Nəyim var ki?..
Daha məni vərəqləmə,
Oxşamalı nəyim var ki?..
Nə kimsədən soraqlama,
Yoxlamalı nəyim var ki?..
Didərginəm öz içimdə,
Hey qovrulur söz içimdə.
Kor kimidi göz içimdə.
Sən duymalı nəyim var ki?..
Atəşim, odum qaysıyıb,
Dilim, dodağım vaysıyıb,
Cığırım, izim sarsıyıb,
Oxlamalı nəyim var ki?..
Getmişəm o gedənlərnən,
İtmişəm o itənlərnən,
Şəhid olub bitənlərnən-
Qoxlamalı nəyim var ki?..
Gözləmə ki, bahar gələ,
Gedən
gənclik düşə
ələ,
Bir ov idi uçdu
yelə -
Saxlamalı nəyim var ki?..
Yoxlamalı nəyim var ki?..
Təsəllidi
Yolum üstə çıxan çiçək,
Çıxışın bir təsəllidi.
Çox
boylanma ürkək-ürkək,
Baxışın bir təsəllidi.
Gəl düşünmə belə
dərin,
Şahı sənsən çiçəklərin.
Sinəm
üstü olsun yerin,
Naxışın bir təsəllidi.
Meh tərpənir sərin-sərin,
Tumarlanır ləçəklərin.
Məftunuyam gerçəklərin,
Yaxışın bir təsəllidi.
Bir görüşün xoş
anıdı,
Məhəbbətin dövranıdı.
Yazan yurdun ozanıdı,
Çaxışın bir təsəllidi.
Səmədoğlu xətir istər,
Versən bircə çətir istər.
Bu saf ürək götür, istər-
Axışın bir təsəllidi!
Telman
SƏMƏDOĞLU
525-ci qəzet.- 2019.- 27 aprel.- S.23.