"Eşqin səsi"
kitabının təqdimatı keçirildi
Avqustun 14-də Milli
Kitabxanada Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, Prezident təqaüdçüsü, BDU-nun doktorantı, gənc yazar Ülvi Aydının "Eşqin
səsi" kitabının
təqdimatı və
imza mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın
direktoru, professor Kərim
Tahirov açaraq qonaqları salamlayıb, Milli Kitabxananın yaxın dostu, ən fəal oxucularından biri olan Ülvi Aydının yaradıcılığından,
şeirlərinin təsirliliyindən
danışıb.
O, "Təmənnasız qan",
"Düşünək gərək",
"Çağlayan sevgi"
adlı daha 3 kitabın müəllifi olan, ürəkdən gələn hisslərini vərəqə köçürən,
şeir, qəzəl,
hekayələr müəllifi
kimi tanınan gənc yazara gələcəkdə yeni
yaradıcılıq uğurları
arzulayıb.
Şair Zəkəriyyə Qurbanov
məsləkdaşı Ülvi
Aydına hər zaman yüksəklərdə
olmağı arzulayıb,
onun "Xoşum gəlir" şeirini səsləndirib.
Milli Kitabxananın
Könüllülər Qrupunun
üzvləri tərəfindən
də şairin şeirləri oxunub.
Gənc yazarın ailə üzvləri çıxış
edib, kitabxananın rəhbərliyinə bu gözəl tədbirin təşkilinə görə
minnətdarlığını bildirib, tutduğu düzgün yolda Ülviyə müvəffəqiyyət
arzulayıblar.
BDU-nun əməkdaşı, kitabın korrektoru Gülnar Axundova kitabın ərsəyə
gəlməsi istiqamətində
müəllifin gərgin
zəhmətindən danışıb,
ona uğurlar arzulayıb.
Sonda gənc
yazar Milli Kitabxanadan daim oxucu kimi xoş
münasibət gördüyünü,
bütün sorğularını
burada ödədiyini,
həm elmi, həm də bədii yaradıcılığının
inkişafına yaxından
kömək olduqlarını
bildirib, kitabxana haqqında yazdığı
şeirini oxuyub.
Sonda müəllif
şeirlərini səsləndirilib,
imzası ilə kitablarını oxuculara təqdim edib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 16 avqust.- S.6.