Utopik düşüncələr
Bu qloballaşan dünyada
mən də qloballaşa bilsəm...
Şeytana papaq tikib, ortasını deşərdim.
Malıma kəm baxanın gözlərini eşərdim,
Yeyib-içib şişərdim.
Bircə mahnı qoşardım, reytinqləri aşardım,
Dünyanı dolaşardım.
Mən də qloballaşa bilsəm...
Əlimə fırça alıb
yeri-göyü boyardım istədiyim rənglərə.
Qartaltək qanadlanıb səmalarda süzərdim,
Xəritədəki yerlərin ən gözəlin gəzərdim,
Süd gölündə üzərdim.
İti bir kəlbətinlə
Məftilləri kəsərdim, sərhədləri keçərdim,
Avropaya köçərdim.
Bəlkə qloballaşsaydım...
Eşşəyə də minməzdim, ata çatana kimi,
Köynəyi yandırmazdım, bitə acıqlananda.
Bar verdikcə başımı daha da dik tutardım
Ac toyuğun yerində səhərəcən yatardım.
Bircə qloballaşsaydım...
ABŞ-ı kəşf edərdim elə Kolumbsayağı
Atəşgahdan od alıb "yandırardım Romayı".
Ağardardım zəncini, üzüm ağ olsun deyə
Qaraldardım qatığı, sözüm dağ olsun deyə.
Dəliyə yer verərdim, əlinə bel verərdim,
Sevinc, şadlıq əkərdim,
Əkdiyimi biçərdim.
Aşıma duz yerinə biraz düzlük tökərdim,
Qaşığıma çıxardı.
Kal armud kimi keçib dünyanın boğazına
Nəfəsini tıxardım.
Köhnəsini dağıdıb yeni dünya qurardım
Başında mən durardım.
Bəlkə qatil olardım,
Öldürərdim faşizmi, nasizmi, sionizmi
Dağıdardım kökündən sosializmi,
kapitalizmi
Beşikdəcə boğardım İŞİD-i,
terrorizmi.
Dəmir
çarıq geyərdim
Tapardım humanizmi,
qurardım kommunizmi.
Bircə
qloballaşsaydım...
Ağzından od püskürən əjdahatək
udardım
Haqqı tapdayanları.
Şığıyaraq düşməni
zəmi kimi biçərdim
Al qanını içərdim.
Qaytarıb Qarabağı, orda
məclis qurardım
Bir zəngulə
vurardım.
Üzeyirin bəstəsi, "Qarabağ
şikəstəsi".
Qaçıb gələrdi hamı
- salamatı, xəstəsi,
Əlində gül dəstəsi.
Bircə
qloballaşam...
Fərəhimdən bir coşam,
sel kimi aşam-daşam
Kumqayaya
şeir qoşam,
Sarıtəpədən danışam,
Unudam dərd-kədəri, gözlərimdə
dona yaş
Sevinc dola ürəyə, gülüş qona dodağa
Çaylar kimi çağlayam, şadlığmdan ağlayam.
Tanrı
məsləhət bilə,
dəvəyə qanad
verə
Lal dillərə söz gələ, kar qulaqlar açıla,
Kora iki göz verə.
Dünya
nura boyana
Belə
bir xəbər yaya:
"Müharibəyə"dur" - deyən,
qələb əyə
səsləyən,
Dünyaya sülh bəxş
edən, bərabərlik
paylaşan,
Bir qadın
var dünyada".
Bütün bunlardan sonra
Səmalarda dolaşam, sevinclə
qucaqlaşam
Belə qloballaşam, beləcə
qloballaşam.
Bir yol gedir bizim
kəndə
Bir yol gedir bizim
kəndə,
O yol daşlı, kəsəklidir.
Cığırları tamam itib,
Asfaltında çayır bitib,
O yol yaman küləklidir.
Bir yol gedir bizim kəndə,
Yaman qarlı,
boranlıdır.
Ətrafını kol-kos basıb,
Başı yaman dumanlıdır.
Bir yol gedir bizim
kəndə,
Yolsuz, yolçusuz
bir yol.
Kimsiz, kimsəsiz
bir yol.
Bu yolun bələdçisi yox,
Bu yolun diləkçisi
çox.
Bir yol gedir bizim
kəndə
Bir ləpiri, izi yoxdur,
Tikan çıxıb
hər yanından.
Bircə
kəs də görünməyir,
Qarşıdakı aşırımdan.
Bir yol gedir bizim
kəndə
Görən neçə qurbanı
var.
Cığırına iz qoymağa,
Ocağına köz qoymağa,
Tapılacaq insanı var?
Bir yol gedir bizim
kəndə
O yol od-alovdan keçir.
O yol pisi yaxşıdan,
Mərdi namərddən seçir.
O yolu tapmaq nə
çətin,
O yolu getmək nə çətin,
O yolun sonunda bitir
Mənim vətən həsrətim.
Asya ƏHMƏDOVA
525-ci qəzet.- 2019.- 27 aprel.- S.23.