Nəsiminin yubileyi Budapeştdə qeyd olundu

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarınınBöyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli 38s nömrəli sərəncamının icrası məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Macarıstandakı Səfirliyi, Azərbaycan Milli Kitabxanası Budapeştdəki Yunus Əmrə İnstitutu ilə birlikdə  aprelin 24-də Budapeştdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirildi.

Tədbir Yunus Əmrə İnstitutunun Budapeştdəki binasının foyesində Azərbaycan Milli Kitabxanasının fondlarında mühafizə olunan Nəsiminin əsərlərindən onun haqqında ədəbiyyatdan ibarət geniş kitab sərgisinin nümayişi ilə açılmışdır.

Kitab sərgisinin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli filmin nümayişi oldu.

Yunus Əmrə İnstitutunun direktoru Yakub Gül Azərbaycan Nümayəndə heyətinin üzvlərini bütün qonaqları salamlayaraq İmadəddin Nəsimi kimi böyük söz adamının dahi şairin yubiley tədbirlərinə ev sahibliyi etdiyindən böyük şərəf duyduğunu söylədi.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri prof. Vilayət Quliyev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən respublikamızda onun hüdudlarından kənardaNəsimi iliçərçivəsində bir sıra tədbirlərin keçirildiyini söylədi. O, böyük Azərbaycan şairi Nəsiminin Azərbaycan ədəbiyyatı tarixindəki tutduğu yerdən mövqedən danışaraq onun bir filosof şair sufilik təriqətinin ənənələrinin ideoloqlarından biri olduğunu xüsusilə vurğuladı. Səfir İ.Nəsiminin Azərbaycanın Şamaxı bölgəsində doğularaq boya başa çatdığını, bütün Şərqi, Anadolunu, Ərəbistanı gəzib dolaşaraq öz dərin fəlsəfi yüklü insani ideyalarla zəngin poeziyası ilə hamının qəlbini riqqətə gətirdiyini, şeirlərinin Azərbaycanda, Türkiyədə, Şərqi Anadoluda, İranda, Suriyada dillər əzbəri olduğunu hamı tərəfindən sevildiyini söylədi. Prof. Vilayət Quliyev çıxışında bildirib ki, dahi Nəsiminin 650 illik yubileyi tədbirinin məhz Yunus Əmrə İnstitutunda keçirilməsi təsadüfi xarakter daşımır. Burada macar türkoloqlarının iştirakı maraqlı məruzələrlə çıxış etməsi Azərbaycan macar xalqları arasında dərin köklərə malik sıx əlaqələrin olmasına bu ənənənin bu gün hər iki ölkənin rəhbərlərinin səyləri ilə uğurla davam etdiyinə dəlalət edir.

Daha sonra çıxış edən Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev öncə bütün tədbir iştirakçılarını Nümayəndə heyəti adından salamlayaraq bu tədbirin keçirilməsinə şərait yaratdığı üçün Türkiyə Səfirliyinin Yunus Əmrə İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirdi. Cənab Vaqif Əliyev bildirdi ki, Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi ilk dəfə hələ sovetlər birliyi dövründə 1973-cü ildə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən keçirilmişdir bu yubiley tədbirləri nəinki Bakıda bütün Azərbaycanda, hətta Moskvada Parisdə YUNESKO-nun qərargahında da keçirilmişdir. Bütün bunlar Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə onun görkəmli şəxsiyyətlərinə verdiyi böyük dəyərin bariz nümunəsi idi. Bu ənənənin uğurlu davamı olaraq Ulu Öndər Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev cənabları 2018-ci ilin 15 noyabrında Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin geniş şəkildə yüksək səviyyədə keçirilməsi barədə tarixi sərəncam imzalamış bir qədər irəli gedərək bütövlükdə 2019-cu ilinNəsimi ilielan olunması barədə qərar vermişdir. Natiq qeyd etmişdir ki, bütün bunlar müstəqil Azərbaycan Respublikasında mədəniyyətə, ədəbiyyata onun görkəmli nümayəndələrinə, milli mənəvi dəyərlərimizə verilən qiymətin diqqətin nümunəsi hesab olunmalıdır. Vaqif Əliyev qeyd etmişdir ki, bu gün Azərbaycanda, Macarıstan kimi ölkəmizə dost olan bütün ölkələrdə, Parisdə YUNESKO çərçivəsində Nəsiminin yubileyi ilə əlaqədar çoxlu sayda tədbirlər keçirilir, dahi şairimiz yad edilir. Bu kimi tədbirlər burada türk macar türkoloq alimlərinin iştirakı bizləri biri-birimizə daha da yaxınlaşdırır, ədəbiyyatlarımızın ənənələrimizin inteqrasiyasına böyük yol açır.

Macarıstanın Türkiyədəki keçmiş səfiri, Türk Şurasının Macarıstan ofisinin rəhbəri, türkoloq-alim Yanoş Hovari türk dünyasının ortaq mədəniyyətinin ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin xarici ölkələlərdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 70 illik sovet dönəmində qardaş cümhuriyyətlərimizin ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacib olduğunu vurğulayaraq belə tədbirləri ürəkdən alqışladığını bildirdi.

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov öz çıxışında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərinin nəşrindən onun əlyazmalarının yayılma arealından danışaraq göstərmişdir ki, Nəsiminin əsərləri dünya miqyasında çox az nəşr olunmuşdur bu da keçmiş sovet dövlətinin ideoloji antimilli siyasəti ilə əlaqədar olmuşdur. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox ciddi cəhdləri nəticəsində 1973-cü illərdə Nəsiminin 600 illik yubileyinin keçirilməsi çərçivəsində böyük şairin əsərləri nəşr olunmuş, haqqında kitablar yazılmış, tammetrajlı qısametrajlı sənədli filmlər çəkilmiş, rayonlara, küçələrə, məktəblərə, mədəniyyət ocaqlarına adı verilmiş, heykəli ucaldılmışdır. Nəsimi yaradıcılığına ikinci nəfəs 2018-2019-cu illərdə gəlmişdir: 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixdə ilk dəfə olaraq Beynəlxalq Nəsimi Festivalı keçirilmiş, dünyanın 10-larla ölkəsindən gələn nəsimişünas alimlərin iştirakilə elmi konfranslar, simpoziumlar, kitab təqdimatları sərgiləri keçirilmişdir. Həmin ilin noyabrın 15 - Azərbaycan Respublikasının Prezidenti Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalamış 2019-cu il 15 yanvar tarixli sərəncamı ilə 2019-cu ili bütövlükdəNəsimi ilielan etmişdir ki, məhz bu tədbirlər həmin sərəncama əsasən keçirilir. Cənab Prezidentin sərəncamı ilə Nəsiminin 2-cildlik “Seçilmiş əsərləri” 2 dəfə - 2004-cü 2013-cü illərdə 25 min tirajla çap olunmuşdur. Nəsimi ili”ndən bizlərə cild-cild yeni yazılacaq çap olunacaq kitablar qalacaqdır. Cəsarətlə demək olar ki, Böyük Nəsimi yaradıcılığı öz ömrünün ikinci baharını yaşamaqdadır.

Kərim Tahirov bildirmişdir ki, əvvəlki çıxışlarda qeyd olunduğu kimi, Nəsimi Azərbaycanda doğulub boya-başa çatsa da, Türkiyədə, Anadoluda, İranda Suriyada da yaşamışdır ona görə onun əlyazmaları bu arealda daha çox yayılaraq dillər əzbəri olmuşdur. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hazırda dünya kitabxanalarının müzeylərinin fondlarında Nəsiminin 50-dən artıq əlyazmaları saxlanılır. Bunlardan Türkiyədə 30, İranda 11, Çexiyada, ABŞ-da, İngiltərədə, Vatikanda, Rusiyada Sankt-Peterburqda, Avstriyada digər ölkələrdə. Hazırda Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə ilk növbədə Nəsiminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının sonrakı illərdə isə digər görkəmli şairlərimizin əlyazmalarının digital surətlərinin Azərbaycan Milli Kitabxanasına toplanması layihəsi üzərində işləyir. Eyni zamanda Milli Kitabxana 2005-ci ildənAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasından fundamental biblioqrafiyalar nəşr edir bu günədək N.Gəncəviyə, M.Füzuliyə, M.F.Axundova, M.Ə.Sabirə, S.Vurğuna, B.Vahabzadəyə, İ.Əfəndiyevə, Mir Cəlala, Elçinə, Ü.Hacıbəyliyə, Q.Qarayevə, F.Əmirova, İsmayıl Şıxlıya onlarla bu kimi görkəmli şəxsiyyətlərə dair fundamental biblioqrafiyalar nəşr olunmuşdur ilin sonunda İmadəddin Nəsimiyə həsr olunmuş biblioqrafiya da nəşr olunacaqdır.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfiri cənab Əhməd Akif Oktay da iştirak etmişdir.

Tədbirin bədii hissəsindəNəsimitammetrajlı bədii filmindən fraqmentlər göstərildi, türkiyəli Azərbaycanlı ifaçılar tərəfindən Nəsiminin  şeirləri şeirlərinə yazılmış musiqilər ifa olundu.

Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri  prof. Vilayət Quliyev yekun sözü olaraq bütün iştirakçılara və xüsusilə Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinə, Türkiyənin Macarıstandakı səfirliyinə, Yunus Əmrə İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirdi.

 

 

Müşfiq Şahanə

 

525-ci qəzet.- 2019.- 26 aprel.- S.9.