Uzaqlardan gələn gəmi
Oyatma yatan qəlbimi
İlahi mələklər kimi.
Uzaqlara üzüb gedər
Uzaqlardan gələn gəmi.
Haraylayıb bağırmadım,
Gəmini mən çağırmadım,
Ağır-ağır, addım-addım
Gəlir, düşüb buzlaqlara...
Mən gözləyəndə gəlmədi,
Ürəyim dəlmə-dəlmədi.
Mən kiməm? kimsə bilmədi...
Əsir düşdüm sazaqlara.
Ömür keçdi, ögey keçdi,
Ögey ömür heçdən heçdi.
Gəmidəki o nə yükdü?
Salıb məni soraqlara.
O gəmiylə gələn kimdi?
Niyə axı gəlir indi?
Bəxtin üzümü güldü,
Mənim kimi yazıqlara?
Yıxıldım
Sərv
nurum məni duymadı,
Budağından yıxıldım.
Hər an gözləri doğmaydı,
Yanağından yıxıldım.
Bu qədər qısqanclıq olar?
Hər an ilan kimi çalar.
Gileyimdən kitab dolar,
Varağından yıxıldım.
Şübhə düzür ətrafına,
Suallar sual yanına...
Min yol çəkir imtahana,
Sınağından yıxıldım...
Hərdən qalmadı ümidim,
Qəlbim
qırıq, didim-didim,
Körpü saldım, gəldim...
gəldim...
Qırağından yıxıldım.
Min sahilə atdı məni,
Tonqallara
çatdı məni,
Ayrılıq qorxutdu məni,
Fərağından yıxıldım.
Axı,
nurdan nur doğular,
İtər, gedər qalmaqallar...
Yarım, nə vaxt bitər
bunlar?
Marağımdan yıxıldım.
Əhməd QƏŞƏMOĞLU
525-ci qəzet.- 2019.- 27 aprel.- S.23.