İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, onlarla və bu günümüzlə fəxr
edək!
(Əvvəli
ötən şənbə sayımızda)
İKİ
TARİXİ GÜN
28 May və
27 aprel, milli Azərbaycanın qurtuluş tarixində iki
mühüm tarixi günlərdir: Qurtuluş və əsarət.
Bu, zahirən öylə gözüküyorsa
da, fəqət bu iki tarixi hadisəni incə və dərin tədqiq
edərkən biz görüyoruz ki, 27 aprel tarixi intibahı
millinin və qəti istiqlal mücadiləsinin
başlanğıcını təşkil ediyor.
Azərbaycan hərəkatı milliyəsi Rusya
inqilabı zamanında Rusyadan xilas olmaq üçün kəndi
məcrayi-təbiisini bulmuş idi. Fəqət xüsusi
şərait, vəziyətin tamamən tövzihinə
(aydınlaşmasına) mane oldu. Yalnız
təvali (amansız davam) edən siyasi hadisat Rusyanın vəziyətini
təyin etdi. Azərbaycan ciddi bir mübarizə yapmadan kəndi
istiqlaliyyətinə nail oldu. Rusya kəndisi
çəkildi və 28 Mayıs 13-də yalnız elani istiqlal
Misaqının ehrazı zəhmətinə qatlandı. Qan tökülməzliyin bir inqilab və qansız
bir istiqlaliyyətin sonu, Azərbaycan tarixində
görüldüyü vəchilə, pək qanlı oldu.
"Yeni
Qafqasiya", 27 Nisan 1927, ¹15
QARA
BİR İL DÖNÜMÜ
Tam 7 sənə əvvəl Azərbaycan Cümhuriyyəti
istilaya uğradı. Milli haqqından bil-istifadə, istiqlalını elan edən
bu ilk Türk və Müsəlman Cümhuriyyəti, Rusya
Çarlığının mənfur istilasından hənuz
qurtulmuş ikən eyni imperyalizmin bu dəfə Qızıl
İstilal kisvəsinə bürünmüş
yağmaçı sürüləri tərəfindən təkrar
işğal olundu.
Azərbaycan
xalqında çox böyük qurbanlar, saya gəlməyən
hədsiz ziyanlar bahasına mal olan bu işğal, Rus
bolşeviklərinin bir Şərq məmləkətini
nasıl "xilas" etdikləri haqqında, Azərbaycan
üçün əlim olsa da pək parlaq bir misal təşkil
eyləmişdir. Bolşevik Rus
xilaskarlığının bir milləti maddi və mənəvi
hər türlü sərvət və dəyərdən
ayıraraq, sözün tam mənası ilə, yağma və
istismar etdiyi "klassik" Azərbaycan misalında isbat
olunmuşdur. Bu misaldan qonşu İran və Türkiyə
bir taqım müfit nəticələr almışsalar da
bundan bir az gec də olsa, eyni ziyada dərs
alanlar yenə Azərbaycanlılar olmuşdur.
Digər
səhifələrimizdə mündəric müxtəlif məqalə
və fəqərələri oxuyan müdəqqiq oxucular,
şübhəsiz kəndilərini fərəvan etmək (həyəcanlandırmaq)
üzərə bulunan
təhtəl-ərz (yeraltı) müdhiş bir hərəkat
qarşısında hiss edəcəklərdir. Bu
hərəkat, Azərbaycan
istiqlalçılığıdır. O
istiqlalçılıq ki hürriyət istiqlallarını
iqtisab edən (ələ keçirən) digər mədəni
millətlər kibi Azərbaycanın, kəndi haqqını
yalnız mücadilə və fədakarlıq sayəsində
alacağına iman etmiş mömün bir zümrə tərəfindən
sövq və idarə olunuyor. Mavi, qırmızı və
yaşıl... İştə müqəddəs
bir bayraq ki təkrar Azərbaycan üfüqlərində
ehtizaz etmədikcə bu hərəkatın
durdurulacağını bəkləmək əbəsdir.
Köksünü bu 3 boyalı rəmzlə süsləyən
bir Azərbaycanlının qəlbində Türkün əbədi
düşməni Rusyaya qarşı, hər hankı bir sahədə
və hər hankı bir şəkildə olsa da,
barışmaq hissinin təsəvvürü qətiyən
qabil degildir. Bu ruhu, Azərbaycan Türk gəncliyinə
aşılayan hadisələr arasında 27 aprel tarixinin rolu pək
böyükdür. Hətta deyə biləriz
ki, qətidir.
Rusya əsarətindəki
bütün Türk ellərinin müştərək bir
gün kibi bənimsədikləri bu matəm
gününün 7-ci il dönümündə
duyduğumuz mütəzad hisləri ifadə edə bilmək
üçün, Fransa tarixində məşhur bir cümləni
təğyir ilə edəriz ki "İstiqlal ilğa edildi,
yaşasın istiqlal!"
"Yeni
Qafqasiya", 27 Nisan 1927 sənə, ¹15 (84)
AZƏRBAYCAN
İSTİQLAL GÜNÜNÜN TƏSİDİ
28 May, Azərbaycan
istiqlal günü münasibətilə milliyyətçi Azərilər
hər tərəfdə təsid mərasimi icra eyhləmiş,
vətənlərinin Rusya əsarətindən və
Qızıl Ordu işğalından xilası
üçün təmənnilərdə bulunduqları kibi,
istiqlal və hürriyyət şəhidlərinin qüdsi
xatirələrini yad ilə mücadilədə səbat
üçün təcdidi-əhd eyləmişlərdir.
İstanbulda
"Yeni Qafqasiya" idarəxanəsində
İstanbulda müqim (yaşayan) milliyyətpərvər
Azərilər saat 17-dən (5-dən) etibarən "Yeni
Qafqasiya" idarəxanəsində ictima ilə 28 May
gününü həyəcanla təsid eyləmişlərdir. İdarəxanənin
böyük salonu bu günə məxsus olaraq Azərbaycan və
Türk bayraqları ilə donatılmış, salonun
divarları müxtəlif tablolar, qrafiklər, xəritələr
və fotoqraflarla süslənmişdi. Salonun
bir köşəsi milli Azərbaycan nəşriyatı ilə
müxtəlif zamanlarda və məkanlarda təb və nəşr
olunan propağanda materyalına təxsis olunmuşdu. Bu
günə məxsus olaraq intişar edən
"Yeni Qafqasiya" nüsxələrilə yenə bu
gün münasibəti ilə intişar edən "Azərbaycan
Misaqi Millisi" nam risalə və Parisdə təb olunan fransızca
"Azərbaycan" məcmuəsinin May nüsxəsi dəxi
əllərdə dolaşıyordu.
Saat 17:05-ə
doğru salondakı bütün yerlər dolmuş,
müsafirlərdən bir qismi ayaqta qalmışlardı. Saat 18-ə doğru mərasim baş mühərririmiz
Rəsulzadə Məhəmməd Əmin Bəyin yarım
saat qədər sürən hərarətli nitqi ilə
başlamış oldu.
Rəsulzadə
Məhəmməd Əmin Bəyin xitabəsi
Əmin Bəy
dedi ki:
"Xanımlar, bəylər! 10-cu sənəyə
giriyoruz. Azərbaycan Cümhuriyyətinin
elanından şimdi tam 9 sənədir keçiyor. 2 sənəsi həyati istiqlal, 7 sənəsi də
işğal və istila ilə keçən bu müddət
inqitaya uğramayan (arası kəsilməyən) bir cidal və
mübarizə dövründən ibarət olmuşdur.
Bundan 9 sənə əvvəl 28 Mayda elan olunan İstiqlal Bəyannaməsi
ilə Azərbaycan Türkü kəndisinin milliyət
dövründən çıxaraq artıq rüst
(inkişaf) və kamalını bulmuş bir millət
olduğunu dərk və müstəqil bir həyat ilə
yaşamaq əzmində olduğunu bütün cahana
qarşı elan eyləmişdir. Azərbaycan
Cümhuriyətinin elanı ilə beynəlmiləl cahan tarixi
Hərbi-Ümumidən sonra qeyd və təsbid etmək məcburiyətində
qaldığı böyük hərəkatın pək
mühüm bir təzahürünü ilk Türk və
İslam Cümhuriyətinin doğulduğunu təsbid ediyordu.
Heyhat, qısa bir müddətdən sonra, hürriyət
və istiqlal həyatını hənuz tərk edən bu
cümhuriyət xalqı yeni imtəhanlara məruz qaldı. Qızıl
ixtilal kisvəsinə (qiyafəsinə) bürünən
Rusluq təkrar Qafqasiyaya endi. Tarixi epizodun əbus
(tamah) çöhrəsi Azərinin bayram nəşəsi ilə
şənlənən həyatını təkrar siyahlara
bürüdü. İstiqlal
bayramımız həzin bir şəkil aldı.
Əvət, bayramımız həzin və ələmidir. Fəqət
bu ələm yas verici, dondurucu ələmlərdən deyil,
yaradıcı və ümid verici ələmlərdəndir.
Bu ələm bizi yaxın mazidə nəşəsini
daddığımız şanlı istiqbal ümidi ilə
yılmaz bir mücadiləyə sövq eyləmişdir.
Bu mücadilənin şanlı qəhrəmanları
əmsalı cahan tarixində görülməyən məzalim
qarşısında əzim və imanlarına, bir an
içində olsun, futur verməyərək böyük və
müqəddəs mücadilələrində davam ediyorlar.
28 May nəsli namını verəcəgimiz bu yeni azərbaycanlılar
yeni fəlsəfei-həyatla yaşıyor,
vücudlarını vicdanlarına fəda ediyorlar. İştə
qanlı "Çeka"nın təhdidi
altında, bolşevik zindanlarında məhbus bulunan bu gəncliyin
səsi.... O səs diyor ki:
"... Bəlkə
mən məhv olaram, sarsılmaz vicdanım,
Bunu əmr
mənə, hörmətli yasam: Quranım:
O
böyük Türk elinin oğlu olur, yeltənməz?
Çeynənir kəndisi, vicdanı onun çeynənməz!"
İştə əfəndilər hər məğlubiyyət
və inhizam qəti bir məğlubiyət və inhizam
(basılma) olaraq tələqqi ediləməz. Müqəddəs qayələrinə
çatmış məsud millətlərin tarixi zəfər
yolunun çox vicahi (ziddiyyətli) olduğunu bizə
anlatmaqda, nihayi zəfərə çatmadan əvvəl millətlərin
az inhizamlara (məğlubiyətə)
uğramadığını göstərməkdədir. Vicdanını
çeynətməkdən isə kəndisini çeynətməyi
tərcih edən mücahid bir nəsil yetişdirən Azərbaycan
böylə bir zəfərə namizəddir, əfəndilər!
(Alqışlar)
Böyük məqsədin təhəkkümünə
bağladığımız ümidin bilxassə şu
sırada qüvvətləndiyini təsbid edə biliriz. Qızıl
Rusya kəndisinə müqəddər zavala
yaxınlaşıyor. Bu sistem
müdhiş bir uçurumun kənarına gəlməkdədir.
Qızıl sistemlə bərabər Rusya
istilasının da sonu gələcək. Rus
çəmbəri içərisində əzilən millətlər
hürriyət və istiqlallarını kəsb edəcəklərdir.
Rusya parçalanacaqdır.
Çarizmin süqutu Rusyanın qərbindəki millətlərin
xilasına mucib oldu. Komunizmin süqutu da Qafqasiya, Ukrayna və
Türkistan ellərinin xilası ilə nəticələnəcəkdir.
Bu mənzərə yalnız
qızılları deyil, böyük Rusya xülyasından vaz
keçməyən Bəyazları da qorxuduyor.
İngilis-Rus inqitatının (arası kəsilməsinin)
bir hərbə müncər olub-olmayacağı haqqında qəti
bir şey söyləmək caiz deyilsə də, bu hadisənin
Rusya Beynəlmiləl vəziyətinin qəti bir böhran səfhəsinə
girdiyini göstərdiyindən qətiyən şübhə
ediləməz.
Qızıl Rusyanın təhəddüs edən (üzə
çıxan) Beynəlmiləl vəziyət daxilində
keçirdiyi indiki halı ilə Çar Rusiyasının
1917 sənəsində keçirdiyi halı arasında
böyük bir şəbahət (oxşarlıq) vardır. Bu şəbahəti
eyni zamanda Rusyadan ayrılmaq sədədində bulunan millətlərin,
əz-cümlə Qafqasiya ilə Azərbaycanın vəziyətinə
də təşmil etmək olur. Bu qədər
fərqlə ki Qafqasiya, Ukrayna və Türkistanda olduğu
kibi, Azərbaycanda da milliyətçilik və
istiqlalçılıq cərəyanı 1917-də
olduğundan daha qüvvətli və daha fəaldır.
Əvət, sərih (aydın) bir qayəyə, milli
bayrağa və "canını canana vermək"
üçün mühəyya idealist bir gəncliyə malik
Azərbaycan şübhəsiz ki inkişafı möhtəməl
hadisatdan, keçirdiyi təcrübənin verdiyi bəsirət
və idrakla istifadə edərək və bəlkə də
28 Mayın 10-cu il dönümünü kəmali sürur və
qürurla təsid edəcəkdir (Sürəkli
alqışlar).
Təbrik
teleqrafları
Nitqini mütəaqib Əmin Bəy ətrafdan bu günə
məxsus bir çox təbrik teleqrafları gəldiyini bəyan
ilə bunlardan bir qismini oxuyur (Teleqraflar qismi məxsusimizdə
mündəricdir).
Ədəbiyat
fakültəsindən Fazil Bəyin nitqi
Teleqrafların elanından sonra söz Ədəbiyat
fakültəsindən Türkiyəli Fazil Bəyə verilir. Fazil Bəy, Türkiyə
ilə Azərbaycanı bu 2 türk elini bir yurd kibi tələqqi
edərək biri yurdun qərbində, digəri də şərqində
2 müqəddəs gün mövcud olduğunu zikr ediyor. Bu günlərdən birincisi 23 Nisan, ikincisi də 28
Maydır. Fazil Bəy yas içində bulunan Azərbaycanlı
qardaşlarını təşci üçün Qazinin
nitqindən alınma bir cümlədən istinadla "Hakimiyət
öylə bir nurdur ki, onun qarşısında zəncirlər
əriyir, tac və taxtlar yanar, məhv olur, millətlərin əsarəti
üzərinə qurulan müəssisələr hər tərəfdə
yıxılmağa məhkumdurlar" diyor və "Azərbaycanlı
qardaşlara" xitabla "Siz intiqamınızı
unutmayınız, zamanı gələcək hürriyət,
hakimiyət sizin olacaqdır" deyə nitqini alqışlar
arasında bitiriyor.
Şimali
Qafqasiya naminə Səid Şamil Bəyin təbriki
Fazil Bəyi
mütəaqib söz Şimali Qafqasiya naminə Səid
Şamil Bəyə veriliyor: Şamil Bəy, qısa fəqət
məczub (cəzb edici) nitqində Azərbaycan istiqlal
gününü Şimali Qafqasiyalılar naminə təbrik və
əz-cümlə diyor ki: "Azərbaycanın səadəti
bizim səadətimiz, Azərbaycanın fəlakəti bizim fəlakətimizdir.
Yaşasın Azərbaycan istiqlalı".
Səid Bəyin hərarətlə söylənən
bu sözü salonun gurultulu alqışları ilə
qarşılanıyor.
Mdivani
Əfəndinin nitqi
Bədə xəstə olduğundan ictimaya gələmiyən
Semyon Mdivani Əfəndinin, Əmin Bəyə xitabən
göndərdiyi məktubun məali (yüksək fikirlər)
Rəis Bəy tərəfindən haziruna ərz olunur. Mdivani yazır ki:
"Qripdən xəstə olaraq yataqda bulunduğumdan bu
günkü ictimaya gələ bilmədim. Bəlkə də
kəndimi zorlar, xəstə hal ilə olsa da gələrdim.
Fəqət düşündüm kəndimi
Bakıda 28 May istiqlal mərasimində hazır bulunmaq
zövqündən məhrum qılmaq təhlükəsinə
məruz buraxmamaq üçün buna cəsarət etmədim.
Azərbaycanın mücadiləsi Gürcüstanın
mücadiləsidir. Bu iki millət Rusya istilasına
qarşı mücadilələri sayəsində yekdigəri
ilə daha ziyadə birləşmiş, yekvücud bir hala gəlmişlərdir.
Qafqasiya millətlərinin daha ziyadə ittihad və
səmimiyətlə müştərək mücadilə
uğrunda birləşdikləri şu sırada qardaş Azərbaycan
millətini elani istiqlal günü münasibətilə təbrik
etmək mənə ayrıca bir zövq və nəşə
verməkdədir. Gürcü şairi
Akaki Tseretelinin sözlərini xatırlayıram. Şair
deyir ki:
"Birlik sizi taxta, ayrılıq da tabuta
götürür!"
Yaşasın
Azərbaycan Cümhuriyəti, Yaşasın müttəhid
Qafqasiya Konfederasyonu!
Müsyo Mdivaninin məktubu şiddətli
alqışlarla qarşılanıyor.
Türkistan
Müməssili Osman Bəyin nitqi
Bədə (sonra) söz Türkistan müməssili Osman
Bəyə veriliyor. Osman Bəy böyük türk filosofu Əbu Əli
Sinanın adəm haqqındakı nəzəriyəsini nəql
ilə, təbiətdə adəm degil, yalnız qeybubətin
var olduğunu iləri sürərək müvəqqəti
bir zaman üçün infisalə (süquta) uğrayan digər
təbirlə "qeyb" olan Azərbaycan istiqlalının
təkrar bulunacağına qane olduğunu bəyan ediyor. Fəqət
bu məsud hadisənin bir an əvvəl
hülulunu təmin üçün Osman Bəy, Azərbaycan
mühitində və ədəbiyatında qeyd və təsbid
etdigi mücadilənin bütün qüvvət və ciddiyətlə
davamını arzu ediyor. Bu mücadilənin ən
böyük şüarı isə rusluqla mücadilə və
rus kulturunun müəzzəm bir qüvvət olduğu
haqqındakı müzurr zehniyətlə mübarizə
olmalıdır. Bunun üçün də
"Məhv olsun Rusya, bitsin rusluğu əzəm edən
zehniyyət" (Alqışlar).
Kazanlı
Abdullah Seyid Battal Bəyin nitqi
Osman Bəydən sonra söz Kazanlı Abdullah Seyid Battal
Bəyə veriliyor. Battal Bəy hürriyət və istiqlalın ancaq
mücadilə ilə iqtisab ediləcəgi tezisini iləri
sürüyor və bu tezisini tənvir üçün
Rusyadan ayrılıq səadətinə nail olan Baltik sahilindəki
millətlər ilə Lehistanın mücadilə tarixlərindən
misallar zikr ediyor və nəticədə gərək daxildə
və gərək xaricdə bu mücadilə ruh və taxtigi
ilə istiqlal yolunun yolçusu olan qardaş azərbaycanlıların
mühəqqəq zəfərə namizəd
olduqlarını təbşir ilə, 28 Mayıs istiqlal gününü
Kazan məfkurəçiligi naminə təbrik ediyor. Bu təbrik alqışlarla qarşılanıyor.
İstanbul
Darülfünunu Tibb Fakültəsindən Nicati Ziya Bəyin
xitabəsi
Battal Bəydən sonra söz İstanbul Tibb Fakültəsindən
Nicati Ziya Bəyə veriliyor.
Bu gün aramızda ən qüvvətli bağlardan biri
olan 28 Mayıs, bizi yenə hərarətilə burada
topladı, birləşdirdi. 4 milyon Türkün
qurtuluşunun və tarixdə ilk Türk Cümhuriyətinin
ifadəsi olan 28 Mayıs şübhəsiz bütün
Türklər kibi bizim üçün də bir böyük
bayramdır. Fəqət doğduğu, həyat
bulduğu yerdə, Bakıda təsid edəmədigimiz
üçün həzin bir bayram.
Sevinclə acının hüdudları bir-birinə
qarışmış olan böylə nazik bir dəqiqədə
bir-birinə dünyadakı hislərin ən nəcibi ilə,
milliyət hissiylə bağlanmış olan bizlər bu salon
içində bir kərə daha müştərək
sevgimizi təkrarlaya biliriz.
Əngin Türk tarixinə baxdığımız zaman ən
böyük ən ilahi məfaxirlə (iftixarlarla) bərabər
həzin bir həqiqət görüyoruz. Dünyanın
mühüm bir qisminə yayılmış olan Türk milləti
müxtəlif qollar halında müxtəlif diyarlarda
ayrı-ayrı tarixlər yaratmışdır. Kəndinə müştərək və yekparə
bir tarix yolu cızmamışdır.
Azərbaycan
Türklügünün bu həzin bayramında Bakının
öz qardaşı İstanbulda, əllərimizi, qəlblərimizi
bir-birinə verərkən biz gənclər, Anadoluya, Azərbaycana,
Türkistana, Çin Türkistanına yayılmış olan
böyük Türk millətinin ən böyük
qurtuluşunu müjdələyən məfkurəyi
bütün həyəcanımızla təyid etmək
istiyoruz. Bu gün Anadolu müstəsna olmaq
üzərə bəlli-başlı türk diyarları əsirdir.
Onün üçün acımız dinməmişdir.
Vüslat (vüsal) anına daha çox
uzağız.
Fəqət
28 Mayısda, bu bayram günündə bizdə doğan bir məfkurənin
duyğuları ilə, iştiyaqları ilə ən
böyük bayramı yapa biliriz. Bu gün
Anadolunun məktəblərindəki çocuqlar Oğuz Xandan
həyat bulduqlarını öyrəniyorlar. Bakıda
"Çeka"nın inlətdigi, qəhr
etdigi gənclər Oğuz Xanın təhəqqüq etdirdigi
böyük qurtuluşun istiqbalda da həqiqət
olacağına iman ediyorlar. Asiya
bozqırlarında sürülərini sövq edən
çobanlar kitabsız, qələmsiz Oğuz Xan
dastanını dildən-dilə nəql ediyorlar. Çin Türkistanındakı millət
çocuqları Ergenekondan sonra kəndilərinin mənsub
olduqları Türk millətinin hər bucağa
yayıldıqlarını biliyorlar, uzaq diyarlardakı
qardaşlarının Bakının, İstanbulun həsrətini
duyuyorlar.
Bügünkü qazancımız cüzidir. Türk millətinin
ən böyük qurtuluşu bu böyük məfkurənin
bizdə tövlid etdiyi (vücuda gətirdiyi) fədakarlıqların,
cəhətlərin, həsrətlərin bir şah əsəri
olaraq doğacaqdır.
Qəlblərimizin
hərəmində (möhtərəm yerində) yaşayan bu
canlı məfkurəyə rəğmən biliyoruz: Türk
diyarları bu gün bir-birinə əllərini uzatamıyor. Anadolu Azərbaycana, Azərbaycan Anadoluya rəsmi
lisanları ilə "qardaşım, canım" deyəmiyorlar,
bir-birinə sarılmıyorlar.
28
Mayısda təkrar etməliyiz ki: bu bizi məyus etməsin. Bunlar için-için bir-biri uğruna
öldükləri halda, sevgilərini tökəməyən
qəlblərində düyümləyən sevgililərə
bənzərlər. Dünyanın ən
böyük eşqlərinə baxalım. Hankısı böylə degildir? Leyli ilə Məcnunda bunu görmüyormuyuz? Aradakı münafiqlərin (riyakarların), həsudların
(həsəd aparanların) və zalım hadisələrin təsiri
ilə böyük eşqlərdə görüyoruz ki
sevgililər bir-birindən qaçarlar, eyni yerdə bulunmaq istəməzlər,
hətta bir-birindən nifrət etdiklərini söylərlər.
Kim deyə bilir ki bunlar bir-birlərini sevmiyor.
Ey istiqlal gününü həzin bir matəm içində
yaşayan sevgili Azərbaycan, sən və Anadolu böylə
sevgililərsiniz. Türkə yaraşan böylə
böyük və dərin bir eşqdir. Şübhəsiz
vüslat da (vüsal da) qaçmalar, həsrətlər,
acılar nisbətində dərin və candan olacaqdır.
Sevgili Azərbaycan,
inan ki həyatın bütün çətinliklərinə
rəğmən hala sənin qurtuluşuna və böyük
ideala inanan və bu uğurda can vermək
yövmününü edən gənclər var. İstiqbala
sevgilinin başına yapılan böyük yəmin ilə
gediyoruz və yarın 28 Mayıs kibi ən böyük
qurtuluşun həqiqət olacağına inanıyoruz.
Müztərib
istiqlal günü, müztərib (həyəcanlanmış)
Azərbaycan, müztərib Türk diyarları böyük
Türk məfkurəsi üçün yüksək Azərbaycan
şairi Füzulinin lisanı ilə yövmin ediyoruz:
Verməyən
canın sana bulmaz həyati-cavidan
Zindeyi-cavid
ona derlər ki, qurbandır sana...
Nicati Bəyin
xitabəsi hərarətlə alqışlanıyor!..
Əhməd
Şəkuri Bəyin nitqi
Bədə Türkistanlı tələbədən
Əhməd Şəkuri Bəy söz söylüyor. Şəkuri Bəy, biri
Çarizm, digəri də komunizm dövrünə aid iki
tarixi vaqei anladaraq bu vaqeələrdə Türkistanı idarəyə
qalxışan rusların nə kibi karikatur bir vəziyətdə
olduqlarını təsvir etdikdən sonra bu süni vəziyətin
bərdəvam olamayacağını və bu
"Karikatur" idarənin behəmhal çökəcəyini
təbşir ilə Azərbaycan istiqlalını təbrik
ediyor. Hazirun Şəkuri Bəyin bu nüqtəli
(incə) nitqini alqışlarla qarşılıyor.
Azəri
Gənclər Birliyinin səsi
Bundan sonra söz Azəri Gənclər Birliyi rəisi Məhəmməd
Sadıq Bəyə verilir. Məhəmməd Sadıq Bəy,
Azərbaycan gəncliyinin hürriyət və istiqlal
mücadiləsindəki rolunu təsvir ilə "Biz
böyük günün şərəfini qurtarmaq
üçün yapdığımız əhdi
qanımızla imzaladıq. Bu gənclik
üçün "ölmək var, fəqət istiqlal
yolundan dönmək yoxdur" demiş və həyəcanlı
nitqini alqışlar arasında bitirmişdir.
Mərasimin
xitamı
Nəhayət,
Əmin Bəy qiyam edərək (ayağa qalxaraq)
"İctimamıza nihayət vermədən və bu gün
münasibətilə hüzurları ilə bizi şərəfləndirən
möhtərəm müsafirlərə təşəkkür
etmədən əvvəl təsid etdigimiz böyük hərəkat
naminə kəndilərinə medyuni-şükran olduğumuz əziz
vücudları xatırlatmaq zəruriyətindəyiz" dedi
və əlbətdə Azərbaycan istiqlal yolunda fədayi-can
edən müəzzəz şəhidlərdən bəhs edəcəyini
təxmin ediyorsunuz" deyə haziruni qiyama dəvət etdi.
Tək
bir adam kibi qiyam edən salon bir qaç dəqiqəsini
huşu içində keçirdikdən sonra, Əmin Bəy,
türkiyəli qardaşlara, Qafqasiyalı qonşulara,
türkistanlı və Kazanlı arqadaşlara təşəkkür
və imtinanı mütəzəmmin cümlələr ilə
müqabilədə bulunaraq "Yeni Qafqasiya" heyəti-təhririyəsi
naminə məclisi təşrifləri ilə təzyin edən
bütün müsafirlərə ərzi-təşəkkür
ilə sürəkli alqışlar arasında mərasimə
xitam vermişdir.
Bu sırada azərbaycanlı tələbədən Nəzihə
Qasım Xanım "Bayrağıma" mənzuməsini
inşad ilə alqışlanmışdır.
Bundan
sonra "Tar" çalınaraq müxtəlif Azərbaycan
nəğmələri tərənnüm edilmiş və gənclər
xanım, ərkək ta son saatlara qədər əylənmişlərdir.
Müsafirlərə çay verilmiş və pastalarla
ikram edilmişdir.
İdarəxanəmizə
Gələn Təbrik Teleqrafları
Parisdən
teleqraflar: Bu tarixi gündə sizləri təbrik edəriz. İstiqlal mücadiləmizə, zəfər
imanımız qəvidir. İstiqbal vəhdəti-milliyyənindir.
Heyəti-Mürəxxəsə
Əziz gündə ruhum sizlərlə vətəndədir.
Mustafa
Almaniyadan
teleqraf: Sevgili vətənimizin 28 Mayıs istiqlal günü
münasibətilə mücahid arqadaşları atəşin
salamlarla təbrik ediriz.
Almaniyada
Azərbaycan
İstiqlal
Komitəsi
Tehrandan
teleqraf: İstiqlal günü münasibətilə ərzi-təbrik
edəriz.
Dəmirçi
oğlu
Təbrizdən
teleqraf: Yaşasın 28 Mayıs İstiqlal günü!
Yafəs
Vyanadan
teleqraf: Azəri istiqlal günümüzü təbrik edirəm.
İsmayıl
Zonquldaqdan
teleqraf: Azəri Türklərinin yövmi istiqlalını təbrik
edəriz. Böyük bayramımızı bərabər
keçirmədiyimizə mütəəssiriz, hörmətlər!
Böyük
və Çingiz
"Yeni
Qafqasiya", 18 Həziran 1927, ¹18 (87)
DÖRD
ŞƏHİD ARQADAŞI DÜŞÜNÜRKƏN!
Dörd əziz sima, dörd əziz şəhid, dörd
qəhrəman məfkurəçi daha əbədiyət
yolçularına qarışdı. Əlimdə qələm,
başımı sarsan ələm ildırımları
içində titriyoram. Gözümün
önünə artıq dünyadan çəkilmiş bulunan
şəhid alayları gəliyor. Həpsinin
alınlarında ilahi bir nur, həpsinin gözlərində
istiqlal qayəsinin uğrunda can verdikləri milli əməlin
günəşləri parlıyor. Dörd əziz
şəhid, dörd əziz sima, dörd qəhrəman məfkurəçi
də şimdi o alayların səfləri arasındadır.
Vətənin bu dörd çocuğu mənim həyatımda
nə müstəsna bir mövqeyə sahib idilər. Onların
ziyayı ilə anasını, qardaşını qeyb eyləyən
bir yetimdən daha fəna vəziyətə uğradım.
Qəlbimdə dalğalanan ələm
qasırğasına güclüklə müqavimət ediyor,
kəndi kəndimə ümid və təsəlli verməyə
uğraşıyoram.
Ruhumun əsrarlı bir köşəsində xatifi bir səs hayqırıyor: "Sən dörd arqadaşının şəhadəti qarşısında həddindən fəzlə təsirə qapılıyorsan, bu təsirin onların əziz ruhlarına bir həqarət olmuyormu? Bundan başqa sənin ürəyin yalnız dörd arqadaşının ələmiyləmi çarpacaq? Ən böyük Ana, sevimli müqəddəs Azərbaycanın deyilmi? Və hər azərbaycanlı çocuq öz qardaşın sayılmazmı?"
İçimdə coşan üsyan nəhri, mövcudiyətmi başdan başa istila ediyor. Gözlərimdən axan yaşları durdurmağa çabalıyoram. Ruhumun əsrarlı guşəsindən yüksələn fəryada cavab veriyoram:
"Xayır, mənim göz yaşlarım mənim iztirablarım bu dörd şəhidin arxasından axmıyor. Bu şəhidlər həyatımın ən yaxın və ən səmimi rüknlərindəndir (istinadgahlarıdırlar). Mən onların əbədiyətə qarışmalarını intac (nəticə) eyləyən fəlakət müvacehəsində (üzbəüz dayanmasında) bütün Azərbaycanı, yekparə Azərbaycanı düşündüm. Bu yekparə Azərbaycanın halası naminə tökülən qanları, əriyən qəhrəman bədənlərini xatırladım. Və dörd şəhidin sevgili dostlarımdan olması dəhrin (zamanın) vəlvələlərində boğulan diqqətimi təkrar gərginləşdirdi və ona bir an belə tərk eyləmədigimiz hədəfi göstərdi".
Əvət, bu gün heç kimsə fərdlərin müqəddəratına heyflənmək haqqını haiz bulunamaz. Bu gün müqəddəratı mövzui-bəhs olan fərdlər degil, qosqoca bir cəmiyət tarixi ilə, ənənələri ilə, hal və istiqbalı ilə Azərbaycan, məsum, məzlum Azərbaycandır.
Oh sevgili ölkə, müəzzəz ölkə, müqəddəs ölkə. Sənin məğrur dağlarına, ilahi səmalarına qanadlarını gərən bayquş, hala qəhredici bir zərbə ilə yuvarlanmadımı! Quzğun dənizin mavi sularını ləkələyən şimal heyulasının (əcaibinin) yerin dibinə gedəcəyi mövud an gəlmədimi?
İçimdən, ruhumun əsrarlı guşəsindən yüksələn səs mənə cavab veriyor. Bu səs yenə məndən çıxıyor və yenə mənə cavab veriyor. Bu səsin hüviyətini təşxisə çalışıyor və müvəffəq oluyoram. Anlıyoram ki, o fərdimin degil fərdiyətimi müqəddəs ümmanına çəkən, xudbinliyimi öldürən, məfkurəmin atəşin xitabıdır. Bu atəşin məfkurə kəndisi uğrunda daha çox qurbanlar gedəcəgini, qiymətinin tanınmasını və iləridə çox qısqanclıqla müdafiə edilməsi üçün daha pək çox əziz vücudlardan ayrılmamız icab eyləyəcəgini ixtar ediyor.
"Milli ruhlar fəlakətlərin verdigi dərslərdən doğar, qüvvətlənir və böyüyür. Aranızdan əksilənlərə öldü deməyiniz. Onlar ülvi bir həyat ilə yaşamaqdadırlar. Onlar vətənin mənəvi vəhdətinə qarışdılar. Onlar sizin mövcudiyətinizə daxil oldular. Və bizzat sizin mənsub olduğunuz kütləyi təşkil etdilər. Onlar fani kölgələrini həqiqi əsillərilə dəyişdilər və böyləcə milliyyətlərinin sirri-əbədiyətinə yetişdilər. Kim bu sirri-əbədiyətə yetişməgə cəhd edərsə bəxtiyardır və həqiqi həyatı bulacaqdır. Kim ondan uzaqlaşırsa şübhənin, yasın əziyətli pəncəsinə düşəcək və xüsran (yanılma, ziyan) içində qıvranacaqdır".
Bu xitab mənə nə nihayətsiz bir sükun təmin ediyor...
Mən onun tunc ahəngini dinlədikdən sonra istiqbala imanla baxıyor və bu imanla hayqırıyoram:
Vətənin səlaməti naminə can verənlər hakimiyətdə ölmədilər. Onlar sevgili Azərbaycanın mənəvi varlığında yaşayacaqlardır. O halda yaşasın Azərbaycan!
Kamal
"Yeni Qafqasiya", 15 təşrini-əvvəl 1927, ¹2 (95)
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2019.- 27 aprel.-
S.20-21.