Milli maraqların müdafiəsində

 

 Əhməd bəy Ağaoğlu-150

 

 

 

Əhməd bəy Ağayev (Ağaoğlu) "Kaspi" qəzetinin səhifələrində yalnız mənsub olduğu Azərbaycan türklərinin deyil, çar Rusiyasında yaşayan qeyri-rus xalqların, ilk növbədə isə dini fərqlər baxımından daha çox sıxışdırılan, milli zülmə uğrayan türk-müsəlman əhalinin maraq mənafelərini ardıcıl müdafiə edirdi.

 

Belə məqalələrdən biri  aşağıda rus dilindən tərcümədə "525-ci qəzet"in oxucularına təqdim olunur. Məqalə müəllifin ictimai-siyasi baxışlarını rəsmi ideologiyaya müxalif mövqeyini qiymətləndirmək baxımından diqqətəlayiqdir.

"Kaspi"nin 8 noyabr 1903-cü il tarixli 241-ci sayında dərc edilən "Raskolnikovlar Kərəmlər" məqaləsinin maraqlı yazılma tarixçəsi vardı.

Peterburqda velikorus şovinisti A.S.Suvorinin (1834-1912) naşirliyi redaktəsi altında çıxan ifrat sağçı qaragüruhçu "Novoe vremya" qəzetində tez-tez "inorodetslərə" - yad soylulara, özəlliklə Qafqaz Orta Asiya müsəlmanlarına qarşı çevrilmiş aşağılayıcı yazılar yer alırdı. Rusiya imperiyasının təbəələri sayılmalarına baxmayaraq, qəzet onları açıq şəkildə ikinci dərəcəli vətəndaşlar kimi təqdim etməkdən çəkinmirdi. Hökuməti qeyri-rus əhali arasında təhsil şəbəkəsini genişləndirməyə, yeni məktəblər, universitetlər açmağa, mədəniyyət yaymağa, yerli xalqları öz milli dəyərlərinin həqiqi sahiblərinə çevirməyə çağırmaq əvəzinə "Novoe vremya"  əksinə, hakimiyyətə öz vətəndaşların daha mürtəce üsul vasitələrlə  əzməyin, hüquqsuz vəziyyətə salmağın yollarını göstərirdi.

"Novoe vremya" ardıcıl şəkildə müsəlman Qafqazı böyük bir cinayətkar yuvası, qaçaq-quldur məskəni kimi qələmə verirdi. Baş redaktor A.S.Suvorin bu fikrin rus insanının beyninə yeridilməsi, cəmiyyətdə həyəcan narahatlıq toxumu səpməsi, nifrət əhval-ruhiyyəsi doğurması naminə xüsusi canfəşanlıq edirdi.

Bu məsələ ilə bağlı Əhməd bəy Ağayev "Kaspi" səhifələrində ilk dəfə 1903-cü ilin başlanğıcında kəskin polemika açmışdı. Qəzetin 19 yanvar 1903-cü il tarixli 16-cı sayında dərc etdirdiyi "Bizim diyarımız cinayətkar yuvasıdırmı?" məqaləsində cinayətkarı milli dini mənsubluğa görə müəyyən etməyi bu ciddi hüquqi-sosial bəlaya cinayətkarcasına yanaşma örnəyi adlandırırdı.

Eyni mövzunun davamı kimi düşünülmüş "Raskolnikovlar Kərəmlər" adlı məqalədə isə Əhməd bəy rus Azərbaycan mühitinin iki ümumiləşdirilmiş cinayətkar obrazını - F.M.Dostoyevskinin məşhur "Cinayət cəza" romanından tanıdığımız qatil Raskolnikovla məşhur "namus qaçağı" Qaçaq Kərəmi müqayisə edir, onları cinayət yoluna sövq edən motivləri araşdırırdı. Yeri gəlmişkən, məqalənin çap olunduğu dövrdə Qaçaq Kərəm Rusiyada da kifayət qədər populyar idi. Onun haqda yeni rus ədəbiyyatının ulduzu sayılan Maksim Qorki yazmışdı...

Əhməd bəy Azərbaycandakı Qaçaq Kərəm tipli hökumətə qarşı  çıxan, yeganə günahı  öz namus şərəfini qorumaq olan cinayətkarları cəngavər sayır, onları acgözlük tamah ucundan cinayətə yuvarlanan Raskolnikovlardan üstün tutur, hətta müəyyən mənada cəmiyyətin sanitarları sayırdı.

Yeni polemikanın açılmasına Suvorinin öz qəzetində dərc etdiyi bir məqalə səbəb olmuşdu. Həmin yazıda müəllif Qafqazın müsəlman əhalisini "tərbiyə etmək", onlar arasında cinayətkarlıq hallarının qarşısını almaq üçün yerli gənclərin hərbi mükəlləfiyyətə cəlb edilməsini vacib sayırdı. Həm "inorodetslərə" münasibətdə ordu vətənin müdafiəsində dayanmaq kimi yüksək amala xidmət edən  məktəb deyil, Arakçeyev prinsiplərinə əsaslanan cəza düşərgəsi kimi təsəvvür olunurdu. Yəni bir qədər kobud desək, bu orduda müsəlmanları "döyə-döyə adam eləmək", onların canından cinayətə, qaçaq-quldurluğa olan meyli çıxarmaq  metodu əsas tutulurdu. Bu məqamda  Əhməd bəy haqlı olaraq istehza ilə soruşurdu ki, bəs elə isə əcəb qaragüruhçular ordunu Rusiya həbsxanalarındakı saysız-hesabsız cinayətkarlardan, oğru əyyaşlardan formalaşdırmırlar. Çünki müsəlmanlara tətbiq etmək istədikləri tərbiyə üsulları ilə onları da doğru yola gətirmək olardı...

Əhməd bəy Ağayev prinsip etibarı ilə soydaşlarının orduda xidmət etmələrinin hərbi işin sirlərinə yiyələnmələrinin əleyhinə deyildi. Sadəcə ordunu bu cür utilitar tələblərə tabe tutmaq istəyənlərin bəsirətsizliyinə qarşı çıxırdı.

Maraqlıdır ki, prinsipial əhəmiyyət daşıyan bu məqaləni Əhməd bəy Rusiya xalqlarına bərabər hüquqlar vəd edən məşhur 1905-ci il 17 Oktyabr manifestindən iki il əvvəl qələmə almış və mətbuatda dərc etdirmişdi. Bu da azərbaycanlı müəllifin adını həmin hüquq və azadlıqlar uğrunda mübarizə aparanların sıralarına daxil etməyə tam mənəvi əsas verir.

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2019.- 10 avqust.- S.6.