Nizami-60: gənclik və müdriklik   

 

YAXUD, NİZAMİ, BƏS ROMAN NƏ OLDU?

 

 

 

Mən bu kiçik təbrik yazısını bitirdikdən sonra, bir nəzərdən keçirəndə, gördüm ki, "Nizami-60" əvəzinə, "Nizami-50" yazmışam fikirləşdim ki, bu, mexaniki səhv deyil, sadəcə, təhtəlşüur Nizaminin 60 yaşını qəbul etmir, onunla bağlı maksimumun sərhəddi hələlik 50-dən yuxarı ola bilməz, çünki söhbət cismən , mənən gənc bir insandan, bir şəxsiyyətdən gedir.

Ancaq bu gəncliyin müdriklik kimi bir müttəfiqi var.

Bu böyük müttəfiqi Nizaminin intellekti, zəhmətkeşliyi... sevgisi qazanıb.

Söz sevgisi, qələm sevgisi.

Bu sevgi Nizaminin qələmi ilə həm öz Sözünü yazmağı, həkk etməyi bacarır, həm - bu da çox mühüm qiymətli bir cəhətdir - bir çox başqa qələm sahiblərinin ifadə etdiyi Sözün qiymətini verə bilir.

Bunları yazıram, fikir isə məni 35 il, bəlkə daha artıq bir vaxta aparır - o gözəl vaxta ki, mən Yazıçılar İttifaqının cavan bir katibi idim günlərin bir günündə elə orada da universiteti yenicə bitirmiş gənc bir oğlanla tanış oldum, məlum oldu ki, bu gəncin adı Nizami, famili Cəfərovdur.

Nizami Cəfərov "Ədəbiyyat incəsənt" qəzetində işə başladı.

O vaxt, əlbəttə, mənim heç ağlıma da gəlməzdi ki, haçansa elə bir vaxt gələcək ki, bu gənc oğlanın  60 illiyi olacaq mən görkəmli bir dilçinin, ədəbiyyatşünasın, türkoloqun, tənqidçinin, ictimai xadimin - Nizami Cəfərovun yubileyi münasibətilə bu kiçik təbrik sözünü yazacağam, ancaq sən demə, rəhmətlik İlyas Əfəndiyevin tez-tez təkrar etdiyi bir atalar sözü - "Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır" - bizə aid imiş.

burası da Nizami ilə bağlı mənim üçün əlamətdar qiymətli bir cəhətdir ki, bu zaman sürəti ilə onun elmi, tənqidi publisistik əsərlərinin həcmi, ümumiyyətlə yaradıcılığının kəmiyyəti heç vəchlə üst-üstə düşmür, yəni bu mənada ki, yüzlərlə məqalə, 100-ə qədər elmi, elmi-publisistik, tərcümə tərtib kitabları, bura pedaqoji fəaliyyəti, bir çox dissertasiyalara elmi rəhbərliyi, yazılmış rəyləri, opponentliyi əlavə etsək - həmin zaman sürəti, elə bil, azalır, yavaşıyır, çünki bu yaradıcılığı meydana çıxaran vaxt o sürətin müqabilində artıq bir təmkin tələb edir.

Üst-üstə düşən isə kəmiyyətlə keyfiyyətdir.

Nizaminin yaradıcılıq diapozonuna fikir verin: bir tərəfdən "Füzulidən Vaqifə qədər", o biri tərəfdən "Türk dünyası: xaos kosmos", bir tərəfdən "Eposdan kitaba", o biri tərəfdən "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", bir tərəfdən "Azərbaycan xalqının tarixi ya tərcümeyi-halı", o biri tərəfdən "Türkologiyanın müasir problemləri", "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına" "Molla Pənah Vaqif", "Etnoloji etüdlər" "Keçən günlərin dastanı" s.

Ferdinand de Sössürün məşhur "Ümumi dilçilik kursu" kimi mürəkkəb elmi mətninin ruscadan azərbaycancaya tərcüməsi Nizami Cəfərova məxsusdur.

Universitet məzunluğundan akademikliyə aparan o yolun da zaman sürəti müqabilində hər bir addımı, yəqin ki, asan olmayıb, çünki bu cür böyük məsafə həmişə hamar ola bilməz mən şübhə etmirəm ki, bu məsafə boyu Nizaminin rastlaşdığı mürəkkəbliklər, həm elmi, həm həyat güzəran baxımından çətinlikləri az olmayıb.

Nizaminin Söz sevgisi ilə Söz məsuliyyəti zəncirvari şəkildə bir-birinə bağlıdır elə bil, bu sevginin , bu məsuliyyətin estafetini o, tədqiq, təhlil təbliğ etdiyi böyük mənəvi irsdən, bu irsin "Füzulidən Vaqifə qədər" - bundan da əvvəlki sonrakı sahiblərindən almışdır.

Bu gün Azərbaycan şairi Nizamini az qala 900 ildən sonra Azərbaycan alimi Nizami tədqiq təşviq edirsə, bu da, elə bilirəm ki, indiki kontekstdə həmin mənəvi estafetin göstəricisidir.

Bu gün Nizami Cəfərovun özü haqqında da kitablar yazılır (Rüstəm Kamal, Tehran Əlişanoğlu, Rahid Ulusal, Sabir Bəşirov), hətta görkəmli şairimiz Nəriman Həsənzadə ona poema da həsr edib.

Bu kitablar, Nizaminin monoqrafiyaları haqqında yazılmış çoxsaylı məqalələr, əlbəttə, onun qazandığı elmi-ədəbi nüfuzun göstəricisidir bu nüfuzu ona həmin müdrikliklə, zəhmətkeşliklə (hansı qəzeti açırsansa, orda Nizaminin professional maraqlı bir yazısı var!), Söz sevgisiylə bərabər, daha bir qiymətli cəhəti - təvazökarlığı qazandırıb.

Mən Nizamini heç vaxt, ən mötəbər məclislərdə belə, qalstuk taxan görməmişəm bu, məncə, qalstukla "ədavətin" nəticəsi deyil, hətta bəlkə özü o qalstuku taxmaq da istəyir, ancaq şəxsiyyətin (eqonun) daxilindəki sadəlik buna imkan vermir.

Bu - yalançı sadəlik deyil, bütövlükdən gələn sadəlikdir.

Mən yuxarıda universiteti yenicə bitirmiş o gənc oğlanı xatırladım indi bu da yadıma düşdü ki, o gənclə tanışlığım zamanı fikrimdən keçdi ki, yazıçılarımızın sayı bir nəfər artacaq.

Yazıçılarımızın yox, onun timsalında alimlərimizin sırası bir nəfər artmış oldu.

Ancaq mən Nizaminin xatirələrini, mənim yaxşı tanıdığım xatirələrini əziz tutduğum dilçilər (Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Ağamusa Axundov, Əlövsət Abdullayev, Yusif Seyidov, Tofiq Hacıyev, Ağamalı Həsənov b.)  haqqında yazdığı sənədli əsərini oxuyandan sonra hiss etdim ki, hələ hər şey irəlidədir.

Yəni "Nizami-70", "Nizami-80", "90", "100" qeyd olunanda - söhbət görkəmli alim-tənqidçi ilə bərabər, görkəmli bir yazıçının yubileyindən gedəcək.

Buna görə , mən hər dəfə onu görəndə soruşuram:

- Nizami, bəs roman oldu?

10 mart 2019

Bakı.

 

 ELÇİN

 

525-ci qəzet.- 2019.- 20 aprel.- S.12.