Yaşıdım şeirlərin müəllifinə
İlk şeirini mən təvəllüd tapan ili yazıb...
Oğlan olsaydım, "bir igidin ömrü" yazardım, yəqin.
Deyildiyi
kimi, qəlbən şair olanlar təkcə kağız üzərindəki şeirlərindən
görünmür:
Quş quşla ötmür, balası,
Şair şairlə dilləşmir.
Quş budaqda oxuyur,
Şair varaqda.
Əslində, şeir yazmaq hissi oyadan hissəmiz
- tam mənasıyla bizə
heç vaxt aydın olmayacaq. Əgər bu
ehtiyac nədən və necə doğur bilmiriksə, onda özümüzü hər şeyi bilən kimi göstərmək də lazım deyil. Onun şeirlərindəki
"Həqiqətin, Gözəlliyin,
Yaxşılığın" varlığına inam bütün bildiklərimizi
üstələyir:
Yel vurduqca tökülür,
nöqtələr
"Göy" suala bükülü
Nöqtələr
Qələm-varaqdı, bir də
nöqtələr
Göydə Allahdı, yerdə
nöqtələr
Nümunə gətirilən şeirlərin
dilindən və deyim tərzindən, diqqətli oxucu söhbətin -müdrikliyin
yazını qarşılayan
Qulu Ağsəsdən
getdiyini müəyyənləşdirdi
yəqin.
Şeirdə bilik xətrinə bilik göstərmək lazım deyil. O şey
ki, başlanğıcını
duyğulardan götürmür,
o poeziyada sıfırlanmağa
məhkumdur. Çünki duyğu hadisələri
adilikdən çıxarır,
onun səbəb - istintaq əlaqələrini
ləğv edir.
Duyğu
vasitəsilə "olanların"
(bəzən "olmayanların")
özündə dərki
baş tutur. Şeirin vəzifəsi bu qavrayışı çatdırmaqdır.
O, bunu yaxşı bacarır:
Nə olar, bir səhər
durub görəsən,
Divarlar üstünə
Allah yazdırıb.
Qış günü soyuqdan
ölən ağacın
Yasına
mart ayı yarpaq yazdırıb...
Bəzən şairlər haqqında
qərib bir ifadə işlədilir:
"məhsuldar şair".
(İnsan özünü
qızmar günəş
altında kəhrəba
xaralların sıralandığı
barlı Aranın məhsuldar ağ
qızıl tarlalarında
hiss edir...) Onu ürəklə bu "kateqoriya"ya daxil etməyə bilərsiniz. Sözün
məsuliyyətini hiss edən
qələm adamı kimi, öz şeirləri
"öz senzurasından
keçmir" çünki.
Sitat:
"Şeir göz yaşı kimi olmalıdır, yağış
kimi hamının başına yağmamalıdır".
Gecə-gündüz "vacib işlə məşğul olub" söz dəyirmanında şeir üyüdənlər,
cavanlaşmaq üçün
mistik gənclik çayında çimən
qocaları xatırladır. Arada bir oradan çıxmağı
öyrənməsə, məhv
olacaqlarını unudanları
az olmur.
Bu mənada kimsə
Q.Ağsəsi "şeir
yazmaq işi" ilə məşğul olan görməyib. Şeir onun üçün "bir iş" deyil, bir qisimdir. (Öz diliylə desək: "hecada -"pilləkənləri sayan",
sərbəstdə - "gözü
ayağının altını
görməyən", ağ
şeirdə - "liftə
minən".)
Və bütün
hallarda Sevgi yaratdıqlarının mayasıdır.
İşdi - qəzadı
Səndən əvvəl ölsəm,
Məni
son mənzilə aparırlar
görsən,
Vəsiyyətimə əməl elə:
Arxamca su at,
Uğur dilə.
Saçını yolma,
Köksünü ötürmə.
Allahın yanına gedirəm
Ürəyinə ayrı şey gətirmə.
Canında fəlsəfə daşımayan
şeir gizli müttəfiqlikdən kənar
saxlanılmış üçüncü
dünya ölkələrinə
bənzəyir. Qulu Ağsəs yaradıcılığında
materiya və həqiqət, varlıq, idrak, insan, cəmiyyət
və s. kimi məsələlər bir-birinə
o qədər diffuziya
edir ki, "insan-dünya", "insan-Tanrı",
"insan-ölüm" paradiqmaları
oxucunun dünyagörüşünə
təsir edir. Ancaq burada zərif
bir məqam var: şair yolunu yaxşı tanıyır, lazım olmayandan artıq söz söyləmir. Sərhəddi keçsinmi,
keçməsinmi - oxucunun
öz öhdəsinə
buraxır:
Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı
qırmır bizi...
Ancaq ölümə
yoxladır.
Xəbərin varmı? - Bilmirəm.
Və ya
Narı
sümürürsənsə,
Süddən yanıqsan...
Gözünlə qaşının arasında
Qapı
açılan gün...
O yanlıqsan...
Hər bir cəmiyyətin öz zəif yerləri, öz ağrılı nöqtələri
var. Şair bu "odlu nöqtələri"
tapır, acımadan, dərdin yarasına duz səpə-səpə,
insanların eşitmək
istədikləri mövzuları
dərinləşdirərək incə bir ironiya
ilə faciəvi həqiqəti qəbul etdirir:
Qaralar məhəlləsi:
Milli Qəhrəmanın
xatirə lövhəsi
altında
dilənən qadın
duası:-
...Yalandı!
Yalandı!
Dünyada ən şirin şey
Vətən deyil,
Dünyada ən şirin şey
İnsandı...
Onun təyinatı
hansısa yollar təklif etmək, nəzəriyyələr qurmaq
deyil. Lakin həlli tələb
olunan ziddiyyətləri
çözməkdən də
qaçmayıb. Sanki cəmiyyət, həyati əhəmiyyətli bir orqanıdır və o, bu orqana görə
cavabdehdir.
Yaxşı və Pisi heç
vaxt qarışdırmır.
Haqqı yenmir, Haqdan enmir.
Şükür o göydəki ismin
halına
Şükür yağışına, şükür
qarına.
Şükür adımızı öz
jurnalına
Əcəl adqoydudan qabaq yazdırıb...
Ömrün əlli qapısının
qırxını Sözlə
açan, yaşıdım
şeirlərin
müəllifinə fəth
etdiyi Zənginliyində,
Ucalığında qalması diləyi ilə
Rusiya, Voronej
Günay
SƏMA ŞİRVAN
525-ci qəzet.- 2019.- 20 aprel.- S.12.