İsmayıl Şıxlı haqqında kitab və elektron məlumat
bazasının təqdimatı oldu
Aprel ayının 19-da Milli Kitabxanada Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə ədəbiyyatşünas,
pedaqoq və ictimai xadim, Xalq yazıçısı
İsmayıl Şıxlının
100 illiyinə həsr
olunmuş tədbir və Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı. Biblioqrafiya”
kitabının, “İsmayıl
Şıxlı – 100” elektron
məlumat bazasının
təqdimat mərasimi
keçirilib.
Tədbiri Milli Kitabxananın
direktoru prof
Kərim Tahirov açaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına
əsasən Xalq yazıçısı İsmayıl
Şıxlının anadan
olmasının 100 illiyinə
həsr olunmuş bir sıra tədbirlərin
keçirildiyini söyləyib.
Ədibin həyat və yaradıcılığı haqqında
geniş söhbət
açan K.Tahirov İsmayıl Şıxlının
Azərbaycan ədəbiyyatında
öz dəsti-xətti
ilə seçilən,
Azərbaycanın milli
mənəvi dəyərlərini
ön plana çıxaran yazıçılardan
olduğunu bildirib.
Professor çıxışında Milli
Kitabxananın da öz növbəsində
“Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından “İsmayıl
Şıxlı. Biblioqrafiya”
kitabını və
“İsmayıl Şıxlı
– 100” elektron məlumat
bazasını hazırlayaraq
geniş ictimaiyyətə
təqdim etdiyini qeyd edib.
O, ədəbiyyatşünaslar, gənc
tədqiqatçılar, ümumiyyətlə
geniş oxucu kütləsi üçün
nəzərdə tutulan
biblioqrafiyada ədibin
həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər
– kitabları, dövri
mətbuatda, dərsliklərdə,
məcmuələrdə çap
olunmuş əsərləri,
elmi-tənqidi və publisistik məqalələri,
tərcümələri, redaktə
etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərləri, eyni zamanda İsmayıl Şıxlının dünya
kitabxanalarında toplanan
əsərləri, Azərbaycan
Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin Fondunda mühafizə olunan arxiv materiallarının da əhatə olunduğunu, bununla yanaşı İsmayıl
Şıxlının təkcə
Azərbaycanda deyil, bütün dünyada yazıçının yaradıcılığı,
onun ədəbi irsi ilə maraqlananlar
üçün “İsmayıl
Şıxlı – 100” elektron
məlumat bazasının
hazırlandığını və Milli Kitabxananın
saytı vasitəsi ilə bütün dünyaya yayımlandığını
bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış
edərək İsmayıl
Şıxlının tələbəlik
dövründən ilk hekayələrini
yazdığını, onun
yaradıcılığında nəsr əsərləri
ilə yanaşı publisistikanın əhəmiyyətli
yer tutduğunu, müasir publisistik təfəkkürümüzün formalaşması və inkişafında müəyyən
rol oynadığını,
obrazlı düşüncəsi
və demokratik emosiyası ilə onun sərhədlərinin
genişləndirdiyini bildirib.
Xalq şairi
Nəriman Həsəndə
çıxış edərək
böyük yazıçının
zəngin ədəbi
fəaliyyəti ilə
yanaşı, onun ictimai fəaliyəti haqqında da geniş söhbət açıb. N.Həsənzadə bildirib ki, İsmayıl Şıxlının
yaratdığı bütün
obrazlarda sanki öz şəklini çəkib, müxtəlif
insani keyfiyyətlərini
göstərib.
Milli Məclisin
deputatı Tahir Rzayev çıxış
edərək Milli Kitabxananın kollektivinə
və rəhbərliyinə
İsmayıl Şıxlı
haqqında belə
fundamental biblioqrafiyanın hazırlanıb,
ərsəyə gəlməsindəki
xidmətlərinə görə
dərin minnətdarlığını
bildirib və bu kitabın onun ruhuna böyük
ehtiram olduğunu söyləyib. T.Rzayev çıxışında böyük
insan, böyük yazıçı, gözəl
pedaqoq olan İsmayıl Şıxlı
Azərbaycan ədəbiyyatında
daim yaşayacaq və onun yaratdığı
“Dəli Kür” romanı nəinki Azərbaycan ədəbiyyatında,
hətta dünya ədəbiyyatındakı şah
əsərlərdən biri
olduğunu söyləyib.
Azərbaycan Dövlət Pedoqoji
Universitetinin Filologiya Fakultəsinin dekanı,
professor Buludxan Xəlilov
Azərbaycan ədəbiyyat
mühitinin XX yüzillikdə
yetirdiyi nəhəng şəxsiyyətlərindən biri İsmayıl Şıxlının zəngin
ədəbi fəaliyyəti
ilə yanaşı, yazıçının ictimai
fəaliyyəti haqqında
geniş söhbət
açaraq yazıçının
ilk dəfə ədəbiyyata
“Quşlar” şeiri ilə gəldiyini, bundan sonra isə
nəsrə keçərək
bir-birindən maraqlı
nəsr əsərləri
yaratdığını qeyd
edib. Professor İsmayıl
Şıxlının pedaqoji
fəalliyyətindən geniş
danışaraq onun müəllim kimi qeyri-adi bir şəxsiyyət
olduğunu vurğulayıb.
Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayev
çıxış edərək
İsmayıl Şıxlının
görkəmli şəxsiyyət
olduğunu, onun yazdığı əsərlərin
bir tarixə çevrildiyini bildirib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid, tənqidçilər Vaqif
Yusifli, Məti Osmanoğlu, "Azərbaycan"
jurnalının baş
redaktoru İntiqam Qasımzadə, professor Əlizadə
Əsgərli və digər tədbir iştirakçıları böyük
yazıçı haqqında
xoş xatirələrindən
söhbət açıb
və Milli Kitabxana tərəfindən
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
ədəbiyyatşünas, publisist, yazıçı,
tərcüməçi, pedaqoq,
ssenarist İsmayıl
Şıxlının həyat
və yaradıcılığına
həsr olunmuş “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyanın ədəbiyyatşünaslar, gənc
alimlər, elmi tədqiqatçılar, oxucular
üçün dəyərli
mənbə olacağanı,
onların stolüstü
kitabına çevriləcəyini
bildiriblər.
Ailə
adından yazıçının
oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış
edərək Azərbaycan
prezidentinə, Milli Kitabxananın kollektivinə
və tədbir iştirakçılarına İsmayıl
Şıxlı yaradıcılığına
verilən dəyərə
görə öz təşəkkürünü bildirib.
Sonda Milli
Kitabxananın əməkdaşı tərəfindən
“İsmayıl Şıxlı – 100” elektron
məlumat bazasının təqdimatı olub.
Şahanə
525-ci qəzet.- 2019.- 20 aprel.- S.10