"Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu
günə" mövzusunda konfrans
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı
ilə "Azərbaycanda
şeyxülislamlıq institutu:
keçmişdən bu
günə" mövzusunda
konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan DQİDK-nın tabeliyində yaradılmış Mənəvi
Dəyərlərin Təbliği
Fondunun icraçı
direktoru Mehman İsmayılov Azərbaycandakı
nümunəvi dövlət-din
münasibətlərinin formalaşmasında
şeyxülislamlıq institutunun
yeri və rolu barədə danışıb, həmçinin,
konfransın keçirilməsinin
əhəmiyyətinə toxunub.
DQİDK-nın sədr
müavini Gündüz
İsmayılov Şeyxülislam
Allahşükür Paşazadənin
Azərbaycan xalqı qarşısındakı xidmətlərinin
hər zaman dövlətimiz tərəfindən
yüksək qiymətləndirildiyini
deyib. O bildirib ki, ulu öndər
Heydər Əliyevin, Prezident İlham Əliyevin şeyxülislamla
bağlı fikirləri
onun fəaliyyətinə
verilən ən yüksək qiymətdir. G.İsmayılov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında
dövlət-din münasibətlərinin
formalaşması, milli
həmrəyliyin və
mənəvi-əxlaqi dəyərlərin
bərqərar olması
sahəsində xüsusi
xidmətlərinə görə
Şeyxülislam Allahşükür
Paşazadənin "Heydər
Əliyev" ordeni ilə təltif edilməsi barədə imzaladığı Sərəncamın
əhəmiyyətindən danışaraq qeyd edib ki, bu
qərar dövlətin
dini sahəyə göstərdiyi diqqətin
əyani sübutu, A.Paşazadənin şəxsiyyətinə
verilən qiymətin göstəricisidir.
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında Şeyxülislam Allahşükür Paşazadənin 40 illik fəaliyyətinin müxtəlif dönəmlərinə nəzər yetirərək bildirib ki, dövlət-din münasibətlərinin tənzimlənməsi, milli maraqlarımızın təmin olunması istiqamətində A.Paşazadənin fəaliyyəti danılmazdır. O vurğulayıb ki, Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Bu nümunənin dünyaya təqdim edilməsində Şeyxülislam Allahşükür Paşazadənin şəxsiyyəti və əməyi danılmazdır.
Konfransın sonunda Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi "İmam Rza" məscidi dini icmasının Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi "Şeyxülislam Allahşükür Paşazadə-70" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 28 avqust.- S.