəsinə
məxsus olmaq üzərə 800.0000 rublə qeyd
edilmişdir.
Halbuki 1924 sənəsində Bakı
Şurası bu işə 87.000 rublə sərf etmişdi.
Yüzdə min nisbətində (faizində) təzayüd
edən bu "səfalət qafiləsi" üçün
Bakı Şurası bu sənə nə para buluyor, nə də
bina. Şimali Qafqasyada təsis etdigi "çocuq
yurdları"na Bakı Şurası ancaq
500 çocuq göndərə bilmişdir. Bundan
maəda Çocuq Komisyonu təşkilatı kəndi çocuq
yurdlarında 900 çocuq bəsliyor. Evsizlərə
Yardım Komitəsi idarəsində də 300 çocuq
vardır.
Qəbul edərsiniz ki, 10 minlik bir ordu içərisindən
ayrılan bu miqdar heç dərəcəsindədir. Getdikcə
artan bu yurdsuz səfalət "mikrob"ları ilə nə
Bakı Şurası mübarizə edə biliyor, nə də
cəmaət təşkilatları (Zatən cəmaat təşkilatları
naminə bir şey buraxılmamış ki). Bakı
Şurası keçən il bu
yurdsuzları və işsiz əmələləri məmləkətlərinə
göndərmək təşəbbüsünə
girişdi. Fəqət bu təşəbbüs
sahibsiz çocuqlarla işsiz rusları bəsləməkdən
daha çox para tələb etdigindən yarıda
buraxıldı. İştə bu kibi
şərait içərisində Bakıda cinayət və səfalət
artmaqdadır. "Bakinski Raboçi"nin
31-ci nömrəsində (25 yanvar) dərc olunduğu kibi
"Oğurluq və yolkəsicilikıərin 100-də
66-sı evsiz və baxımsız çocuqlar tərəfindən
icra edilməkdədir. 1924 sənəsi
oktyabrına qədər bir sənə əsnasında təhərri
polisi bu kibi cinayətlərdən 3410-nu qeyd etmişdir. 1925 sənəsi oktyabrına qədər təhərri
polisi yenidən 4136 çocuq hırsız qeyd etmişdir.
Bunlardan başqa yenə çocuqlardan olmaq
üzərə 325 mütəxəssis hırsız qeyd
edilmişdir. Bunlardan əlavə son sənə
əsnasında həddi-buluğa çatmamış Camilər
Komisyonundan 1950 baxımsız çocuq keçmişdir.
Cinayətlərdən başqa zöhrəvi xəstəliklərə
tutulan çocuqların ədədi bir sənə əsnasında
1052-dən 2967 miqdarını bulmuşdur.
Bunları
qeyd etdikdən sonra, qəzetə Bakı Şurasının
bu xüsusda heç bir iş yapmayacağını və
yapma iqtidarında bulunmadığını qeyd ediyor. Getdikcə
artan bu səfalət, səfahət və cinayətlərə
qarşı bir iş görə bilməyəcəgini etiraf
edən Bakı Şurası Azərbaycan Komisarlar
Şurası vasitəsilə Mavərayi-Qafqas Federasyonu
hökumətə müraciət edərək, Bakı ilə
ətrafının bu cani ünsürlərindən təmizlənməsi
xüsusunda və çocuqların Bakıdan
çıxarılması haqqında maddi, mənəvi
müavinətdə bulunmalarını rica etmişdir.
Azərbaycan
Komisarlar Şurasının təsəvvüratı böylədir:
6000 sahibsiz və müzurr çocuqları Bakıdan sürmək.
Bakıdan xaricdə çocuq koloniləri təsis
etmək. Birinci iş üçün Azərbaycan
komisarlarına qəzetələrin yazdığına görə
40.000 rublə para lazımdır. Çocuqlar üçün
"məsai koloniləri təsis" qılmaq məqsədilə
də 34.800 rublə kiçik yaşlı canilərə məxsus
koloni təsis üçün 10.000 rublə, çocuq
yurdlarının idarəsi üçün də sənədə
170.000 rublə lazımdır.
Xülasə, sahibsiz çocuqlar məsələsi,
bunların icra etdigi cinayət, hırsızlıq, səfahət
və əxlaqsızlıqlar, yaydıqları yoluxucu xəstəliklər
Bakını məşğul edən hadisələrdən ən
mühümmüdür.
Bunlar getdikcə Bakını doldurmaqda olan rus mühacir
sürülərindən, işsiz əmələlərindən
Parapet meydanını dolduran marfuşalardan başqadır. Bunlar ancaq
"sahibsizlər"dir ki kanuni-sani hesabına görə 10
minə baliğidir (qədərdir). Bakı
qəzetələrinin qeyd etdiklərinə görə bu
miqdar hər gün artmaqdadır.
Bakı
Daşdəmir
"Yeni
Qafqasya", 2 təşrini-sani, 1926, ¹3(71)
BAKININ
NÜFUSU
Son təhriri nüfus nəticəsində Bakı şəhəri
ilə civarındakı petrol ocaqlarının 447.000
nüfusuna malik olduğu anlaşılmışdır. Nəfsi
Bakıda 240.000 nüfus vardır. Şəhərdəki
nüfusdan 171.700 ərkək, 161.700-ü də
qadındır.
Bakıda son təhrirə görə 74.117 məskən vardır ki bu ədəd 1923 sənəsindəki təhrirə (hesablamaya) nisbətlə yüsdə 33 bir artış göstərmişdir. O zaman Bakıda yalnız 50.000 məskən vardı. "B.Raboçi" qəzetəsinin yazdığına görə bu artış yeni binaların inşasından degil, mövcud məskənlərin təqsimindən iləri gəlmişdi. Yəni otağı çox olan məskənlər mütəəddid ailələr arasından ikişər oda təxsis etmək surətilə təqsim olunmuş və bu surətlə çoxalmışdır.
Bakı qəzetələri şəhər nüfusunun milliyətcə olan nisbətini qeyd etməmişlərdir.
"Yeni Qafqasya", 28 Mayıs 1927, ¹17
DARÜLFÜNUNUN TƏMİZLƏNMƏSİ NƏTİCƏSİ
Mustafa Quluyevin dəxi işarət etdigi kibi Darülfünun "təmizlənərkən" türk tələbələri tamamilə "siyasi savaddan məhrum" bir vəziyyətdə meydana çıxmış və bu üzdən həmən 100-də 90-nı qapı dışarı edilmişdir. Darülfünundan ixrac edilənlər ümumi tələbənin 100-də 10-nunu təşkil etməkdədirlər. "Bakinski Raboçi"nin yazdığına görə təmizlənmə zamanı siyasi savaddan maəda (başqa) sinif prinsipi dəxi başlıca şərtlərindən ədd olunuyordu. Bu surətlə komunist olmayanlar ilə kəndi səyi ilə yaşamayan və xüsusi mülki, ticarəti olan siniflərin övladı qovulmuş deməkdir. Qovulan türk tələbələrinin əksəri son kurslardandır. Bu il və ya 2 ilə doktor, mühəndis və sair mütəxəssis olacaq gənclər bu gün avara və "müzür ünsür"lər sinfinə idxal edilmiş bulunuyorlar.
"Yeni Qafqasya", 1 mart 1925, ¹11(35)
Erməniləri tərki silah
Davam edən mütəvatir (yayılan) şaiyəyə görə İran hökuməti Təbrizdə bulunan ermənilərə silahlarını hökumətə təslim etmələrini təklif eyləmiş. Fəqət bu təklifi kəndi arzuları ilə qəbul etmədiklərindən hökumət erməni məhəlləsini əskər qüvvətilə quşadaraq cəbrən tərki-silaha məcbur eyləmişdir.
"Yeni Qafqasya", 31 mart 1925, ¹13
TÜRKİSTANDA QƏZETƏÇİLİK TARİXİ
Mabəd
Üçüncü dövrə
Bu dövrə 1918 sənəsində Xokand müstəqil cümhuriyətinin Sovetlər tərəfindən imhasilə (işğalilə) başlar. Bu qızıl komunist dövründə Türkistanda qəzetələr mütəəddid namlar daşıyaraq milli mücadilələrində davam eyləmişlərdir. "Uluğ Türkistan" qəzetəsi Sovet Türkmənistan Cümhuriyyəti namını almış, vücudə gəldikdən sonra "İştirakiyyun", 1920-də "Qızıl Bayraq" və 1921-də "Türkistan", 1924-də "Qızıl Özbəkistan" namını almışdır. Bu qəzetə tamamən Mərkəzi İcra Komitəsinin naşiri-carisi olsa da milli məsaildə ruslara qarşı yazılar yazmaqdadır. Xüsusən bu qəzetənin əlavəsi olan "Müştüm" (Yumruğum) mizahi (lətifə) məcmuəsi rus komunistlərinə qarşı yazıları ilə və karikaturaları ilə məşhurdur. Bu gün Türkistanda, Özbəkistanda ən mükəmməl qəzetə "Qızıl Özbəkistan"dır. Yövmi 1600 nüsxə nəşr olunmaqdadır.
"Maarif və Okutucu" ismiylə mükəmməl və həftəlik ədəbi və elmi məcmuə nəşr olunmaqdadır.
1920 sənəsi eylülün 8-də Buxara Əmiratının yıxılması və yerinə Buxara Xalq Şuralar Cümhuriyətinin təşkili üzərinə Buxarada "Azadi Buxara" ismiylə yövmi özbəkcə bir qəzetə nəşr olunmuşdur. Yövmi 3000 nüsxə.
1922-1924 sənələrində Buxara Maarif Nəzarəti tərəfindən "Maarif və Mədəniyyət" ismiylə elmi bir məcmuə nəşr olunmuşdu.
Fərqanə civarında Xokand şəhərində "Fərqanə" ismiylə bir qəzetə müntəşirdir. Yövmi 4000 nüsxə.
Özbəkistanın mərkəzi Səmərqənddə "Zərəfşan" ismiylə 1922 sənəsində bir qəzetə nəşr edilmişdir. Bunun bir müzahi (lətifə, əyləncə) əlavəsi vardır: "Məşrəb" (İçki içilən yer).
Türkistanda və bugünkü Sovet idarəsindəki digər cümhuriyətlərdə sərbəsti-i mətbuat olmadığından bütün qəzetələr partiyanın iznilə məqalə nəşr etməkdədirlər. Qəzetə və məcmuələrin, hətta kitabların başında əski ərəb kitablarının "Bismillah"... ilə başlaması kibi qızıl bir bəsmələ ilə "Bütün dünya yoxsulları birləşinz!" təbiri vardır. Türkistan istiqlaliyəti dövrünün bəxş eylədigi və milli mücadilə uğrunda Türkistan dağlarında fədayi-nəfs edən fədakar məfkurəçilərin buraxdığı irs hər bir Türkistanlı gəncin qəlbində təraküm etməkdə və qüvvətlənməkdədir. Türkistanlılarda təhsilə qarşı şiddətli eşq və modern mədəniyyətə qarşı qüvvətli bir həsrət vardır.
Yuxarıda bütün səfahətini izah ilə gəldigim Türkistan qəzetəçiligi və dolayısilə Türkistan təcəddüdü haqqındakı məlumat Türkistan münəvvərlərinin qüdsi yollarda nə kibi müşkülatlara qatlanaraq əzim və imanla çalışdıqlarını göstərir. Bundan 10 sənə müqəddəm fanatik və mistik mədrəsə zehniyətçilərinin mənafeinə qurban olan xalq 1918 sənəsindən bəri başlayıb gələn milli mücadilələrdə artıq kəndi münəvvərlərilə qol-qola vermişdir. Türkistanın ən müsibətli düşməni, daxili düşməni olan ruhanilər idi. 1920 Buxara Əmiratının yıxılmasilə mədrəsə zehniyətçilərinin də həyatına xatimə çəkilmiş oluyor. Yəni daxili düşmən olan təəssübə qarşı qalibiyət qazanılmışdır. Fəqət xarici düşmənə qarşı daha qələbə eləmədik. 1865 sənəsindən bəri Türkistanı çeynəyən rus Çarizmləri bu gün başqa isim və başqa rənglərlə eyni əbus (açıq) çöhrəsini mühafizə etməkdədir. Dünki "Ağ Padişah" imperyalizmi bu gün qızıl imparyalizm şəklinə inqilab etmişdir. Türkistan istiqlaliyəti üçün Türkistan dağlarında cansipəranə fədayi-nəfs edən mücahid basmaçılarımızın axıtdıqları qanın 10 mislini və gömdükləri gəmiklərin 100 mislini yerlərə gömərək gözəl Türkistanımızın istiqlaliyətini alacağımızdan qətiyyən əminiz.
Türkistan gəncləri arasında dəmir kibi təsanüd və qüdsi məfkurəyə mətin bir sədaqət olduqca kəndi haqqı həyatlarına qovuşacaqları pək aşikardır.
Berlin.
Türkistanlı Əhməd Naim
"Yeni Qafqasya", 3 kanuni-sani 1927, ¹7(76)
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2019.- 20 aprel.- S.20-21.