Professor Yusif Seyidovun 90 illiyi elmi konfransla qeyd edildi

 

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunda görkəmli dilçi alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev görkəmli elm xadimi Yusif Seyidovun həyat yaradıcılığından danışıb. Bildirib ki, professor Yusif Seyidov Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər, eyni zamanda, bir sıra orta məktəb dərslikləri yazıb.

Konfransda institutun elmi katibi Zülfiyyə İsmayıl "Professor Yusif Seyidov yaradıcılığında ədəbi dil məsələləri", Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyeva "XX əsr Azərbaycan poeziyasının dil məsələləri Yusif Seyidovun araşdırmalarında" və Onomastika şöbəsinin elmi işçisi Aysel Eminova "Professor Yusif Seyidov xatirələrdə" mövzusunda məruzələrlə çıxış ediblər.

 

525-ci qəzet.- 2019.- 26 aprel.- S.15.