"Bir şərabçının
tarixçəsi..." kitabı çap
olunub
Bugünlərdə "Ecoprint" nəşriyyatında
Sevda Sultanovanın müəllifi olduğu
"Bir şərabçının
tarixçəsi..." kitabı
çap edilib.
Kitabda Azərbaycanın
ilk şərabçı professoru,
texnika elmləri doktoru, 60 yaşlı Hasil Fətəliyevin həyatının bəzi
maraqlı məqamları
və elmi yaradıcılığı öz
əksini tapıb.
Kitab 32 hekayə
toplusundan ibarətdir. Kitabda avtobioqrafik məlumatlarla bərabər dünya şərabçılığının fonunda İspaniya, Fransa, Almaniya şərabçılığının ənənələrindən, Azərbaycan
şərabçılığında əcnəbilərin rolu, Azərbaycan şərabçılığının
tarixi, indisi, şərab turizmi, beynəlxalq şərab festivalları, habelə şərab mədəniyyəti
haqqında maraqlı söhbətlər yer alır.
Kitabda sənaye və ev şərabçılığının
inkişaf prespektivləri
də araşdırılır.
Müəllif S.Sultanova
kitabın yaranma səbəbindən
danışarkən yazır "...Azərbaycan
Dövlət Aqrar Universitetinin
"Qida mühəndisliyi və ekspertiza" kafedrasının müdiri,
kitabın qəhrəmanı, texnika elmləri
doktoru, Azərbaycanın ilk
professsoru,
ölkəmizdə şərabçılıq elmi adına ciddi baza yaradan Hasil
Fətəliyevin güclü xarakteri, iradə və əzmkarlığı,
daimi yeniliyə açıq olması, gənclərə
yol açması və şərabçılıq
elminin gələcəyi naminə gördüyü işlər çoxları üçün motivasiya olacaq".
525-ci qəzet.- 2019.- 26 aprel.- S.8.