"Saatın 61-ci dəqiqəsi" çatanda...
Hər bir bədii mətn, yazı addan başlanır. Ad başlanğıcdan
nəsə, nəyisə
oxucuya diqtə edirsə, elə təlqin olunan hadisələrin burulğanında
və axarında da onun hikmətini,
məzmununu arayıb-axtarırsan.
Artıq
imzası əbədi
mühitdə tanınmış
Qafar Cəfərlinin növbəti kitabı -
"Saatın 61-ci dəqiqəsi"
adlanır.
"Saatın 61-ci dəqiqəsi"
hekayəsi Qarabağ müharibəsinin doğurduğu
ağrılardan bəhs
edir.
Hekayə
müharibədə insanlıq
naminə çaya düşən dörd yaşlı erməni uşağını xilas
edərkən həyatını
təhlükə altında
qoyan, sonra ayağının bud nahiyyəsindən
yaralanan Hünərin
çəkdiyi ağrı-acıların
təsviri ilə başlayır: "Bu gün
canı bərk ağrayırdı. Can deyəndə
ki, bütün bədəni sızıldayırdı,
amma ürək sancıları onu tamam əldən salmışdı. Üstəlik də son günlərdə
kəllə-çarxa qalxan
təzyiqi nə şəkəri nəinki
aşağı düşmək
fikrində deyildi, heç dərmana da tabe olmurdu".
Dünyada hər şeydən
uca bir prinsip
var: İnsan humanizmi prinsipi. Müəllif qonşuluq münasibətlərimizi,
ermənilərin silsilə
xəyanətlərini, müharibənin
gətirdiyi müsibətləri
bilə-bilə sanki müvəqqəti yaddan çıxarır. Qubadlıda Həkəri
çayının üstündən
qışın şaxtalı-sazaqlı
günlərinin birindən
keçərkən sürüşüb
çaya yıxılan
balaca körpə uşaq. Doğrudur, heç Hünər
də onun hansı millətə mənsubluğunu təyin
edə bilmir. Azərbaycanlıdırmı, ermənidirmi? Dilemma qarşısında qalan cavan könüllü
əsgər dözə
bilmir, avtomatların şaqqıltısı altında
irəli cumur, buzlu suyun burulğanından
körpəni çəkib
çıxarır, erməni
qadınına verir.
Ən nəhayətdə məlum
hadisə baş verir, elə əks tərəfin açdığı atəş
nəticəsində ağır
bədən xəsarəti
alır, şikəst
olur, ayağı kəsilir.
"Saatın 61-ci dəqiqəsi"
qeyri-realdır və hamıya məlum olduğu kimi, saat məhz altmış dəqiqədən
ibarətdir.
Saatın 61-ci dəqiqəsi ölüm
deməkdir, arzularına
yetməyən, vətənin
səsinə uzaq Rusiyadan hey verən, çağırışına gələn bir namuslu-qeyrətli övladımızın
əzab-əziyyətdən sonrakı ömrünün
qırılma anıdır. Axı
o, qonşu ölkədə
sevimli Leylasıyla qalıb xoşbəxt ola bilərdi.
Onun müharibədə
olub-olmadığından kim xəbər tutacaqdı ki? Yazıçı adi, sadə
epizodlarla böyük-böyük
mətləbləri açır,
sonda istəyinə yetir, ümumiləşdirmə
aparır, maraqlı nəsr əsəri ortaya qoyur.
Kitabın içindəkiləri varaqlayırsan,
görürsən, hekayə
və novella janrında
qələmə alınan
bədii nümunələrin
adları da təzə-tər təsir
bağışlayır, mənanın
bütünlüklə ifadəsinə
xidmət edirlər. Bu cür seçimin özü Qafarın yazıçı peşəkarlığından
xəbər verir.
Bu baxımdan "Qəbir yeri" hekayəsinin hikmət siqləti, məna yükü daha böyükdür və dərindir. Nə gizlədək, şəhərlərdə
sıx surətdə yaşayan əhali ölüsünü basdırmaq
üçün məcburən
məmur qapısı
döyür. Halbuki bu
ağır sosial problemi asanlıqla yoluna qoymaq mümkündür.
Ortaya atılan dəllallar, bəzi bələdiyyə əməkdaşları
"ölüm haqdır,
hamı bu körpünü keçəcək",
Allah qanununu pozur, qəbir yerlərini od qiymətinə
satırlar. Fərqi yoxdur şəhərdir,
yoxsa kənd. Müəllif haray çəkir,
etiraz edir. İnsanı
insanlığa çağırır.
Ancaq qısa müddətdə hardasa pullanan, uşaq vaxtı bəd əməllərinə görə
"Düdük Musa" ləqəbini
qazanan, Bəyləroba
kəndində (şərti
addır) az
sonra nüfuza minən bu harın
şəxs "burda mənəm, Bağdadda kor xəlifə" deyib durur, oğlu
ölüm ayağında
olan Məxmər arvada qəbir yeri vermək istəmir, onu peşman qaytarır. Düzdür,
müəllif təkiyəsiylə
el qınağıyla axırda
Musanı sındırır,
Allahsız hərəkətlərinə
görə o, cəzasını
alır, avtoqəzaya uğrayır və şikəst olur. Necə deyərlər, "it də
gedir, ip də", sonrakı peşmançılıq isə
fayda vermir. Müqəddəs kitabların
birində deyilir:
"İnsanlıq ilk öncə
tək bir ümmət olub. Zaman keçdikcə alimlərin
Rəbbi insanlar arasında baş verən ixtilafları aradan qaldırmaq üçün peyğəmbərlər
göndərdi ki, özbaşınalıq olmasın".
Yazıçının "Namus yarası" adlı dedektiv povesti təsdiq edir ki, öz
zəmanələrində Allahın
elçiləri bəşər
övladını nə
qədər doğru yola yönəltsələr
də, hansısa şeytani şər qüvvə daim onu aldadır, azdırır, qeyri-insani şeylərə sövq edir. İnsan doğulandan günahdan,
səhvdən xali olmur və bəzən
həyatda elə hadisələr baş verir ki, cinayət
aləminin özünü
də şoka salır.
Povestdə adı çəkilən
Əli Zaminli ölkənin iri aran rayonlarının birində polis rəisinin müavini vəzifəsində
çalışır, yüksək
çinli zabitdir. Hər gün
onlarla hadisəylə
üzləşən bu
qanun keşikçisi
çalışdığı ərazidə ədalətin
carçısı olmağı
ilə ad çıxarıb.
O, qəsddən cinayət
törədənlə nə
qədər barışmazdırsa,
təsadüfi hadisənin
məcburi qurbanına
çevrilmiş şəxsə
qarşı münasibətdə
nisbətən loyaldır,
yumşaqdır. Qanun isə
hamı üçün
qanundur. Rafiq adlı
varlı məişət
pozğununun halal bir ailənin namusunu tapdalaması əsərin ana xəttidir. Bütün bu faciələrin
fonunda həmin kasıb ailənin böyük qızı zəhmətkeş Xəyalə
bacısı Şəfiqənin
hamiləliyinə dözməyərək,
onu boğub öldürür. Xəyalə
tutulur və 12 il həbsxana
həyatı keçirir.
Ancaq tutulmamışdan öncə
əli Rafiqdən qisas almağa çatır. Gecəykən tək yaşayan qonşunun evinə gələn, onu sorğu-suala tutmaq istəyərkən Rafiqin
nalayiq söyüşlərini
eşidən qız daha dözə bilmir. Rafiqin sərxoşluğundan istifadə edib gurhagurla yanan qazı söndürür,
sonra qazı qonşunun yataq otağında açıq
saxlayıb, evini tərk edir. Yalnız həbsxanada Xəyalə eşidir ki, Allah bu kafirin cəzasını
verib, o, evə qaz sızmasından boğulub.
Xəyalə əslində, qisasçı
deyil, hər cür məhrumiyyətlərə
sinə gərən qüdrətli Azərbaycan
qadınının bədii
obrazıdır. Ölümə dözür, türmə
işgəncəsinə dözür,
namus ləkəsinə
dözmür, nə cür olursa olsun, hansı yollasa, bu ləkəni
ailəsinin üstündən
götürmək istəyir.
Baxanda, yurdu talanıb, viran qalıb, xəstə atası Kərim Ağayevin evi naməlum səbəbdən yanğından
dağılıb, o, içində
xəsarət alıb
dünyasını dəyişib.
İki bacısının
bəlli ağrılı
taleyi bir yana, qardaşı
Sahib müəmmalı surətdə
Rusiyanın hansı şəhərindəsə, nə
səbəbdənsə, qətlə
yetirilib, öldürülüb.
Özünün ərə getməyə
macalı olmayıb, qız qarıyıb, bütün arzuları puç olub. Ailənin bu faciəvi taleyinə Xəyalənin
də amansız taleyi qovuşur. Rəis Zaminlinin yanında bütün günahlarını
etiraf edəndən sonra boğub öldürdüyü bacısı
Şəfiqənin qəbri
üstündə canını
tapşırır.
Qafar Cəfərli
"Xəyanət" povestini
də ailə-məişət
mövzusunda yazıb. Əsər sanki
bütöv bir ailə dramıdır.
Kriminal aləmə
bələdçiliyi, obrazlarının
görünməyən kölgəli
tərəflərinin önə
çəkilməsi burda
da ustalıqla işlənib.
Mən Qafar Cəfərlinin hekayə,
novella və povestlərini
birnəfəsə oxudum. Mübaliğəsiz deyirəm, bu əsərlərdə həyatın
cizgiləri və rəngləri var. Bütövlükdə
isə yaşadığımız
külli-aləm, dünya
var. Ona görə, bu bədii nümunələri
oxumağa dəyər
və onlar həmişə aktuallığını
saxlayır.
Ağacəfər HƏSƏNLİ
525-ci qəzet.- 2019.- 10 avqust.- S.14.