Maral
Poladovanın “Ziyalı sözü”
kitabı işıq üzü görüb
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş mütəxəsisi Maral Poladovanın
“Ziyalı sözü” kitabı çap olunub.
Ədəbiyyat
İnstitutunun “Filologiya və sənətşünaslıq”,
eləcə də “Müqayisəli ədəbiyyatşünaslıq”
elmi jurnallarının məsul redaktoru olan Maral Poladovanın
bu kitabında 2004-2018-ci illərdə çap olunmuş məqalə
və müsahibələri toplanıb.
Kitabın
ön sözünün müəllifi AYB-nin katibi, 525-ci qəzetin
baş redaktoru Rəşad Məcid, redaktoru isə filologiya
üzrə fəlsəfə doktoru Töhfə
Talıbovadır. 1984-cü
ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral Poladovanın 334 səhifədən ibarət
olan bu kitabı
“Elm və təhsil” nəşriyyatında işıq
üzü görüb.
Kitab “Yazdıqlarım”, “Həmsöhbətlərimin
dedikləri”, “Elm və
həyat”ın tarixindən
səhifələr”, “Yazılanlar”,
“Mükafatlar və Fotoyaddaş” bölmələrindən
ibarətdir. Ümumilikdə
nəşrdə müəllifin
“Elm və həyat” jurnalı, “525-ci qəzet”,
“Ədəbiyyat qəzeti”,
“Ədalət”, “Respublika”
və “Elm” qəzetlərində
dərc olunmuş yazıları yer alıb.
Kitabdakı yazılar professor Şirməmməd
Hüseynov, akademik İsa Həbibbəyli,
AMEA-nın müxbir üzvləri Məşədixanım
Nemət və Fəzilə Səmədova,
professor Cahangir Qəhrəmanov,
jurnalist Ülkər Hüseynova, filologiya elmləri doktoru Aida Feyzullayeva, publisit-şair Rəşad Məcid kimi ziyalıların fəaliyyət sferasını
işıqlandırır.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 2 avqust. S. 6.