"Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalının növbəti sayı çap
olunub
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
"Müqayisəli ədəbiyyatşünaslıq"
Beynəlxalq elmi jurnalının 2019-cu ildə
birinci sayı nəşr olunub.
Jurnal uzun müddət "Ədəbi
əlaqələr" adı
ilə fəaliyyət
göstərib. AMEA Rəyasət
Heyətinin jurnalların
təkmilləşdirilməsi haqqında qərarından
sonra komparativistika istiqmətində ixtisaslaşan
jurnalın adı dəyişdirilərək "Müqayisəli ədəbiyyatşünaslıq"
adlandırılıb. Çingiz Aytmatovun 90 illiyinə həsr olunmuş Xüsusi buraxılış
2018-ci ildə bu adda çap olunub.
"Müqayisəli ədəbiyyatşünaslıq"
jurnalı Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyi Mətbu nəşrlərin reyestrinə
daxil edilib və Beynəlxalq ISSN kodu alınıb. Jurnalın
clsjournal.literature.az elektron variantı
yaradılıb və
tezliklə istifadəyə
veriləcək.
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat institutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə çap olunan jurnalın bu sayında Dünya ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ilə qarşılıqlı müqayisəli təhlillərin yer aldığı elmi məqalələr işıq üzü görüb.
"Müqayisəli ədəbiyyatşünaslıq" Beynəlxalq elmi jurnalının baş redaktoru, akademik İsa Həbibbəylidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.
Jurnalın redaksiya heyətinə Azərbaycan, Türkiyə, Rusiya, Çin, Cənubi Koreya, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 7 avqust.- S.7.